“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


 Azərbaycanda müasir sığorta bazarının təhlili və daxili bazarın idarə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
Haqverdiyev-Rakim-Z-lal

2.2. Azərbaycanda müasir sığorta bazarının təhlili və daxili bazarın idarə 
olunmasında sığorta şirkətlərinin rolu 
Müstəqillik əldə etdikdən sonra bir sıra yeni şirkətlərin yaranması ilə rəqabət 
mühitinin və sığorta bazarının formalaşmasının əsası qoyulsa da, Azərbaycanda sığorta 
bazarının əsas inkişafı 2000-ci illərdən sonraya təsadüf edir. Rəsmi statistikaya görə, 
məhz bu son 15 ildə sığorta bazarı öz fəaliyyətinin intensiv inkişaf dövrünü yaşayıb.
Statistik rəqəmlərə əsasən, 2003-2008-ci illərdə sığorta şirkətlərinin ümumi 
kapitalının həcmində 3.4 dəfə artım müşahidə edilib. Əgər 2004-cü ildə Azərbaycanın 
sığorta bazarında durğunluq hökm sürmüşdüsə (0,7 faiz artım), 2006-cı ildə 6,7 faiz 
artım müşahidə edilmişdir. Digər tərəfdən yeni əsrin başlanğıcında sığorta 
qurumlarından dövlət büdcəsinə köçürmələr yarım milyon manata belə çatmadığı 
halda, 2005-ci ildə bu göstərici on bir dəfədən çox artaraq 5,5 milyon manat təşkil 
etmişdir, hansı ki, o dövr üçün məcmu büdcə gəlirlərinin təxminən 0,3 %-nə bərabər 
idi. 2008-ci ildə isə sığorta mükafatlarının məbləği və sığorta ödənişləri ötən illə 
müqayisədə 21% artaraq müvafiq olaraq 179,26 milyon isə 49,81 milyon manat 
olmuşdur. 2010-cu ilin yekununda bir müqavilə üzrə orta ödəniş məbləği 534 manat, 
müqavilələr üzrə sığorta haqlarının orta göstəricisi isə 148 manat təşkil edib. (
Əliyeva 
L., 2011). 
Cədvəl 2: Azərbaycanda 2011-2018-ci illər üzrə sığorta bazarının inkişaf tempi 
 
İllər 
İllik sığorta 
haqları (milyon 
manatla) 
Artım faizi 
(Əvvəlki ilə 
nisbətən) 
Adambaşına 
sığorta haqqı 
(manat) 
ÜDM-dəki 
Pay 
2011 
213 
36,90% 
23,4 
0,40% 
2012 
342,5 
60,80% 
37,1 
0,60% 
2013 
405,7 
18,50% 
43,4 
0,70% 
2014 
429,2 
5,80% 
45,3 
0,70% 
2015 
442,9 
3,20% 
46,2 
0,80% 
2016 
486,1 
9,80% 
50,1 
0,80% 
2017 
556,9 
14,60% 
56,8 
0,80% 
2018 
727,95 
30,72% 
73,5 
0,90% 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin