“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


Azərbaycan Sığortaçılar Assosiasiyası



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   31   32   33   34   35   36   37   38   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Azərbaycan Sığortaçılar Assosiasiyası
– Sığorta sektorunun tənzimlənməsində 
önəmli rola sahib olan daha bir qurum ümumi maraqlar əsasında birləşmiş, könüllülük, 
üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, kommersiya məqsədi 
güdməyən qeyri-hökumət təşkilatı – “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai 
Birliyidir. Asossasiyanın üzvlüyünə hazırda ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti, 
1 təkrarsığorta şirkəti və 5 sığorta vasitəçisisi daxildir. ASA-nın əsas məqsədi 
Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən və birliyin üzvlüyünə qəbul edilmiş 
sığorta və təkrarsığorta təşkilatlarının, sığorta vasitəçilərinin digər yardımçı fəaliyyət 
göstərən hüquqi şəxslərin inkişafına dəstək vermək, onların sosial-iqtisadi, məlumat və 
sair inkişaf proqramlarını inkişaf etdirmək və elmi bilikləri artırmaqdan ibarətdir. Məhz 
bu məqsədlərə nail olmaq üçün birlik aşağıdakı vəzifələri həyata keçirir: 

Qurumun üzvlüynə daxil olan hüquqi şəxslərin fəaliyyətlərinin səmərəliliyinin 
artırılmasına kömək etmək, dövlət orqanlarında, siyasi və ictimai təşkilatlarda üzvlərin 
təmsilçiliyini həyata keçirmək və onların qanuni maraqlarını və hüquqlarını müdafiə 
etmək, onlararsında arasında münasibətləri tənzimləmək

Sağlam rəqabət mühitinin təminatı üçün əsas prinsiplərini müəyyən etməklə 
yanaşı, sahədə haqsız rəqabətin qarşısının alınması üçün dövlət orqanları ilə müştərək 
tədbirlər görmək; 

Ölkədə sığorta işinin inkişafı, etibarlı şəkildə həyata keçirilməsi, həmçinin bu 
məqsədlə uzunmüddətli proqramların həyata keçirilməsi üçün dövlət orqanları ilə 
əməkdaşlıq etmək; 

Birliyin təsisçilərinin və üzvlərinin qarşılıqlı əməkdaşlığını təmin etmək;


55 

Üzvlərə analitik, təşkilati, metodiki və digər sahələrdə kömək etmək, həmçinin 
onlara müəyyən tövsiyyələr hazırlayıb təqdim etmək; 

Sığorta sahəsində çalışan kadrların ixtisalaşmasına, o cümlədən Birliyin öz 
təsisçilərinin, üzvlərinin, mütəxəssislərinin peşə hazırlığı səviyyəsinin artırılmasına 
kömək etmək; 

Əhali arasında sığorta təbliğatı, maarifçilik işləri aparmaq, müxtəlif dəyirmi 
masa və görüşlər, konfranslar, kurslar və seminarlar, sərgilər təşkil etmək və təbliğat 
məqsədli digər mədəni-kütləvi tədbirlər keçirmək və s. 
(https://asa.az/uploads/charters/-
1536055248.pdf, 2006)

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin