“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


Maliyyə Bazarlarına Nəzarət Palatası



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   30   31   32   33   34   35   36   37   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Maliyyə Bazarlarına Nəzarət Palatası
publik hüquqi şəxs ölkədəki sığorta 
təşkilatları və maliyyə bazarlarının tərkibinə daxil olan digər qurumların və ödəniş 
sistemləri fəaliyyətinin tənzimlənməsi və nəzarəti, onların lisenziyalaşdırılması, 
həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək 
üçün 2016-cı ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 
yaradılmışdır. Birbaşa Azərbaycan Respublikasının Prezidentinin nəzarətində olan 
orqanın nizamnamə fondu 5 000 000 (beş milyon) manatdır. MBNP-nin sığorta 
sektorunun inkişafı ilə bağlı fəaliyyət istiqamətləri aşağı kimi müəyyənləşdirilmişdir: 

Sığorta bazarındakı dövlət siyasətinin formalaşmasında və həyata 
keçirilməsində iştirak etmək, tənzimləməni həyata keçirmək və qüvvədə olan 
qanunvericiliyə əməl edilməsinə nəzarət etmək; 

Sığorta bazarının inkişafını təmin etmək və makroprudensial nəzarətin həyata 
keçirnək; 

Sığorta bazarının inkişafı ilə bağlı müvafiq hüquqi aktların layihələrinin 
hazırlanmasında iştirak etmək və normativ aktlar qəbul etmək; 


53 

Sığorta fəaliyyətin lisenziyalaşdırılmasını, fəaliyyətlə bağlı icazələrin 
verilməsini, o cümlədən ləğv edilməsini təmin etmək; 

Sığorta bazarında vahid informasiya sisteminin tətbiqi ilə bağlı tədbirlər 

Bazarda hərtərəfli və davamlı nəzarətin həyata keçirilməsini, yoxlamalar 
aparılmasını və ya bu yoxlamaları üçüncü tərəfə həvalə edilməsini, bununla bağlı 
hesabatların əldə edilməsini təmin etmək və s. 
(https://www.fimsa.az/az/charter, 2016)
İcbari Sığorta Bürosu
– Sığorta sektorunun tənzimlənməsində əhəmiyyətli paya 
sahib daha bir orqan İcbari Sığorta Bürosusudur. 2011-ci il 29 noyabr tarixində “İcbari 
sığortalar haqqında” Qanunun tələblərin uyğun olaraq qurulan büronun fəaliyyətinin 
məqsədi zərərçəkən sığortalı və üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari 
sığorta sisteminin inkişafını və sabitliyini təmin etməkdən ibarətdir. Sadalanan 
məqsədlərə nail olmaq üçün İSB qanunvericilikdə nəzərdə tutulmuş aşağıdakı 
funksiyaları həyata keçirir: 

Ölkənin sığorta qanunvericiliyində nəzərdə tutulmuş icbari sığorta növlərinin 
həyata keçirilməsi zamanı, həmçinin bu anlamda beynəlxalq sığorta sistemləri 
çərçivəsində iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək; 

İcbari sığorta fəaliyyəti iştirakçılarının maraqlarını dövlət, yerli idarəetmə və 
digər orqanlarda, təşkilatlarda təmsil və müdafiə etmək, həmçinin Büronun iştirakçı-
larını icbari sığorta növləri üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla münasibət-
lərdə təmsil etmək, o cümlədən beynəlxalq sığorta sistemlərinin iştirakçıları ilə 
qarşılıqlı əməkdaşlığı həyata keçirmək; 

İcbari sığorta üzrə proseslərin təkmilləşdirilməsi və qanunvericiliyin inkişafı 
üzrə təkliflərlə çıxış etmək; 

İcbari sığorta növləri üzrə dəymiş zərərlərin qiymətləndirilməsi, hadisələrin 
araşdırılması ilə əlaqədar yeni metodoloji təlimatlar işləyib hazırlamaq və tətbiq etmək, 
hadisə zamanı sağlamlığına zərər dəyən üçüncü tərəflərə kompensasiya ödənişlərinin 
təqdim edilməsini təmin etmək

İcbari sığorta şəhadətnamələrini blanklarını mərkəzləşdirilmiş formada çap 


54 
etdikdən və sığortaçılara ödənişsiz olaraq təqdim etdikdən sonra onların uçotunu 
aparmaq; 

Sığorta təminatları ilə bağlı risklərin minimallaşdırılması üçün vahid 
təkrarsığorta proqramını müəyyənləşdirmək və təkrarsığorta zamanı iştirakçı qismində 
çıxış edən sığorta təşkilatlar adından vahid təmsilçi kimi çıxış etmək; 
(http://isb.az/buro-
haqqinda/, 2019)

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin