41
mükafatlarının həcmində 3.8% artım müşahidə edilmişdir. Bu isə toplam 223 milyard
dollar sığorta haqqı ilə beynəlxalq bazarda 4.56% paya sahib olmaq deməkdir.
Fransanın sığorta bazarı.
S
ığorta bazarlarının böyüklüyünə görə qabaqcıl
sıralarda yerləşən ölkələrdən biri də Fransadır. Fransa sığorta bazarında 2007-ci ildə
571 (98-i həyat, 360-ı isə qeyri- həyat ) peşəkar iştirakçı mövcud idisə, bu rəqəm 2011-
ci ildə 332, 2016-cı ildə isə 274-ə qədər azalmışdır. Həmçinin, Fransada xarici sığorta
şirkətlərinin əksəriyyəti qeyri-həyat, 10-a yaxını isə həyat sığortası üzrə xidmətlər təklif
edən 100-dən çox filialları fəaliyyət göstərir.
Son məlumatlara əsasən (2016) sektor üzrə çalışanların sayı təxminən 146,200
nəfərdir və bu mənada sığorta bazarında
illərdir cüzi dəyişikliklərlə,
demək olar ki,
sabitlik cərəyan edir.
(https://www.swissre.com/institute/research/sigma-research/sigma-2018-
03.html, 2018)
Beynəlxalq sığorta bazarında rəqabət mübarizəsi son dövrlərdə kəskinləşmişdir.
ABŞ artıq uzun müddətdir ki, bazarda vahid liderliyə yiyələnsə də, digər sıralar üzrə
mövqelər, demək olar ki, hər il yenilənir. Buna misal kimi
son dövrlər sektor üzrə
sürətlə inkişaf edərək ikinci yeri Yaponiyadan alan Çinin, həmçinin ilk onluğa daxil
olan Tayvanın nümunəvi dirçəlişini göstərmək olar.
Dostları ilə paylaş: