66
mədəniyyətinin formalaşması baxımından müəyyən mənada
irəliləyişlərə səbəb olsa
da, bu mədəniyyətin bütün əhaliyə aşılanma dərəcəsi hələ də çox zəifdir.
Əhaliyə sığorta biliklərinin lazımi səviyyədə aşılanmaması
–
Azərbaycanda
sığorta mədəniyyətinin formalaşmaması həmçinin özünü ölkədə yaşayan insanlar
arasında sığorta biliklərinin azlığı, sığorta barədə məlumatsızlığı ilə biruzə verir. Xüsusi
ilə də paytaxtdan kənarda, regionlarda yaşayan vətəndaşların sığorta bilikləri o
dərəcədə aşağıdır ki, icbari sığorta edilmiş şəxslər sığorta hadisəsi baş verdikdə icbari
sığorta şəhadətnaməsi ilə sığorta ödənişi ala biləcəkləri barədə məlumatsızdırlar və bu
şəhadətnaməni yoxlama zamanı Dövlət Yol Polisinin tələb etdiyi sürücülük vəsiqəsi
hesab edirlər. Əhalinin sığortanın mahiyyəti barədə məlumatsız və aşağı
bilik
səviyyəsinə malik olması potensial müştərilərin real müştərilərə çevrilməsi prosesini
əhəmiyyətli dərəcədə ləngidən amillərdən biridir. Səbəb olaraq keçmiş Sovet rejimini,
əhalinin marağının az olmasını və s. göstərmək artıq 30 ilə yaxın müstəqil iqtisadi
inkişaf yolu keçmiş bir ölkə üçün mənasız bəhanədən başqa bir şey deyil. Bu baxımdan
dövlət və sığorta şirkətləri sektorun effektiv idarə edilməsi və potensial müştəri
bazasına effektiv təsir göstərmək üçün istər ayrı-ayrılıqda, istərsə də müştərək olaraq
maarifləndirici tədbirləri gücləndirməlidir.
Sığorta cəmiyyətlərinə etibarın aşağı səviyyədə olması
–
Yuxarıda qeyd etdiyimiz
problemlər – əhali arasında sığorta mədəniyyətinin və sığorta biliklərinin aşağı
səviyyədə olması öz növbəsində sığorta biznesinin etibarlığına
da zərbə vuran
amillərdir. Məhsul barədə kifayət qədər məlumatı olmayan, azadolma məbləğinin
mahiyyəti düzgün formada izah edilməyən, müqavilənin şərtləri ilə tam tanış olmadığı
üçün istisna olunan risklər nəticəsində baş vermiş hadisəyə görə imtina alan, ödəniş
edilməyən müştəri öz əsassız narazılığını bütün ətrafına danışıraraq və ictimaiyyət
arasında “Sığorta şirkətləri ödəniş etmir!” formalaşır. Təbii ki, burada günahkar tərəf
kimi müştəriləri göstərmək düzgün olmaz. Hətta, demək olar ki, bu problemdə məhz
sığorta şirkətlərinin passivliyi əsas rol oynayır. Çünki, müqavilə imzlanarkən müştəriyə
müqavilə şərtləri ətraflı izah edilməli, gələcəkdə ehtimal olunan anlaşılmazlıqlara qarşı
67
şərtlər öncədən müəyyənləşdirilməlidir. Sığorta şirkətlərinə qarşı etibarsızlığın
yaranmasının digər səbəbi isə bəzən müqavilə şərtlərinə görə sığortalı
tərəfə ödəniş
etməli olduğu halda sığorta şirkətlərinin bu ödənişdən boyun qaçırması, ödənişi
müqavilədə nəzərdə tutulandan qat-qat aşağı hesablaması və ya ödəniş üçün müddətini
bilərək uzatması kimi müştərilərdə inamsızlıq yaradan müxtəlif yollara əl atmasıdır.
Beləcə, bir sığorta şirkəti tərəfindən atılan yanlış addım cəmiyyətdə ümumi anlamda
sığorta sisteminə qarşı etibarsızlığı formalaşdırır və bu isə sığorta bazarında dürüst
münasibətlər qurmağa çalışan sığorta şirkətlərinin də normal işləməsinə mane olur.
Sığorta şirkətlərində kadr çatışmazlığı –
Son zamanlar sığorta sektorunda ixtisaslı
mütəxəssislərin yetişdirilməsi üçün bir sıra tədbirlərin görülməsi, bir çox şirkətlərdə işə
qəbul üçün xüsusi imtahanların tətbiqi, təcrübə mübadiləsi proqramlarının qəbul
edilməsi və s. bazarda peşəkar kadr qıtlığını müəyyən qədər aradan qaldırmışdır. Lakin
hələ də çatışmazlıqlar müşahidə edilir.
Təkcə onu demək kifayətdir ki, müştəri
qarşısında sığorta şirkətinin əsas siması hesab edilən qəza komissarlarının nəinki
ixtisaslaşmasına, onun təhsilli olub-olmamasına belə fikir verilmir, qəza komissarlrına
“fotoqraf-sürücü” kimi yanaşılır. Ümumilikdə ölkəmizdə sığorta sektorunda çalışanlar
arasında təcrübəsizlik, sığorta və hüquq sahəsindəki biliklərin azlığı,
innovasiya və
kreativliyə meyilliliyin zəif olması və s. kimi problemlər geniş vüsət almışdır.
(https://fins.az/sigorta/920488/sigorta-sahesinde-kadr-chatismazligi-yasanir.html, 2017)
Ölkədə
rəqabət mühitinin getdikcə zəifləməsi
, bazarın oliqapolik hal alması da
sektorun inkişafa mane olacaq potensial təhdidlərdən biridir. Bu halda bazarın əsas
payının, dolayısı ilə qiymət siyasətinin sayca az olan iki-üç şirkətin əlində cəmləşməsi
sektorun sərbəst iqtisadi şərtlərdə inkişafına mane olur.
Statistik məlumatların qıtlığı,
xarici investisiyanın daxili bazardakı payının azlığı, regiondakı sosial-iqtisadi vəziyyət
və s. sektorun inkişafına mane olan digər amillərdir.
Dostları ilə paylaş: