49
III FƏSİL. AZƏRBAYCANDA SIĞORTA FƏALİYYƏTİNİN İDARƏ
EDİLMƏSİ PROBLEMLƏRİNİN TƏHLİLİ
3.1. Azərbaycanın Sığorta Qanunvericiliyinə əsasən sığorta
fəaliyyətinin tənzimlənməsi
İqtisadi sistemin qarışıq tipinə malik İnkişaf Etmiş Ölkələrdə bazar subyektlərinin
sərbəst hərəkəti və yüksək rəqabət mühiti müşahidə olunsa da, dövlətin fəaliyyət
sahələrinə nəzarəti və zəruri hallarda müdaxiləsi, ümumi tənzimlənmə
mexanizmələrinin və standardlarının təyin olunması istisna olunmur. Hər bir iqtisadi
fəaliyyət növü kimi sığorta sahəsinin də dövlət tərəfindən tənzimlənməsi və ona nəzarət
zəruri xarakter daşıyır. Dövlətin sığorta orqanları vasitəsilə sığorta sektorundakı
tənzimləyici rolu sığorta etdirən vətəndaşların müdafiəsini təmin edən üç əsas
funksiyanı yerinə yetirir:
Birinci və əsas funksiya sığorta müqavilələrinin bağlanması ilə bağlı fəaliyyətin
həyata keçirilməsinə razılıq verən qeydiyyatın aparılmasıdır. Əvvəla bütün sığortaçı
təşkilatlar qeydiyyatdan keçməlidirlər. Çünki bu qeydiyyat şirkətin peşəkarlıq
səviyyəsini və onun maliyyə vəziyyətini müəyyən etməyə imkan verir. Qərb
təcrübəsində məşhur şəxslər tərəfindən sığortaçı barədə verilmiş zəmanət
məktublarının qeydiyyat yerlərinə təqdim olunması tələb edilir və beləcə rəsmi nüfuza
sahib olmayan sığorta qurumu fəaliyyət göstərmək iqtidarında olmur. Yekunda sığorta
nəzarəti orqanları tərəfindən uyğun görülərssə, müvafıq icazə və ya lisenziyanın
sığortaçıya verilməsi ilə qeydiyyat aktı rəsmiləşdirilir.
Aşkarlığın təmin olunması isə dövlət tənzimlənməsinin ikinci funksiyasıdır.
Ölkədə peşəkar sığorta fəaliyyətinin təminatı üçün sığortaçıların maliyyə vəziyyəti
haqqında tam, doğru və aydın informasiyalar nəşr etdirilməlidir. Aşkarlıq prinsipi
qanunvericilik aktları ilə təmin edilməli, sağlam rəqabətə mane olacaq ehtimallara qarşı
sığorta nəzarəti orqanları təqdim olunmuş informasiyanın düzgünlüyü yoxlamalıdır.
Sığorta cəmiyyətlərinin maliyyə durumu haqqında məlumatların aşkar şəkildə və
düzgün olması rəqabət mübarizəsinin qorunub saxlanmasına şərait yaradır.
50
Növbəti – üçüncü funksiya isə hüquq qaydalarına riayət olunmasının təminatıdır.
Sığortaçıların operativ maliyyə fəaliyyətinin yoxlanılması uzrə bir sıra səlahiyyətlərə
maliköv olan dövlətin sığorta nəzarəti orqanı sığortaçı və sığortalıların maraqlarını
təmin etmək məqsədi ilə qanun pozuntularına görə istintaqa başlaya, qanun
pozuntusuna səbəb olan fəaliyyət ilə məşğul olan şəxslərə qarşı inzibati ölçülər tətbiq
edə və ya istintaq işini məhkəməyə təqdim edə bilər.
(Xankişiyev B., 2006)
Sığorta fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsin əhəmiyyəti və vəzifələri
qanunvericilikdə də öz əksini tapmışdır. Belə ki, sığorta sektorunun dövlət tərəfindən
tənzimlənməsi və ona nəzarətin məqsədləri və ümumi qaydaları barədə “Sığorta
fəaliyyəti haqqında” Qanunun 12-ci Fəslində ətraflı məlumatlar əks etdirilmişdir.
Həmin Qanunun 95-ci maddəsinə əsasən Azərbaycanın sığorta sektorunda tənzimləmə
və nəzarətin aşağıdakı bir sıra vəzifələri var:
Ölkədə sığorta sisteminin təkmilləşdirilməsi və sığorta bazarının inkişafı
məqsədilə müvafiq tədbirlər həyata keçirmək;
Sığorta bazarını, o cümlədən sığorta işini tənzimləmək, həmçinin sığorta
fəaliyyətinə nəzarət etmək;
Sığorta fəaliyyətinin inkişafının təminatı üçün qanunvericilik bazasının
təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirmək və beynəlxalq sığorta sistemində
Azərbaycan Respublikasının iştirakının prinsiplərini, icbari sığorta növlərini müəyyən
etmək;
Ölkədə sığorta fəaliyyətinin tərkibinə daxil olan bütün iştirakçıların hüquq və
qanuni mənafelərinin, ictimai əhəmiyyətli maraqların qorunması üçün tədbirlər həyata
keçirmək.
Korrupsiyaya, cinayətkarlığa, terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə tədbirləri haqqında qüvvədə olan qanun və qanunvericik aktlarının tələblərinə
əməl edilməsini təmin etmək.
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə sığorta sektorunda vahid
qanunvericilik bazasının formalaşdırılması, bazarın tənzimlənməsi və inkişaf
51
etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmiş, qanunlar, qərarlar qəbul
edilmişdir.
Azərbaycanda Sığorta fəaliyyətinin inkişaf tarixi XIX əsrin ortalarından başlasa
da, onun əsas qanunvericilik bazasının yaranması və inkişafı müstəqillik illərindən
başlayır. Belə ki, 1993-cü ildə sığorta faəliyyətinə aid ilk qanun olan «Sığorta
haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilib. Daha sonra müxtəlif illərdə
sığorta fəaliyyətinin ölkə səviyyəsində tənzimlənməsi və ümumi qaydaların,
standardların təyin edilməsi məqsədi ilə müxtəlif qanunlar, qərarlar, fərmanlar və s.
qəbul edilmişdir. Ümumilikdə götürsək, Azərbaycanda sığorta fəaliyyətinin
Qanunvericilik bazasının dörd tərkib hissəsi var:
Azərbaycan Respublikasının Qanunları
Azərbaycan Respublikası Prezidentinin Fərmanları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Normativ sənədləri
İlk rəsmi qanun olan 1993-cü ildə qəbul edilmiş «Sığorta haqqında» Azərbaycan
Respublikası Qanununa 1999-cu ildə bir sıra dəyişikliklər edilib müəyyən qədər
təkmilləşdirilsə də, çoxsaylı boşluqlar səbəbindən 2008-ci ildə qüvvədən düşmüşdür.
Hazırda isə sığorta fəaliyyətinin tənzimlənməsi üçün qəbul edilmiş və qüvvədə olan 10-
a yaxın Qanun mövcuddur. Bunların tərkibinə ümumi qaydaların, prinsiplərin müəyyən
edilməsi, sektorun ümumi inkişafı məqsədi ilə qəbul edilmiş “Sığorta fəaliyyəti
haqqında”, "Tibbi sığorta haqqında" Qanunlarla yanaşı icbari sığorta növlərinin təşviqi
məqsədi daşıyan qanunlar ("İcbari Sığortalar Haqqında", “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta haqqında”, "Hərbi qulluqçuların dövlət icbari səxsi sığortası haqqında",
"Məhkəmə və hüquq mühafizə orqanları isçilərinin dövlət icbari səxsi sığortası
haqqında", "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında", "Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən
diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında"
52
Azərbaycan Respublikasının Qanununları) daxildir. Həmçinin "Azərbaycan
Respublikasının Mülki Məcəlləsi"nin 50-ci Fəsli (Sığorta) də Azərbaycanda sığorta
qanunvericiyinin əsas tərkib hissələrindəndir.
(https://www.fimsa.az/az/legislation-
insuarance, 2019)
Sığorta fəaliyyətinə dövlət nəzarəti və onun tənzimlənməsi “Sığorta fəaliyyəti
haqqında” Qanununun tələblərinə görə dövlətin səlahiyyətli – maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən həyata keçirilir. Qanunun müxtəlif maddələrində maliyyə
bazarlarına nəzarət orqanının iş prinsipləri öz əksini tapmışdır. Müstəqilliyin ilk
illərində bu funksiyanı əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarəti, daha sonra Maliyyə Nazirliyinin
nəzdində Dövlət Sığorta Nəzarəti Xidməti yerinə yetirirdi. 2016-cı ildən isə
Azərbaycan Respublikası Prezidentinin yeni fərmanı ilə bu vəzifəni Maliyyə
Bazarlarına Nəzarət Palatası icra edir.
Dostları ilə paylaş: |