30
sürücülərin böyük əksəriyyəti üçün bu icbari sığorta növü üzrə şəhadətnamə yalnız
“Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən avtomobil saxlandığında,
onlara
göstərmək üçün sənəd” xarakteri daşıyırdı. Hazırda isə bu vəziyyət köklü surətdə
müsbətə doğru dəyişilmişdir. Əgər 2010-cu ilin yekununda daxili sığorta bazarının
həcmi təxminən 200 milyon manat idisə, növbəti üç ildə həyat sığortasının canlanması
və sürücü məsuliyyətinin icbari sığortası ilə bağlı tədbirlərin effektiv təsiri ilə bu rəqəm
təxminən iki dəfə artaraq 400 milyon manatı keçmiş, 2018-ci
ilin yekununda isə
hardasa 728 milyon manata çatmışdır. 2014-cü ilin əvvəlində Mərkəz Bank tərəfindən
banklarda avtomobil kreditləşməsi şərtlərinin bir növ ağırlaşdırılması ilə bağlı verilmiş
qərar sığorta bazarına təsir edən növbəti mühüm amil oldu. Əvvəllər avtomobil
kreditləşməsi zamanı ilkin ödəniş avtomobilin dəyərinin 10-15% həcmində müəyyən
edilirdisə, yeni qərara əsasən bu göstərici yeni avtomobillərin krediti üçün 50%,
işlənmiş avtomobillərin krediti üçün isə istehsal ilindən asılı olaraq 70-80% aralığında
təyin olunmağa başladı. Bundan sonra avtomobili yalnız və yalnız
daha ciddi və
məsuliyyətli müştərilər əldə etməyə başladılar. Avtomobil kreditləşməsinin həcmi aşağı
düşdüyü üçün banklar tərəfindən aparılan avtomobilin könüllü sığortası prosesi də
kəskin şəkildə zəiflədi.
(http://marja.az/news/3911, 2017)
Bu hadisədən bir il keçməmiş – 2015-ci ilin fevral ayına təsadüf edən manatın
devalvasiyası da avtomatik olaraq, banklarda kreditləşmə prosesinə
öz mənfi təsirini
göstərdi. Xarici valyuta ilə verilmiş kreditlərin ödənişində gecikmələr dövrü başladı və
bununla da bütün istiqamətlərdə banklar kreditlərin verilməsini məhdudlaşdırmağa
məcbur oldular. Yüksək ödəniş qabiliyyətli müştərilərin sayının müəyyən qədər
azalması da kreditləşmənin aşağı düşməsinin bir başqa səbəbi idi. Nəticə etibarı ilə
banklarda girov sığortası, istehlak krediti, biznes və digər növ kredit götürənlərin həyat
sığortası və s. sığorta növlərinin real satışı kəskin aşağı düşdü. Elə 2015-ci ilin dekabr
ayında baş vermiş II devalvasiya vəziyyəti daha da qəlizləşdirdi, hansı ki öz növbəsində
daxili bazarda bank və sığorta şirkətləri arasında olan
parnyorluq münasibətlərini,
sektorlar arası asılılıq halını iflasa uğratdı.
(http://marja.az/news/3911, 2017)