“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   7   8   9   10   11   12   13   14   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Daxili sistemə
sığorta məhsulları, polislərin satışının təşkili sistemləri və 
tələbatların formalaşdırılması, sığorta tariflərinin uyğunlaşan sistemi, o cümlədən 
sığortaçının şəxsi infrastrukturu daxildir. Buraya həmçinin bazarın dərin tətqiqinə 
yönəlmiş, lakin bazar sisteminin əsasında durmayan - sığortaçının bazar vəziyyətini 
müəyyən edən sığorta kompaniyasının adminstrativ strukturu, maddi-maliyyə-kadr 
ehtiyatları da daxidir. Beləcə, bazar sisteminin daxili bazar sitemi onun əsasını təşkil 
edən tərkib hissələri – sığorta məhsulu, tələbatın formalaşması, sığorta tariflərinin 
uyğunlaşan sistemi, polislərin satış sistemi, daxili infrastruktur, o cümlədən bazar 
sisteminin əsasına aid edilməyən maliyyə, maddi və kadr ehtiyatlarından təşkil olunur. 
(Ataşov B., Ələkbərov Ə.,Xudiyev N., 2018)
Bazarın yuxarıda sadalanan daxili komponentlərinin hər biri bəzi variantlara malik 
olmaqla yanaşı, hə də bir-birilə qarşılıqlı əlaqədədir. Bunlardan birinin həlli geridə 


19 
qalanların da fəaliyyətinə təsir göstərir. Sığorta cəmiyyətinin baş meneceri daxili 
elementlərin malik olduğu sayı-hesabı olmayan variantlardan maksimal bazar effektinə 
malik olan və həmçinin xarici mühitin amillərinə proporsional hesab olunan optimal 
məcmu seçməlidir. 
Sığortaçının bazarda təklif etdiyi sığorta məhsulları, başqa sözlə şəxsi və əmlak 
sığortasının növləri əsas idarəetmə amillərindəndir. Sığorta cəmiyyətinin menecerləri 
mövcud bazar şərtlərinə uyğun olaraq effektiv qərarlar qəbul etməli, məsələn, yeni 
sığorta növlərini tətbiq etməli, innovativ və kreativliyə yönəlməlidir və s.
Sığorta cəmiyyətləri tərəfindən idarə oluna bilən daxili bazarın əsas tərkib 
hissələrindən biri tariflərin uyğunlaşan sistemidir. Sığortaçı məqsədyönlü şəkildə tarif 
siyasətini işləyib hazırlamalı, onu bazar mühitinə uyğun olaraq tətbiq edilməli
imtiyazlı tarif sistemi, komisyon-yüksək komisyon sistemi, o cümlədən motivasiya 
edici bonus sistemi də hazırlanmalıdır.
Sığortaçı cəmiyyət öz şəxsi infrastrukturundan, yəni filiallardan, agentliklərdən və 
nümayəndəliklərdən maksimal həddə faydalanmalı və onlarla qarşılıqlı 
kommunikasiya və əməkdaşlıq sistemi qurmalıdır.
Bazarın xarici mühiti
isə bazarın daxili sistemini əhatə edərək ona güclü təsir 
göstərən elementlərin qarşılıqlı fəaliyyət sistemidir. Sığorta şirkəti öz kommersiya 
fəaliyyətlərini xarici mühit şəraitində planlaşdıraraq həyata keçirir. Bu zaman xarici 
mühit isə öz növbəsində sığortaçının təsir etdiyi daxili idarəetmə dəyişənləri ilə yanaşı, 
həm də sığortaçının təsirindən kənarda olan dəyişənlərdən təşkil olunmuşdur.
Sığorta kompaniyasının təsiri xaricində olan və ya qismən təsir göstərə bildiyi 
xarici mühitin əsas elementləri rəqabət, sığorta bazarın tələbatı, xidmətlərin nou-hausu 
və s. daxildir. 
Xarici mühitin əsas elementlərindən biri kimi sığorta xidmətlərinə olan bazar 
tələbatının iki – iqtisadi və humanitar aspektləri mövcuddur. İqtisadi aspekt milli 
iqtisadiyyatın mövcud durumu ilə sıx əlaqədə olan əhalinin sayı, gəliri, onların alıcılıq 
qabiliyyəti, yaş həddi üzrə əhali qrupları və s. kimi amillərdən təşkil olunmuşdur.


20 
Bazar tələbatının tədqiq olunmasının humanitar aspektləri isə region əhalisinin 
milli xüsusiyyətlərinin, onun mədəni ənənələrinin, dcmoqrafık vəziyyətinin, qrup 
şəkilli sosial davranış və idrakın tədqiq olunması nöqteyi–nəzərindən sığorta bazarının 
ətraf mühitinin tədqiqində xüsusi əhəmiyyət kəsb edən psixoloji, sosial və antropoloji 
amillərdən təşkil olunmuşdur.
Sığorta şirkətinin bazar tələbatı üzrə tədqiqatçıları ığorta etdirən potensial şəxsin 
iqtisadi şəraitin, gəlir səviyyəsinin və alıcılıq qabiliyyətinin dəyişməsi zamanı özünü nə 
cür aparmasına xüsusi diqqət yetirməlidirlər. Humanitar aspektlər bazar yönümlü 
işgüzar strategiyasının hazırlanması zamanı ümumiləşdirilir və mütləq nəzərə 
alınır. 
(Ataşov B., Ələkbərov Ə.,Xudiyev N., 2018)
Rəqabət sığorta kompaniyasının idarəetmə təsirinə yönəldilmiş xarici mühitin əsas 
tərkib hissələrindəndir. Sığorta cəmiyyətləri sığorta bazarına görə digər sığorta 
şirkətləri ilə və eləcə də öz müştərilərinə əlavə sığorta xidməti göstərən maliyyə-bank 
təsisatları ilə rəqabət aparırlar.
Sığortaçının texniki inkişaf səviyyəsinin amilləri olan kompüter texnologiyası, 
telefaks, elektrorabitə dalğaları da bazarın xarici mühitinə daxildir. Güclü rəqabət və 
bazar tələbatı, sığorta prosesinin texniki təminatının və daxili infrastrukturların daima 
inkişaf etdirilməsini tələb edir. Bazarın xarici mühitinin idarə olunmayan tərkibinə isə
bazar sistemini əhatə edərək onu məhdudlaşdıran dövlət-siyasət mühiti, sosial-etik 
mühit, dünya sığorta bazarının..vəziyyəti kimi amillər daxildir. 
Dövlətin sektora dair qanunvericilik siyasəti, siyasi qüvvələrin fəaliyyəti 
sığortaçıların kommersiya fəaliyyətinə mühüm təsir göstərir. Bu isə öz növbəsində 
sığorta fəaliyyətinin idarə edilməsini, onun qanunvericilik normaları ilə 
tənzimlənməsini təcəssüm etdirir. Məsələn, sığorta şirkətinin cəmiyyətin etik 
tələblərini nəzərə almaması əksər hallarda bu sığorta kompaniyasına münasibətdə 
məhdudlaşdırıcı hüquqi tədbirlərin həyata keçirilməsinə aparıb çıxarır. 
Sığorta təşkilatlarının kütləvi informasiya vasitələrində ifşa olunan açıq bazar 
fırıldaqları ictimaiyyətin narazılığına səbəb olmaqla yanaşı, həm də sığortaçıların 


21 
etibarına ciddi şəkildə zərər vura bilər. Xüsusi ilə şəxsi sığorta növlərinin tətbiqində 
milli-etik normaların gözlənilməsi zəruridir. Bu baxımdan qonşu Rusiyanın çox illik 
təcrübələrindən faydalanmaq ölkəmizin sığorta bazarında müsbət nəticələrə yol aça 
bilər 
(Ataşov B., Ələkbərov Ə.,Xudiyev N., 2018) 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin