“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


Azərbaycan sığorta bazarının Türkiyə ilə müqayisəsi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Azərbaycan sığorta bazarının Türkiyə ilə müqayisəsi:
Qonşu Türkiyənin 
sığorta bazarı Regionun ən inkişaf etmiş bazarlarından biri hesab olunan Türkiyənin 
sığorta bazarında qlobal maliyyə böhranı zamanı belə artım dinamikası qeydə alınıb. 
2009-cu ildə bu sığorta bazarında artım 2 faiz, 2010-cu ildə 18 faiz, 2011-ci ildə isə 20 
faizdən çox olub. Türkiyənin sığorta sektorunda kənd təsərrüfatı məhsullarının 
müəyyən risklərdən icbari sığorta etdirilməsi inkişaf xüsusiyyətinə görə diqqəti çəkən 
sığorta növlərindən biridir. Ölkədə kənd təsərrüfatında dəyən zərərin əvəzini ən qısa 
zamanda ödəmək, sahədə sığortanı stimullaşdırmaq, təbii fəlakətlər nəticəsində dəyən 
zərərin kompensasiyasında dövlət büdcəsi vəsaitinin xərclənməsinə qənaət etmək 
məqsədləri ilə “Kənd Təsərrüfatı məhsullarının sığortası haqqında qanun” qəbul edilib. 
Qanuna əsasən, hər bir bölgənin coğrafi xüsusiyyətlərinə görə orada kənd təsərrüfatı 
məhsullarının təbii fəlakətlərdən sığortalanması üzrə tətbiq edilən tariflər bir-birindən 
fərqlənir. Toplanan sığorta haqlarının vahid mərkəzdə cəmlənməsi və sığortalılara 
sığorta ödənişlərinin verilməsi istiqamətində şəffaflığın təmin olunması məqsədilə 


62 
Türkiyədə Kənd təsərrüfatı məhsullarının sığortası fondu – TARSİM yaradılıb. Sığorta 
müqavilələri üzrə hesablanmış sığorta mükafatlarında dövlətin payı, sığorta təşkilatları 
tərəfindən fonda ödənilən sığorta haqları, fond məbləğlərinin investisiyasından əldə 
olunan gəlirlər, təkrar sığorta müqavilələrinə görə alınan komisyon mükafatlar və s. 
TARSİM-in əsas gəlir mənbələri hesab olunur. 
(Əliyeva L., 2011)
Ölkəmizdə də 2002-ci ildə kənd təsərrüfatında sığortanın səmərəli tətbiqi məqsədi 
ilə “Kənd təsərrüfatında sığortanı stimullaşdırmaq haqqında” qanun və bunun ardından 
2004-cü ildə Nazirlər Kabineti tərəfindən “Kənd təsərrüfatında sığortanın 
stimullaşdırılmasına maliyyə yardımının ayrılması və təyinatı üzrə ödənilməsi 
qaydaları haqqında Əsasnamə” qəbul edilib. Bu məqsədlə növbəti dövrlərdə dövlət 
büdcəsindən külli miqdarda vəsaitin ayrılması nəzərdə tutulsa da keçdiyimiz dövrdə bu 
vəsait təyinatı üzrə səmərəli istifadə olunmayıb. Qərardan sonrakı ilk illərdə ( 2004-
2006) illərdə “kənd təsərrüfatı məhsullarının sığortası” üzrə yığılmış sığorta 
haqlarının həcmi ümumi sığorta haqlarına nisbətdə çox az – cəmi 0,02 faiz təşkil edib, 
hansı ki birbaşa olaraq sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı ilə məşğul olan 
insanlar arasında düzgün təbliğatın aparılmaması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə 
isə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara öz məhsullarınını sığorta etdirdikləri 
zaman dövlət tərəfindən verilən dəstək ən yüksək səviyyədə təşkil olunur. Sözügedən 
problemlərin həll yolu kimi inkişaf etmiş sığorta bazarına malik ölkələrin təcrübəsini 
öyrənməklə qanunvericilik bazasının təkmilləşdirilməsinə zərurət var. 
Sığorta sektorunda Türkiyənin ölkəmizdən əsas fərqlərindən biri də bazarda xarici 
kapital payının böyük olmasıdır. Türkiyənin sığorta bazarının və sığorta dövriyyəsinin 
təxminən üçdə-iki hissəsi beynəlxalq maliyyə-sığorta institutlarının payına düşür. 
Avropanın sığortaçılarının Türkiyə bazarındakı böyük payı ilk vaxtlar ciddi tənqidlərə 
səbəb olsa da, sonradan bazarın yüksək texnoloji vasitələrlə inkişafının və ən stabil 
regional bankçılıq sığorta mərkəzlərindən birinə çevrilməsinin də məhz Qərb 
sığortaçıları ilə bağlı olduğu ortaya çıxdı. Uzun illər Türkiyədə sınaqdan keçmiş sığorta 
modelləri və məhsullarınının ölkəmizdə də sığorta bazarı xüsusiyyətləri nəzərə 


63 
alınmaqla tətbiqi sektorun inkişafında müsbət nəticələrə yol aça bilər . Digər tərəfdən, 
Türkiyə bazarında uğur əldə etmiş sığorta şirkətləri indiki vəziyyətdə Azərbaycan və 
digər “Turan” ölkələrinin aparıcı sığorta şirkətlərindən təkrarsığorta risklərini qəbul 
etmək məsələsinə ciddi baxmağa hazırdırlar. Yüksək əhatəli və rəqabət qabiliyyətli 
Türkiyə bazarında imkanlar araşdırılıb ölkəmizdə tətbiqi mexanizmləri tərtib 
edilməlidir. 
(Əliyeva L., 2011) 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin