“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


 “PAŞA Sığorta” və “Azərsığorta” şirkətlərində sığorta fəaliyyətinin



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
Haqverdiyev-Rakim-Z-lal

2.4. “PAŞA Sığorta” və “Azərsığorta” şirkətlərində sığorta fəaliyyətinin 
idarə olunmasının əsas istiqamətləri 
Əvvəlki yarımfəsillərdə sığorta bazarının formalaşması və inkişafında sığorta 
şirkətlərinin əhəmiyyətindən bəhs etmişdik. Bu yarımfəsildə isə Azərbaycan bazarında 
mövqeyinə görə ön sıralarda yer alan iki şirkətin – son dövlər sürətlə inkişaf edərək 
lider mövqelərə yerləşmiş “PAŞA Sığorta” və yeganə dövlət sığorta şirkəti olan 
“Azərsığorta” şirkətlərinin fəaliyyətinin əsasları və şirkət səviyyəsində idarə etmə 
strukturu, menecmentin əsas xüsusiyyətlərindən danışılacaq. 


45 
“PAŞA Sığorta” şirkətində menecmentin əsas istiqamətləri: 
Əsası 2006-cı ildə 
qoyulmuş “Paşa Holdinq”in tərkibinə daxil olan iki sığorta şirkətindən biri kimi “PAŞA 
Sığorta” sektor üzrə daxili bazar liderlərindən biri hesab olunur. Nizamnamə kapitalının 
həcmi 50 milyon manat olan “PAŞA Sığorta” şirkəti 300.000-ə yaxın fərdi və 
korporativ müştərisinə 36 növ icbari və könüllü sığorta üzrə xidmət göstərir. Ötən ilin 
(2018) yekun məlumatlarına əsasən şirkət il ərzində 127 974,33 milyon manat sığorta 
mükafatı toplayıb. Bu isə 17,6% pay ilə bazar ikinciliyi deməkdir. Bu göstəricilər daha 
öncəki illərdə 19,32 və 20,6% təşkil etmişdir. 
(https://www.pasha-insurance.az/about-
us/about-company/, 2019)
 
Şirkətin yarandığı tarixdən bəri yüksək bazar payı ilə daim ön sıralarda yer 
almasının əsas səbəbi kimi yüksək səviyyəli kapitalla yanaşı, mürəkkəb və bir o qədər 
də dəqiqliklə təşkil edilmiş menecment strukturu göstərilir. Paşa Sığortanın idarətmə 
strukturuna və şirkətdə menecmentin əsas xüsusiyyətlərinə nəzər salaq: 
Menecment:
 
Şirkət tərəfindən yetişdirilən menecer-liderlər şirkətin gələcəyə 
baxışını və inkişaf istiqamətini ortaya çıxarır, heyyətin korporativ dəyər və məqsədlərə 
söykənən çalışmasını təmin edir, yeni biznes münasibətlərinin qurulmasını, həmçinin 
yeni sosial məqsədli layihələrin təbliğini həyata keçirir, ətrafdakıları motivasiya edir. 
Şirkətdə 
menecmentin 
aşağıdakı əsas istiqamətləri var: 

Korporativ dəyərləri, mədəniyyəti, etik davranış qaydalarını, strategiyanı, 
missiyanı və gələcək hədəfləri müəyyənləşdirmək; 

Bütün heyyət üzvləri daxil olmaqla şirkətin əsas aktivlərini formalaşdırmaq 
və şirkətin fəaliyyətinin rentabelliliyini təmin etmək; 

Qanunçulara riayət edilməsinin, sosial yönümlü layihələrin tətbiq və təşviq 
edilməsi; 

Sağlam və təhlükəsiz iş mühitinin yaradılması; 

İşçilərin ixtisaslaşması və peşəkar inkişafı üçün hər cür şəraitin yaradılması 
və onların ümumi hədəf uğrunda çalışmaları üçün motivə edilməsi 
Korporativ İdarəetmə 
şirkətin gələcək inkişafını səciyyələndirən, həmçin onun 


46 
fəaliyyətinin təmin edilməsinə birbaşa təsir göstərən qanunların, siyasətlərin
proseslərin, daxili standardların və strateji xarakterli göstərişlərin toplusudur. Şirkərdə 
korporativ idarəetmə sistemi korporativ idarəetmənin beynəlxalq və daxili 
standartlarından və təcrübəsindən yararlanaraq, o cümlədən qanunvericilik tələbləri ön 
rəhbər tutularaq qurulmuşdur və aşağıdakılardan ibarətdir: 
Səhmdarların Ümumi Yığıncağı 
–İl ərzində bir-iki dəfə toplanan və şirkətin 
inkişafının əsas istiqamətlərini müəyyən edən Səhmdarların Ümumi İclası şirkətdə 
qərar qəbul edən əsas orqan hesab edilir. Qəbul edilmiş qərarlar üzrə fəaliyyətə ümumi 
nəzarətin və rəhbərliyin həyata keçirilməsi isə 
Direktorlar Şurası 
tərəfindən təmin 
olunur. Bu Şura şirkətin strateji layihələrinin, biznes strategiyasının təsdiqi, icrası və 
fəaliyyətə ümumi nəzarəti həyata keçirir. 
Təftiş Komissiyası ş
irkətin maliyyə-təsərrüfat 
fəaliyyətinə nəzarət etmək vəzifəsini daşıyır, şirkətin maliyyə durumuna neqativ 
göstərə biləcək əməliyyatlara və ya şəraitə nəzarət edir, ilin yekunda maliyyə 
nəticələrinə dair rəy və tövsiyə bildirir, həmçinin Daxili Audit Xidmətinin fəaliyyətinə 
nəzarət edir. 
İdarə Heyəti
hazırkı fəaliyyətinə nəzarəti təmin etməklə yanaşı, illik 
büdcənin, strateji planının, maliyyə hesabatlılığının və sığorta əməliyyatlarının icrasını 
həyata keçirir. 
Keyfiyyət Qrupunun vəzifəsi isə d
axili nəzarət sistemlərinin şirkətin real 
biznes proseslərinə və Beynəlxalq İdarəetmə Standartının tələblərinə uyğunluğunu 
yoxlamaq, cari ehtiyaclarının təmin edilməsinə nəzarət etməkdən ibarətdir. 
Bunlardan başqa “Paşa Sığorta” şirkətində korporativ idarəetmə sisteminə daxil 
olan bir sıra daxili komitələr fəaliyyət göstərməkdədir: 

Depozit və İnvestisiyalar Komitəsi 

Büdcə və Strategiya Komitəsi 

İnformasiya Texnologiyalarının İdarə Olunması üzrə Komitə 

Riskləri İdarəetmə Komitəsi 

İnsan Resursları və Mükafatlandırma Komitəsi 
Məlumat üçün qeyd edək ki, adları sadalanan komitələrin qərarları iclasda iştirak 
edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 
(https://www.pasha-insurance.az/about-


47 
us/corporate-governance/, 2019)

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin