32
Cədvəldən
də göründüyü kimi, 2011-ci ildən sığorta bazarının inkişafında
intensivlik daha da artmağa başlamışdır. Belə ki, həmin il ümumi sığorta bazarı üzrə
yığılmış sığorta haqları 213
milyon manat təşkil edib, ötən ilə nisbətən 37% artım
demək idi. 2012-ci ildə isə yığılmış sığorta haqları rekord səviyyədə - 60,8% artaraq
342,5 milyon manat olmuşdur. Həmin ildə sığorta ödənişləri 93,7 milyon manat təşkil
edib ki, bu ödənişlərin 40%-ə yaxını 3 sığorta şirkətinin (“Atəşgah Sığorta”, “Paşa
Sığorta” və “AzərSığorta”) payına düşür. 2013-cü ildə isə 18% artımla daxili bazarda
ümumilikdə 405.7 milyon manat həcmində sığorta haqqı
əldə edilmişdir, hansı ki,
həmin dövr üçün ÜDM-in 0.7%-ni təşkil edirdi. Növbəti üç ildə dünyada baş verən
maliyyə-iqtisadi böhranı bank-sığorta sektorunun inkişafına
əhəmiyyətli dərəcədə
mənfi təsirini göstərmişdir. Lakin bu illərdə (2014-2016) sığorta şirkətləri tərəfindən
ümumi sığorta bazarı üzrə yığılmış sığorta haqlarında azalma müşahidə olunmamış,
müvafiq olaraq 6%, 3% və 4,6% artım əldə edilmişdir. Hər üç ildə toplanan sığorta
haqları sabit olaraq ümumi daxili məhsulun 0.8%-ni təşkil etmişdir.
Cədvəl 3: 2018-ci il ərzində sığorta sinifləri üzrə hesablanmış sığorta haqları və sığorta
ödənişləri haqqında məlumat
Sığorta sinifləri üzrə sığorta haqları və ödənişləri (min manatla)
Sığorta
haqları
Sığorta
ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:
536 147,0 172 564,8
Həyat sığortası üzrə
305 700,4 94 978,9
Həyatın yaşam sığortası
253 943,5 93 366,0
Həyatın ölüm halından sığortası
48 090,5
1 612,9
Qeyri-həyat sığortası üzrə
230 446,6 77 585,9
Şəxsi sığorta
94 115,3
60 556,9
Əmlakın sığortası
112 095,5 15 074,4
Dostları ilə paylaş: