“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


Daxili sığorta bazarının idarə olunmasında şirkətlərin rolu



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   17   18   19   20   21   22   23   24   ...   45
Haqverdiyev-Rakim-Z-lal

 
Daxili sığorta bazarının idarə olunmasında şirkətlərin rolu: 
Bildiyimiz kimi, 
sığorta bazarının inkişafında əsas rolu sığorta şirkətləri oynayır. İstər sığorta 
çeşidlərinin bazara çıxarılması, müştərilərə təqdim edilməsi, istərsə də bazarda tələb və 
təklifin balansı, sərbəst bazar qiymətinin formalaşması baxımından sığorta şirkətləri 
proseslərin əsas təşkiledicisi rolunu oynayır. Hal-hazırda Azərbaycanda fəaliyyət 
göstərən 20 sığorta və 1 təkrarsığorta şirkəti tərəfindən qırxdan çox sığorta xidmətləri 


34 
təklif edilir.
 
Mövcud qanunvericiliyə əsasən sığorta şirkətlərinin təqdim etdiyi xidmətlər həyat 
və qeyri- həyat olaraq iki profilə ayrılmışdır. Sözü gedən qanunda bir sığorta şirkətinin 
yalnız bir profil üzrə xidmətlər təklif edə biləcəyi göstərilir, yəni “həyat sığortası” 
məhsullarının satışı ilə məşğul olan şirkət “qeyri-həyat sığortası” məhsullarının satışını 
həyata keçirə bilməz və əksinə. Qanun qüvvəyə mindikdən sonra bu günə kimi yalnız 
3 şirkət – “Atəşgah Həyat”, “Qala Həyat” və “Paşa Həyat” həyat sığortası xidmətini 
təklif etmək üçün lisenziya alıb. 
(http://marja.az/news/3911, 2017)
Yerli bazarda sığorta şirkətlərinin təqdim etdiyi xidmətləri həmçinin, icbari və 
könüllü sığorta xidmətləri olaraq da iki qrupa bölmək olar. Həmçinin, sığorta 
xidmətlərini mahiyyətinə əsaslanaraq şəxsi sığorta, sosial sığorta, əmlak sığortası, 
məsuliyyət sığortası və kommersiya risklərinin sığortası kimi təsnifləşdirmək olar. 
(Sığorta xidmətlərinin təsnifatı və izahı 1.3-cü yarım fəsildə ətraflı şəkildə verilib) 
Azərbaycanın sığorta bazarında təklif olunan və istifadə olunan məhsul 
çeşidlərinin sayı 2006-cı ildə 15-ə yaxın olmuşdusa, 2008-ci illərdə bu göstərici 35-ə 
qədər artmışdır. Hazırda isə sığorta şirkətlərinin xidmət paketinə 40-dan çox sığorta 
növü daxildir. Bununla belə, daxili bazarda təklif edilən sığorta xidmətləri qabaqcıl 
inkişafa malik ölkələrlə müqayisədə azlıq təşkil edir və sığorta məhsullarının çeşidinin 
az olması Azərbaycanda sığorta istehlakçıları üçün bu məhsulların cəlbediciliyini 
azaldıb.
Yerli sığorta şirkətləri arasında təklif edilən xidmət çeşidlərinin sayına görə 39 
fərqli sığorta məhsulunun satışı ilə məşğul olan dövlət sığorta şirkəti – “Azərsığorta” 
birinci yeri tutur. Bazar iştirakçıları arasında öz nizamnamə kapitalına görə liderlik 
mövqeyi isə 50 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyət göstərən “Paşa 
Sığorta”ya məxsusdur Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri, onların 
nizamnamə kapitalının həcmi və nizamnamə kapitalına görə bazar payı, həmçinin 
lisenziya əsasında təklif etdikləri xidmət çeşidlərinin sayı aşağıdakı cədvəldə öz əksini 
tapıb. 


35 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin