3.2. Azərbaycan sığorta bazarının beynəlxalq sığorta bazarı ilə müqayisəsi Ölkə daxilində istənilən növ iqtisadi fəaliyyət sahəsinin inkişaf səviyyəsinin
ölçülməsi, onun pozitiv və neqativ tərəflərinin aşkarlanması üçün ən effektiv üsullardan
biri sektora aid göstəricilərin digər ölkələrin göstəriciləri ilə müqayisə edilməsidir.
Sığorta bazarlarını ölçməklə onları müqayisə etmək məqəsdilə beynəlxalq praktikada
müxtəlif metodlardan istifadə edilir. Aşağıda həmin metodların məğzi barədə məlumat
verəcək, həmçinin sözü gedən metodlara əsasən Azərbaycanın sığorta bazarını digərlər
ölkələrin sığorta bazarı ilə müqayisə etməyə çalışacağıq.
(https://banker.az/sigorta-
bazarlarinin-muqayis%C9%99si/, 2016)
Sığorta bazarlarını ölçməklə onları müqayisə etmək məqəsdilə ən çox istifadə
edilən metod bazardakı “sığorta haqları həcmi”nin digər bazarlarla müqayisəsidir. Bu
metoda əsasən müvafiq müddətdə ölkə ərazisində fəaliyyət göstərən sığorta təşkilatları
tərəfindən yığılan sığorta haqları toplanılaraq ölkə üzrə sığorta mükafatlarının ümumi
həcmi hesablanır. Əldə edilən nəticələrə görə bir sığorta bazarının digər sığorta bazarı
ilə müqayisəsi mümkündür. Lakin, bu göstərici bazarların müqayisəsi mənasında heç
də əsl mənzərəni ortaya çıxartmır. Belə ki, sığortanın çox yüksək inkişafa malik olduğu
İsveçrədə qeyri-həyat sığorta məhsulları üzrə yığılan ümumi sığorta haqlarının həcmi
inkişafca qat-qat geridə qalan Rusiya Federasiyasının bazar göstəriciləri ilə, demək olar
56
ki, eynidir. Aşağıdakı cədvəldə Azərbaycanın sığorta bazarının bir sıra inkişaf etmiş və
post-sovet ölkələrin bazarları ilə müqayisəsi verilib:
Cədvəl 8: İnkişaf etmiş və post-sovet ölkələri üzrə sığorta haqları həcminin müqayisəsi Ölkə Brutto sığorta haqları (milyon avro)