70
qurulmalı idi. Ancaq bu iş yarımçıq qaldı. Palatanın fəaliyyətindəki boşluqlardan daha
biri də budur ki, icbari və könüllü sığortalar paralel tətbiq edilmir. İnkişafa mane olan
əsas problemlərdən biri kimi sığorta mübahislərini məhkəməyə qədər həll etmək
mandatlı Sığorta Ombudsmanın yaradılması təşəbbüsü də reallığa çevrilməyib.
Şirkətlər tərəfindən korporativ idarəetmə prinsiplərinə əməl edilməsinə
nəzarət
– Fəliyyətdə şəffaflığa nail olmaq və haqsız rəqabətin qarşısını almaq üçün
şirkətlər tərəfindən verilən maliyyə hesabatlarının şəffaflığına və məlumatların əhaliyə
açıq şəkildə paylaşılmasına, şirkətlərdəki idarəetmənin “Sığorta fəaliyyəti haqqında”
Qanunda nəzərdə tutulmuş korporativ idarəetmə prinsiplərinə uyğun tətbiq edilməsinə
nail olunmalıdır.
Əhali arasında sığorta mədəniyyətinin və sığorta biliklərinin aşılanması,
maarifləndirici tədbirlərin gücləndirilməsi –
Bu yolda inkişaf etmiş ölkələrlə yanaşı
qonşu Rusiyanın və Türkiyənin təcrübələrindən yararlanmaq olar. Maariflənddirmə
tədbirlərindən effektiv nəticələr əldə etmək üçün kütləvi
informasiya vasitələrindən,
sosial mediadan və bir növ reklam xarakteri daşıyan digər addımlardan səmərəli istifadə
etmək zəruridir.
Daxili sığorta bazarına xarici investisiyanın cəlb edilməsi -
Xüsusi ilə inkişaf
etmiş ölkələrə aid xarici şirkətlərin Azərbaycan bazarına cəlbi istər xarici kapital
hesabına ümumi daxili məhsulun artırılması, istərsə də sektorda yüksək
texnologiyaların tətbiqi baxımından sektorun inkişafını sürətləndirə bilər.
Təbii ki, dövlət tərəfindən atılmalı olan addımlar yuxarıdakılarla kifayətlənmir.
Ölkədə sığortanın inkişaf etdirilməsi üçün dövlət
tərəfindən tədqiqat işləri
genişləndirilməli, xüsusi inkişaf plan(lar)ı hazırlanmalı, zəruri hallarda yeni qanun və
layihələrin qəbulu həyata keçirilməlidir. Təbii ki, sektorun inkişafı üçün dövlətin
təkbaşına çıxış yolları axtarması o qədər də effektiv nəticə verməyəcəkdir. Bu yolda
dövlətlə birlikdə sığorta qurumları da sığorta bazarının canlanması üçün müəyyən
addımlar atmalı, geniş miqyaslı təkliflərlə dövlət qarşısında çıxış etməli, zəruri hallarda
dövlət orqanları ilə birlikdə müəyyən tədbirlərin təşkilinə maraq göstərməlidir. Sığorta
71
fəaliyyətinin effektiv idarə edilməsi üçün şirkətlərinin atmalı olduqları addımları
aşağıdakı təkliflər şəklində sıralamaq olar:
Şirkətlərdə korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi –
Buraya həm
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Sığortanın Əsas Prinsipləri”, həm
də “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununda nəzərdə
tutulmuş prinsiplər aiddir. Bu prinsiplərə riayət olunması şirkət fəaliyyətinin
qanunvericiliyə və beynəlxalq standardlara uyğunluğu ilə yanaşı, şirkətdəki
idaərəetmənin də effektivliyin artmasına yol açacaqdır. Əsas prinsiplər isə bəllidir:
şəffaflıq, adillik, hesabatlılıq və məsuliyyət.
Fəaliyyətin idarə edilməsində yüksək texnologiyalardan istifadə olunması –
Müasir dövrdə yeni texnologiyaların tətbiqi olmadan, demək olar ki, heç bir fəaliyyət
sahəsinin inkişafı mümkün deyil. Beynəlxalq sığorta bazarı ilə müqayisədə
Azərbaycanın sığorta bazarında bu baxımdan gerilik müşahidə olunur. Sığorta
şirkətlərinin öz fəaliyyətlərinə yüksək texnologiyaları
tətbiq etməsi, müasir
proqramlaşdırma dillərindən (“agile” layihə menecmenti, “kanban”, “JİT” və s.)
istifadə olunması, avtomatlaşdırılmış sistemlərin qurulması həm zamandan səmərəli
istifadəyə, həm də kəmiyyət və ketfiyyət baxımından əhəmiyyətli dərəcədə müsbətə
doğru dəyişikliklərə apara bilər.
Kadrların ixtisas səviyyəsinin artırılması –
Sırf bu problem üzündən bir sıra
sığorta şirkətləri müştərilər qarşısında etibarını və daxili bazarda nüfuzunu itirmişdir.
Sığorta agentləri kimi digər kadrların da işə götürülməsi xüsusi imtahanlar vasitəsilə
həyata keçirilməli, qəbul zamanı müraciət edənin sığorta, hüquqi və s.
biliklərinin
olmasına fikir verilməlidir. Kadrların fərdi inkişafı, onların ixtisaslaşma səviyyəsinin
artırılması prosesi işə qəbuldan sonra da davam etməli, sığorta mütəxəssislərinə
müştərilərlə psixoloji davranış qaydaları, innovativlik, kreativlik və s. kimi keyfiyyətlər
aşılanmalıdır.
Maarifləndirmə tədbirləri –
Bazardakı potensial müştərilərin real müştərilərə
çevrilməsi üçün maarifləndirmə tədbirləri müstəsna əhəmiyyətə malikdir. Bu səbəbdən
72
sığorta şirkətlərinin dövlət qurumları ilə birlikdə müəyyən tədbirlərə imza atması qısa
müddətdə müsbət nəticələrini verəcək.
(Əliyeva L., 2011)
Statistik məlumatların və maliyyə hesabatlarının cəmiyyətə açıq elan edilməsi
– Bu, həm korporativ idarəetmənin şəffaflıq prinsipini təmin edir, həm sağlam rəqabət
üçün zəmin yaranır, həm də müştərilərin bu məlumatları rahat şəkildə əldə edə bilməsi
nəticəsində sığorta şirkətinə olan etibarı müəyyən dərəcədə artır.
Beynəlxalq şirkətlərlə əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi –
Beynəlxalq təcrübənin ölkəmizdə genişmiqyaslı tətbiqi sektorun inkişafına güclü təkan
verə bilər. Bu baxımdan beynəlxalq şirkətlərlə qarşılıqlı əməkdaşlıqların qurulması,
mütəxəssislərin cəlbi və həmçinin mütəxəssislərin yetişdirilməsi üçün əməkdaşların
qabaqcıl şirkətlərə ezam edilməsi zəruridir.
Davamlı bazarın tətqiq olunması, kreativ və innovativ məhsulların təklifi –
İndiki dövrdə tez-tez dəyişikliklərə məruz qalan sığorta bazarında rəqabətə tab gətirmək
üçün bütün bu dəyişikliklərə çevik reaksiya vermək, bazarın davamlı tətqiqi nəticəsində
yeni tələbləri aşkarlamaq və ona uyğun məhsullarla çıxış
etmək zəruri əhəmiyyətə
malikdir.
Dövlət orqanları ilə əməkdaşlıq –
Qeyd etdiyimiz və etmədiyimiz bütün
problemlərin həllində sığorta şirkətləri dövlət qurumları ilə əməkdaşlığa can atmalıdır.
İnsanların maarifləndirilməsi, ölkədə sığorta mədəniyyətinin formalaşması, beynəlxalq
əməkdaşlıqların qurulması, ölkədə məşğulluğun və istisaslaşmanın artması – nəticə
etibarı ilə Azərbaycanda sığorta sektorunda canlanmanın yaradılması üçün sığorta
şirkətlərinin dövlətlə iş birliyi vacib şərtlərdən biridir.