“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


Cədvəl 1: Sığortanın funksiyaları



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Cədvəl 1: Sığortanın funksiyaları 
 
 
Mənbə: 
https://az.wikipedia.org/wiki/S%C4%B1%C4%9Forta, 2018 
Maliyyə sisteminin bir həlqəsi kimi sığortanın xüsusiyyətlərini, iqtisadi 
mahiyyətini və ictimai təyinatını təcəssüm etdirən bir sıra funksiyaları mövcuddur. 
Bunlara risk funksiyası, xəbərdarlıq funksiyası, yığım funksiyası və nəzarət funksiyası 
aid edilir.
Risk funksiyası
sığortanın əsas funksiyası hesab edilir. Çünki sığorta fəaliyyətinin 
əsasını məhz riskin ehtimal edilməsi və onun yol açacağı zərərlərin hesablanması təşkil 
edir. Məhz bu funksiyanın fəaliyyəti nəticəsində sığorta hadisəsinin baş verməsi 
halında sığorta obyekti dəyərinin pul ekvivalenti sığorta iştirakçıları arasında 
bölüşdürülür. Risklər qaçınılmaz olduğu üçün zərərlər də hər zaman meydana çıxa bilər 
və hətta mütəmadi təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsəd isə 
sığortaçı tərəfin zərərçəkən sığortalıya ziyanın aradan qaldırılması üçün pul yardımı 
göstərməsidir. Sığortanın 
xəbərdarlıq funksiyası
əhalinin yaxud təsərrüfat 
SIĞORTANIN 
FUNKSİYALARI
RİSK
FUNKSİYASI
XƏBƏRDARLIQ
FUNKSİYASI
YIĞIM(ƏMANƏT)
FUNKSİYASI
NƏZARƏT 
FUNKSİYASI


25 
subyektlərinin fəaliyyəti üçün ehtimal olunan mümkün zərərlərin nəticələrini aradan 
qaldırmağa çağırış aləti olmaqla bütün fəaliyyətin, əmlakın, sağlamlığın və s. 
sığortalanmasını ehtiva edir. Daha dəqiq desək, sığorta ehtimal olunan risklərin bir növ 
zərərsizləşdirilməsi deməkdir. Sığortalanma üçün sığortalılardan toplanan ayırmalar 
sığorta fondlarına cəlb olunduğu üçün sığorta həmçinin 
yığım funksiyası
nı həyata 
keçirir. Sığorta vasitəsilə külli miqdarda vəsaitlərinin toplanması, fondların 
formalaşması maliyyə siyasəti baxımından mühüm əhəmiyyətə malikdir. Sığortanın 
sonuncu funksiyası 
nəzarət
dir. Nəzarət funksiyası yuxarıda sadalanan digər 
funksiyaların nəticəsi kimi çıxış edir və sığorta münasibətləri zamanı digər 
funksiyalarla birlikdə özünü biruzə verir. Nəzarət funksiyasının mahiyyəti fond 
vəsaitlərinin 
formalaşdırılması 
və 
düzgün 
istifadəsi 
ilə 
bağlıdır. 
(https://az.wikipedia.org/wiki/S%C4%B1%C4%9Forta, 2018)
Yuxarıda qeyd edilmiş funksiyalardan əlavə beynəlxalq təcrübədə sığortanın ilk 
üçü əsas olmaqla yeddi funksiyası fərqləndirilir: 
1.
Dəqiqliyin (müəyyənliyin) təmin edilməsi 
2.
Təhlükəsizliyin təmin edilməsi 
3.
Riskin paylanması 
4.
Zərərin əvəzinin ödənməsi 
5.
Kapitalın cəlb edilməsi 
6.
Səmərəliliyin (stimulun) artırılması 
7.
İqtisadi inkişafa dəstək 
Sığorta fəaliyyətinin idarə edilməsinin əsas funksiyalarına isə sığortanın sadalanan 
funksiyalarına xidmət edən bütöv fəaliyyətin planlaşdırılması, tənzimlənməsi, sığorta 
bazarı üzrə marketinq əməliyyatları, sığorta fəaliyyətinin motivləşdirilməsi və ona 
nəzarət aid edilir. 


26 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin