“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
Haqverdiyev-Rakim-Z-lal

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


49 
III FƏSİL. AZƏRBAYCANDA SIĞORTA FƏALİYYƏTİNİN İDARƏ 
EDİLMƏSİ PROBLEMLƏRİNİN TƏHLİLİ 
3.1. Azərbaycanın Sığorta Qanunvericiliyinə əsasən sığorta
fəaliyyətinin tənzimlənməsi 
İqtisadi sistemin qarışıq tipinə malik İnkişaf Etmiş Ölkələrdə bazar subyektlərinin 
sərbəst hərəkəti və yüksək rəqabət mühiti müşahidə olunsa da, dövlətin fəaliyyət 
sahələrinə nəzarəti və zəruri hallarda müdaxiləsi, ümumi tənzimlənmə 
mexanizmələrinin və standardlarının təyin olunması istisna olunmur. Hər bir iqtisadi 
fəaliyyət növü kimi sığorta sahəsinin də dövlət tərəfindən tənzimlənməsi və ona nəzarət 
zəruri xarakter daşıyır. Dövlətin sığorta orqanları vasitəsilə sığorta sektorundakı 
tənzimləyici rolu sığorta etdirən vətəndaşların müdafiəsini təmin edən üç əsas 
funksiyanı yerinə yetirir: 
Birinci və əsas funksiya sığorta müqavilələrinin bağlanması ilə bağlı fəaliyyətin 
həyata keçirilməsinə razılıq verən qeydiyyatın aparılmasıdır. Əvvəla bütün sığortaçı 
təşkilatlar qeydiyyatdan keçməlidirlər. Çünki bu qeydiyyat şirkətin peşəkarlıq 
səviyyəsini və onun maliyyə vəziyyətini müəyyən etməyə imkan verir. Qərb 
təcrübəsində məşhur şəxslər tərəfindən sığortaçı barədə verilmiş zəmanət 
məktublarının qeydiyyat yerlərinə təqdim olunması tələb edilir və beləcə rəsmi nüfuza 
sahib olmayan sığorta qurumu fəaliyyət göstərmək iqtidarında olmur. Yekunda sığorta 
nəzarəti orqanları tərəfindən uyğun görülərssə, müvafıq icazə və ya lisenziyanın 
sığortaçıya verilməsi ilə qeydiyyat aktı rəsmiləşdirilir.
Aşkarlığın təmin olunması isə dövlət tənzimlənməsinin ikinci funksiyasıdır. 
Ölkədə peşəkar sığorta fəaliyyətinin təminatı üçün sığortaçıların maliyyə vəziyyəti 
haqqında tam, doğru və aydın informasiyalar nəşr etdirilməlidir. Aşkarlıq prinsipi 
qanunvericilik aktları ilə təmin edilməli, sağlam rəqabətə mane olacaq ehtimallara qarşı 
sığorta nəzarəti orqanları təqdim olunmuş informasiyanın düzgünlüyü yoxlamalıdır. 
Sığorta cəmiyyətlərinin maliyyə durumu haqqında məlumatların aşkar şəkildə və 
düzgün olması rəqabət mübarizəsinin qorunub saxlanmasına şərait yaradır.


50 
Növbəti – üçüncü funksiya isə hüquq qaydalarına riayət olunmasının təminatıdır. 
Sığortaçıların operativ maliyyə fəaliyyətinin yoxlanılması uzrə bir sıra səlahiyyətlərə 
maliköv olan dövlətin sığorta nəzarəti orqanı sığortaçı və sığortalıların maraqlarını 
təmin etmək məqsədi ilə qanun pozuntularına görə istintaqa başlaya, qanun 
pozuntusuna səbəb olan fəaliyyət ilə məşğul olan şəxslərə qarşı inzibati ölçülər tətbiq 
edə və ya istintaq işini məhkəməyə təqdim edə bilər. 
(Xankişiyev B., 2006)
Sığorta fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsin əhəmiyyəti və vəzifələri 
qanunvericilikdə də öz əksini tapmışdır. Belə ki, sığorta sektorunun dövlət tərəfindən 
tənzimlənməsi və ona nəzarətin məqsədləri və ümumi qaydaları barədə “Sığorta 
fəaliyyəti haqqında” Qanunun 12-ci Fəslində ətraflı məlumatlar əks etdirilmişdir. 
Həmin Qanunun 95-ci maddəsinə əsasən Azərbaycanın sığorta sektorunda tənzimləmə 
və nəzarətin aşağıdakı bir sıra vəzifələri var: 

Ölkədə sığorta sisteminin təkmilləşdirilməsi və sığorta bazarının inkişafı 
məqsədilə müvafiq tədbirlər həyata keçirmək; 

Sığorta bazarını, o cümlədən sığorta işini tənzimləmək, həmçinin sığorta 
fəaliyyətinə nəzarət etmək; 

Sığorta fəaliyyətinin inkişafının təminatı üçün qanunvericilik bazasının 
təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirmək və beynəlxalq sığorta sistemində 
Azərbaycan Respublikasının iştirakının prinsiplərini, icbari sığorta növlərini müəyyən 
etmək; 

Ölkədə sığorta fəaliyyətinin tərkibinə daxil olan bütün iştirakçıların hüquq və 
qanuni mənafelərinin, ictimai əhəmiyyətli maraqların qorunması üçün tədbirlər həyata 
keçirmək. 

Korrupsiyaya, cinayətkarlığa, terrorçuluğun maliyyələşdirilməsinə qarşı 
mübarizə tədbirləri haqqında qüvvədə olan qanun və qanunvericik aktlarının tələblərinə 
əməl edilməsini təmin etmək. 
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə sığorta sektorunda vahid 
qanunvericilik bazasının formalaşdırılması, bazarın tənzimlənməsi və inkişaf 


51 
etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmiş, qanunlar, qərarlar qəbul 
edilmişdir. 
Azərbaycanda Sığorta fəaliyyətinin inkişaf tarixi XIX əsrin ortalarından başlasa 
da, onun əsas qanunvericilik bazasının yaranması və inkişafı müstəqillik illərindən 
başlayır. Belə ki, 1993-cü ildə sığorta faəliyyətinə aid ilk qanun olan «Sığorta 
haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilib. Daha sonra müxtəlif illərdə 
sığorta fəaliyyətinin ölkə səviyyəsində tənzimlənməsi və ümumi qaydaların, 
standardların təyin edilməsi məqsədi ilə müxtəlif qanunlar, qərarlar, fərmanlar və s. 
qəbul edilmişdir. Ümumilikdə götürsək, Azərbaycanda sığorta fəaliyyətinin 
Qanunvericilik bazasının dörd tərkib hissəsi var: 

Azərbaycan Respublikasının Qanunları 

Azərbaycan Respublikası Prezidentinin Fərmanları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Normativ sənədləri 
İlk rəsmi qanun olan 1993-cü ildə qəbul edilmiş «Sığorta haqqında» Azərbaycan 
Respublikası Qanununa 1999-cu ildə bir sıra dəyişikliklər edilib müəyyən qədər 
təkmilləşdirilsə də, çoxsaylı boşluqlar səbəbindən 2008-ci ildə qüvvədən düşmüşdür. 
Hazırda isə sığorta fəaliyyətinin tənzimlənməsi üçün qəbul edilmiş və qüvvədə olan 10-
a yaxın Qanun mövcuddur. Bunların tərkibinə ümumi qaydaların, prinsiplərin müəyyən 
edilməsi, sektorun ümumi inkişafı məqsədi ilə qəbul edilmiş “Sığorta fəaliyyəti 
haqqında”, "Tibbi sığorta haqqında" Qanunlarla yanaşı icbari sığorta növlərinin təşviqi 
məqsədi daşıyan qanunlar ("İcbari Sığortalar Haqqında", “İstehsalatda bədbəxt 
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından 
icbari sığorta haqqında”, "Hərbi qulluqçuların dövlət icbari səxsi sığortası haqqında", 
"Məhkəmə və hüquq mühafizə orqanları isçilərinin dövlət icbari səxsi sığortası 
haqqında", "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında", "Azərbaycan 
Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən 
diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında" 


52 
Azərbaycan Respublikasının Qanununları) daxildir. Həmçinin "Azərbaycan 
Respublikasının Mülki Məcəlləsi"nin 50-ci Fəsli (Sığorta) də Azərbaycanda sığorta 
qanunvericiyinin əsas tərkib hissələrindəndir.
(https://www.fimsa.az/az/legislation-
insuarance, 2019)
Sığorta fəaliyyətinə dövlət nəzarəti və onun tənzimlənməsi “Sığorta fəaliyyəti 
haqqında” Qanununun tələblərinə görə dövlətin səlahiyyətli – maliyyə bazarlarına 
nəzarət orqanı tərəfindən həyata keçirilir. Qanunun müxtəlif maddələrində maliyyə 
bazarlarına nəzarət orqanının iş prinsipləri öz əksini tapmışdır. Müstəqilliyin ilk 
illərində bu funksiyanı əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında 
Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarəti, daha sonra Maliyyə Nazirliyinin 
nəzdində Dövlət Sığorta Nəzarəti Xidməti yerinə yetirirdi. 2016-cı ildən isə 
Azərbaycan Respublikası Prezidentinin yeni fərmanı ilə bu vəzifəni Maliyyə 
Bazarlarına Nəzarət Palatası icra edir. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin