1.2. Sığorta bazarının fəaliyyət mexanizmi
Bazar iqtisadi münasibətləri çərçivəsində hökm sürən davamlı iqtisadi inkişaf
müasir sığorta bazarı və onun səciyyəvi cəhətlərinin tədqiq edilməsini zəruri etmişdir.
Sığorta bazarı mahiyyətcə tələb və təklifin formalaşdığı, alqı-satqı obyekti sığorta
müdafiəsi olan, alıcıların və satıcıların (sığortaçı və sığortalı) görüşdüyü mücərrəd
məkanı və ya pul münasibətlərinin xüsusi sosial-iqtisadi strukturunu ifadə edir.
Fəaliyyət göstərən sığorta bazarı mürəkkəb və üzvi bir sistemi əhatə etməklə
müxtəlif struktur hissələrini özündə cəmləşdirir. Sığorta bazarının mahiyyətini özündə
15
təcəssüm etdirən əsas meyar sığorta cəmiyyəti və ya sığorta kompaniyasıdır. Sığorta
kompaniyasının mövcudluğu sayəsində bu və ya digər iqtisadi münasibətlər formalaşır,
sığorta fondunun təşəkkülü və istifadəsi prosesi yaranır, şəxsi və korporativ maraqlar
bir-birinə qarışır.
Sığorta fondu fəaliyyətinin müasir və təkmil ictimai forması olan sığorta
kompaniyasına sığorta xidmətlərinin həyata keçirilməsinin və sığorta müqavilələrinin
imzalanmasının spesifik strukturudur. Sığorta cəmiyyəti texniki–təşkilat vahidliliyinə
malikdir. Cəmiyyətin iqtisadi cəhətdən xüsusi olması, onun bütün ehtiyatlarının bütöv
formada bir-birindən ayrı olmasında və bu ehtiyatların sərbəst dövriyyəsində özünü
büruzə verir. Sığorta kompaniyalarıı iqtisadi sistemdə müstəqil olaraq təsərrüfat işlərini
aparan subyektlər kimi fəaliyyət göstərirlər və digər sığorta təşkilatları ilə
münasibətlərini yenidənsığortalama və (və ya) birgə sığorta üsulu ilə qururlar.
Tələb və təkliflərin sərbəst oyununun potensial sığortaçılar üçün zəruri hesab
edilən sığorta xidmətlərinin ortaya çıxmasını stimullaşdırması bazar iqtisadiyyatının ən
mühüm prinsipi hesab edilir. Sərbəst qiymət əmələgəlmə mühitinində formalaşan tarif
dərəcələri sığorta şirkətləri arasında əsl rəqabət üçün şərait yaratmış olur. İqtisadi
rəqabət mühitində sığorta bazarı tənzimləyici xarakter daşıyır. Onu da qeyd etmək
lazımsır ki, sığorta bazarında rəqabətin təminatı uğurlu fəaliyyəti tam təmin etmir. Bu
uğurlara sığorta xidmətlərinin metod və formalarının təkmilləşdirilməsinə daim can
atan və hər zaman yeni müştərilərin axtarışında olan əməkdaşların mövcudluğu da təsir
göstərir. Sığorta cəmiyyətinin şəxsən özünün sığorta mədəniyyətini inkişaf etdirməsi,
cəmiyyətin xarici və daxili fəaliyyətinə yaxından nəzarət etməsi də mühüm əhəmiyyət
kəsb edən amillərdir.
Geniş anlamda sığorta bazarı, sığorta məhsulunun alqı-satqısı üzrə yaranan
məcmu iqtisadi münasibətləri təşkil edir. Bazar mühiti sığortaçı və sığortalı arasındakı
davamlı əlaqəni təmin edir və beləcə sığorta xidmətinin ictimai yararlılığının təsdiqi
baş verir. Dəyər qanunu, o cümlədən tələb-təklif qanunu sığorta bazarının fəaliyyətini
təmin edən mühüm iqtisadi qanunları təşkil edir.
16
Məlum olduğu kimi, qabaqcıl iqtisadi inkişafa malik ölkələrdə on və daha artıq
sayda rəqiblərin yer aldığı sahələr inhisarçılıq dərəcəsinə görə daha təhlükəsiz hesab
olunurlar. Bu ölkələrdə sığorta sistemində inhisarçılığa yol verməmək üçün qəbul
edilmiş qaydaya əsasən bir sığorta şirkətinin payı sığorta xidmətinin ümumi satışın
31%-dən, iki sığorta şirkətinin payı 44%-dən, üçünün payı 54%-dən, dörd sığortaçmın
cəmi payı isə 64%-dən aşağı olmalıdır. Bu nisbət pozulduğu təqdirdə isə dövlət
tərəfindən iqtisadi sanksiyalar tətbiq edilərək müvafiq sığortaçıların bazarda iştirakı
məhdudlaşdırılır. Məlumat üçün bildirək ki, bu gün ölkəmizdə iki sığorta şirkətinin
bazar payı 50%-dən çox təşkil edir.
Struktur baxımından sığorta bazarının təsisat (institusional) və ərazi aspektləri
üzrə xarakterizə oluna bilər. İnstitusional aspektdə sığorta bazarının quruluşu səhmdar,
korporotiv, qarşılıqlı və dövlətin sığorta kompaniyaları tərəfındən təqdim olunur. Ərazi
aspekti üzrə isə sığorta bazarı regional, milli və dünya sığorta bazarlarına ayrılır. Bazar
münasibətləri inkişaf etdikcə ərazi sərhədləri aradan qalxır, milli bazarların dünya
bazarına inteqrasiya prosesi sürətlənir. Buna misal olaraq Avropa Şurasına üzv olan
ölkələri tərəfindən yaradılan ümumi Avropa sığorta bazarını göstərmək olar.
Bundan başqa, sığorta məhsullarına tələbat və təklif dərəcəsinə görə daxili, xarici
və beynəlxalq sığorta bazarları fərqləndirilir. Konkret sığorta şirkətləri tərəfındən təklif
edilən sığorta xidmətlərinə birbaşa tələbata malik yerli bazara daxili sığorta bazarı
deyilir. Daxili bazarın hüdudlarından kənarda yerləşən və regionun sərhədlərindən
xaricdə qarşılıqlı əlaqədar olan sığorta cəmiyyətlərindən asılı olan bazar isə xarici
sığorta bazarıdır. Dünya sığorta bazarı dedikdə isə dünya çapında sığorta xidmətləri
üzrə tələbat vı təkliflər nəzərdə tutulur.
Sahə xüsusiyyəti üzrə isə sığorta bazarını əmlak və şəxsi sığorta olaraq iki yerə
bölürlər. Bu bazarları özlüyündə də xüsusi seqmentlərə ayıra bilərik. (ev əmlakı
sığortası, bədbəxt hadisələrdən sığorta bazarları və sair).
Sığorta bazarının iştirakçılarına satıcı və alıcılar, brokerlər və həmçinin onların
assosiasiyaları aid edilir. Satıcı kateqoriyası sığorta və yenidənsığorta ilə məşğul olan
17
hüquqi şəxslərdən ibarətdir. Alıcı isə sığortaçı ilə sığorta müqaviləsini bağlayan fıziki
və ya hüquqi şəxslər, özünü, əmlakını və s. sığorta etdirən şəxslərdir. Onlar arasında
vasitəçilik edənlər isə sığorta müqaviləsinin imzalanmasına köməklik edən sığorta
agent və ya brokerlərindən təşkil olunur.
Sığorta bazarında təklif olunan xüsusi əmtəə sığorta xidmətidir. Xidmətin istehlak
dəyərini təşkil edən əsas amil sığorta müdafiəsinin təmin olunmasdır və onun qiymətini
sığorta tarifi ifadə edir. Tariflər rəqabətə uyğun təklif və tələbin müqayisəsi zamanı
formalaşır. Aşağı qiymət həddi, daxil olmuş sığorta tədiyyələri və sığorta ödənişlərinin
balansı prinsipi ilə müəyyən olunursa, onun yuxarı həddi sığortaçının fərdi tələbatına
mütənasib olaraq formalaşır. Təbiidir ki, sığortaçının təklif etdiyi sığorta xidmətinin
qiyməti hədsiz yüksək olduqda, o, rəqibləri qarşısında əlverişsiz mövqeyə düşərək
müştərisini itirir.
Könüllü sığorta xidməti müqaviləyə, icbari sığorta isə qanuna əsasən təqdim
edilir. Başqa sözlə, sığorta müdafiəsi ictimai baxımdan zəruri hesab olunarsa, sığorta
məcburi xarakter daşıyır. Sığorta xidmətinin alqı-satqısı sığorta müqaviləsinin
imzalanmasıyla rəsmiləşdirilir və sığorta edən tərəfə bu müqaviləni təsdiq edən sığorta
polisi təqdim olunur. Sığortalı tərəfin istifadə etdiyi sığorta növlərinin məcmusu sığorta
bazarının çeşidi (assortimenti) adlanır.
Sığorta cəmiyyətlərinin yeni vəzifəsi onların ixtisaslaşmış kredit təsisatlarının
funksiyalarını yerinə yetirmələridir. Onlar təsərrüfat fəaliyyətinin bir sıra sahə və
mühitinin kreditləşdirilməsi ilə məşğul olurlar. Bu baxımdan sığorta kompaniyaları
artıq kommersiya bankları ilə birlikdə aparıcı mövqeləri tuturlar.Sığorta şirkətləri
tərəfindən toplanan ehtiyatlar xarakterik olaraq qiymətli kağızlar bazarı vasitəsilə
uzunmüddətli kapital qoyuluşlarında onlardan istifadə etməyə imkan yaradır. Əsasən
qısamüddətli vəsaitlərin cəlb olunduğu bankların isə belə imkanı yoxdur. Bu səbəbdən
sığorta cəmiyyətləri kapital bazarında əsas mövqelərdən birinə malikdirlər.
Bazar münasibətlərində dövlət, sığortaçı qismində öz sığorta təşkilatı vasitəsilə
birbaşa iştirak edə və həmçinin müxtəlif hüquqi alətlər vasitəsilə sığorta bazarının
18
inkişaf gedişatına güclü təsir göstərə bilir. İnkişaf etmiş Qərb ölkələrində sığorta bazarı
iqtisadiyyatın dövlət tənzimləməsinin əsas obyektlərindən biri hesab olunur.
Burada sığorta fəaliyyətinin dövlət tərəfindən idarə edilməsi və tənzimlənməsi
sığortanın bazar mexanizminin güclü tərəflərini möhkəmləndirir və təkmilləşdirir. Belə
olan halda sığorta fəaliyyətinin dövlət tərəfindən tənzimlənmə mexanizmi sığortanın
bazar mexanizmilə birləşdiyi üçün daha effektli nəticələrə aparır.
Sığorta bazarı özü-özlüyündə də bir sistemi təşkil edir. Sistem dedikdə qarşılıqlı
şəkildə fəaliyyət göstərərək bir–birindən asılı olan ayrılıqda tərkib hissələrinin tam
vəhdət qrupu nəzərdə tutulur. Bu bazar sisteminin tərkibinə sığorta məhsulları, tarif
sistemi, sığortaçının müştərilə qarşılıqlı fəaliyyətini təcəssüm etdirən infrastruktur və s.
daxildir.
(Ataşov B., Ələkbərov Ə.,Xudiyev N., 2018)
Ümumilikdə sığorta bazarı qarşılıqlı formada fəaliyyət göstərərək bir-birinə
qarşılıqlı olaraq təsir edən iki sistemin (daxili və xarici) vəhdətindən təşkil olunur. İstər
daxili sistem, istrsə də xarici mühit sığortaçının idarə edə bildiyi elementlərdən və eləcə
də sığortaçının iradəsində olmayan ementlərdən ibarətdir. Bu halda xarici mühit daxili
sistemi əhatələməklə onu məhdudlaşdırır.
Dostları ilə paylaş: |