37
Azərsığorta və Sənaye Sığorta ilk sıralarda yer alıb. Nizamnamə kapitalının həcminə
görə isə “PAŞA Holdinq”ə məxsus şirkətlərlə (“Paşa Həyat Sığorta” və “Paşa Sığorta”)
yanaşı 40 milyon manata yaxın nizamnamə kapitalı ilə “Xalq Sığorta” üstün mövqe
tutur.
2.3. Sığorta fəaliyyətinin idarə olunmasında beynəlxalq təcrübə
Beynəlxalq təcrübədə Korporativ İdarəetmənin əsas prinsipləri:
1999-cu il
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “korporativ
idarə etmənin ümumi
prinsipləri”ni qəbul etməsinin ardından İƏİT-in Sığorta Komitəsi (OECD
Insurance
and Private Pensions Committee) islahatın ardı kimi müəyyən işlərə başlamışdır, hansı
ki, sırf sığorta şirkətlərinin fəaliyyət xüsusiyyətlərinə
uyğun idarəetmə prinsipləri
təqdim edir. 2005-ci ildə İƏİT-in Sığorta Komitəsi tərəfindən nəşr olunan və tövsiyə
xarakteri daşıyan "Sığorta Şirkətlərinin Korporativ İdarəetmə Prinsipləri" (OECD,
2005) üç təməl başlıqda yaradılmışdır:
Korporativ İdarəetmə Strukturu;
Daxili Korporativ İdarəetmə Qaydaları
Maraqlı tərəflərin Hüquqlarının Qorunması
(http://www.oecd.org/daf/fin/-
insurance/oecdguidelinesoninsurergovernance.htm, 2017)
Prinsiplər bütün dünya ölkələrində təkrarsığorta həyat və həyat xaricində fəaliyyət
göstərən sığorta şirkətlərinə aiddir. Korporativ idarəetmənin
əsas prinsipləri
aşağıdakılardır:
Dostları ilə paylaş: