69
etməyə çalışacağıq. İlk öncə sektorun dövlət tərəfindən idarə edilməsinin effektivliyini
artırmaq üçün təklifləri aşağıdakı kimi qruplaşdıra bilərik:
Mövcud Qanunvericiliyin daha da təkmilləşdirilməsi
– Sığortanın ümumölkə
səviyyəsində tənzimlənməsinin əsas hüquqi bazasını qəbul edilən qanun və qərarlar
təşkil etdiyi üçün bu qanunvericilik bazasının daim təkmilləşdirilməsi və ideal
vəziyyətə salınması zəruridir. Son dövrlərdə bu anlamda xüsusi irəliləyişlər müşahidə
olunsa da, korporativ idarəetmə prinsipləri, məlumatların açıqlanması və şəffaflıq
tələbləri, icbari tibbi sığorta, daşınmaz əmlakın icbari sığortası və s. məsələlər üzrə
mövcud Qanunların təkmilləşməyə ehtiyacı var. Xüsusilə kənd təsərrüfatı obyektlərinin
sığortalanması barədə də yeni qanunların və qərarların qəbulu qeyri-neft sektorunun
inkişafı üçün əsas istiqamətlərdən sayılan kənd təsərrüfatının inkişafını stimullaşdıra
bilər.
Qəbul edilmiş qanun və qərarların tətbiqinə nəzarətin gücləndirilməsi
–
Bildirdiyimiz kimi, son dövrlərdə Qanunvericilik bazası əhəmiyyətli dərəcədə
təkmilləşdirilsə də, onun icra mexanizminin tam hazırlanmaması və tətbiqinə nəzarətin
zəif olması əhəmiyyətli dərəcədə məsrəflərə yol açmışdır. Problemin həlli üçün qəbul
edilmiş Qanun və qərarların icra planı tətbiq edilməli, bu barədə maliyyə bazarına
nəzarət orqanına müəyyən tapşırıqlar verilməli, bu mənada effektiv təkliflərlə çıxış
etməsi üçün sığorta şirkətləri motivasiya edilməlidir.
Dostları ilə paylaş: