62
Türkiyədə Kənd təsərrüfatı məhsullarının sığortası fondu – TARSİM yaradılıb. Sığorta
müqavilələri üzrə hesablanmış sığorta mükafatlarında dövlətin payı, sığorta təşkilatları
tərəfindən fonda ödənilən sığorta haqları, fond məbləğlərinin investisiyasından əldə
olunan gəlirlər, təkrar sığorta müqavilələrinə görə alınan komisyon mükafatlar və s.
TARSİM-in əsas gəlir mənbələri hesab olunur.
(Əliyeva L., 2011)
Ölkəmizdə də 2002-ci ildə kənd təsərrüfatında sığortanın səmərəli tətbiqi məqsədi
ilə “Kənd təsərrüfatında sığortanı stimullaşdırmaq haqqında” qanun və bunun ardından
2004-cü ildə Nazirlər Kabineti tərəfindən “Kənd təsərrüfatında sığortanın
stimullaşdırılmasına maliyyə yardımının ayrılması və təyinatı üzrə ödənilməsi
qaydaları haqqında Əsasnamə” qəbul edilib. Bu məqsədlə
növbəti dövrlərdə dövlət
büdcəsindən külli miqdarda vəsaitin ayrılması nəzərdə tutulsa da keçdiyimiz dövrdə bu
vəsait təyinatı üzrə səmərəli istifadə olunmayıb. Qərardan sonrakı ilk illərdə ( 2004-
2006) illərdə “kənd təsərrüfatı məhsullarının sığortası” üzrə yığılmış sığorta
haqlarının həcmi ümumi sığorta haqlarına nisbətdə çox az – cəmi 0,02 faiz təşkil edib,
hansı ki birbaşa olaraq sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı
ilə məşğul olan
insanlar arasında düzgün təbliğatın aparılmaması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə
isə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara öz məhsullarınını sığorta etdirdikləri
zaman dövlət tərəfindən verilən dəstək ən yüksək səviyyədə təşkil olunur. Sözügedən
problemlərin həll yolu kimi inkişaf etmiş sığorta bazarına malik ölkələrin təcrübəsini
öyrənməklə qanunvericilik bazasının təkmilləşdirilməsinə zərurət var.
Sığorta sektorunda Türkiyənin ölkəmizdən əsas fərqlərindən biri də bazarda xarici
kapital payının böyük olmasıdır. Türkiyənin sığorta bazarının və sığorta dövriyyəsinin
təxminən üçdə-iki hissəsi beynəlxalq maliyyə-sığorta institutlarının payına düşür.
Avropanın sığortaçılarının Türkiyə bazarındakı böyük payı ilk vaxtlar ciddi tənqidlərə
səbəb olsa da, sonradan bazarın yüksək texnoloji vasitələrlə inkişafının və ən stabil
regional bankçılıq sığorta mərkəzlərindən birinə
çevrilməsinin də məhz Qərb
sığortaçıları ilə bağlı olduğu ortaya çıxdı. Uzun illər Türkiyədə sınaqdan keçmiş sığorta
modelləri və məhsullarınının ölkəmizdə də sığorta bazarı xüsusiyyətləri nəzərə
63
alınmaqla tətbiqi sektorun inkişafında müsbət nəticələrə yol aça bilər . Digər tərəfdən,
Türkiyə bazarında uğur əldə etmiş sığorta şirkətləri indiki vəziyyətdə Azərbaycan və
digər “Turan” ölkələrinin aparıcı sığorta şirkətlərindən təkrarsığorta
risklərini qəbul
etmək məsələsinə ciddi baxmağa hazırdırlar. Yüksək əhatəli və rəqabət qabiliyyətli
Türkiyə bazarında imkanlar araşdırılıb ölkəmizdə
tətbiqi mexanizmləri tərtib
edilməlidir.
(Əliyeva L., 2011)
Dostları ilə paylaş: