“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda


Xarici tələbələr üçün tibbi xərclərə kömək proqramı



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   26   27   28   29   30   31   32   33   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Xarici tələbələr üçün tibbi xərclərə kömək proqramı: 
İstənilən xarici tələbə 
pulsuz formada təhsil aldığı quruma “tibbi xidmət sertifikatı” üçün ərizə ilə müraciət 
edə bilər. Bu ptoqram tələbə tərəfindən “milli tibbi sığorta sitemi” ilə birlikdə istifadə 
oluna bilər. Bu proqram üzrə ödənən müavinətlər ölkədən kənarda, həmçinin müayinə, 
hamiləlik və uşaq doğumu zamanı nəzərə alınmır.
Proqramın qaydalarına əsasən bir vətəndaş başqa bir şəhərə (rayona) köçürsə, 
əvvəlki kartını yerli ofisə qaytarmalı və yeni ünvandakı ofisə müraciət edərək yeni kart 
almalıdır. 
(Əliyeva L.,2011: s.86-89)
 
Polşa təcrübəsi.
Öncələr
 
sığorta sektoru dövlətin nəzarətində olan Şərqi Avropa 
ölkələrində 80-ci illərin axırlarında baş vermiş siyasi, iqtisadi və sosial sahədə 
əhəmiyyətli dəyişikliklər iqtisadiyyatın bütün sektorlarına, həmçini sığorta sektorunun 
inkişafına güclü təsir etmişdir. Bu ölkələrdə müasir sığorta bazarı standardlarına 
uyğunlaşdırılmış hüquqi aktlar sistemini formalaşdırılmış, sığorta qanunvericiliyi 
tələblərinə riayət edilməsini və ona nəzarəti gücləndirmək məqsədi ilə sığorta nəzarəti 
orqanlarının fəaliyyəti təşkil edilmiş, sığorta bazarının effektiv inkişafı təmin 
edilmişdir. Regionun sığorta bazarında Polşanın üstünlüyü nəzərə çarpır. İstər həyat, 
istərsə də qeyri-həyat sığorta növləri üzrə bazar payının yarıdan çoxu Polşanın payına 


44 
düşür. Regionda sığorta bazarının böyüklüyünə görə Polşadan sonra 2-ci yeri 20-21% 
bazar payı ilə Çex Respublikası tutur. 
Polşanın sektor üzrə sürətli inkişafı və Şərqi Avropa bazarında lider mövqe 
tutması bir çox ölkələr kimi Azərbaycanda da Polşa təcrübəsinin öyrənilməsinə maraq 
oyadıb. Belə ki, XXI əsrin əvvəllərində Azərbaycanın Dövlət Sığorta Nəzarəti Xidməti 
Polşanın Maliyyə Nəzarəti Orqanı ilə birlikdə sığorta sahəsində istehlakçıların 
hüquqlarının müdafiəsi ilə əlaqədar mövcud qanunvericiliyin Avropa İttifaqı 
qanunvericiliyinə uyğunlaşdırılması məqsədi ilə Polşa təcrübəsinin mənimsənməsi və 
uyğun tövsiyələrin tərtib edilməsi istiqamətində birgə layihənin icrasına başlayıb. Dörd 
mərhələdən (I - yerli bazarın analizi, vəziyyətin qiymətləndirilməsi, II - təlimləndirmə, 
III - müzakirə və tövsiyyələr, IV - yekun təkliflərin hazırlanması) ibarət layihənin icra 
müddətinin 2011-ci ilin dekabr ayına kimi yekunlaşması nəzərdə tutulsa da, hal-hazırda 
da Azərbaycan şirkətləri tərəfindən Polşanın xüsusilə tibbi sığorta sahəsindəki 
təcrübələrinin öyrənilməsinə böyük maraq var. 
Əslində sadəcə Polşanın deyil, ABŞ, Böyük Britaniya, Yaponiya kimi sektor üzrə 
inkişaf etmiş digər ölkələrdə, o cümlədən nümunəvi inkişafa malik Rusiya və Türkiyə 
kimi qonşu ölkələrdə sığorta təcrübəsinin öyrənilməsi məqsədilə dövlətlərarası və 
şirkətlərarası qarşılıqlı əməkdaşlıqların qurulması Azərbaycanda sığorta bazarının 
inkişafı üçün zəruri şərtlərdən biri hesab edilə bilər. 
(Əliyeva L.,2011) 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin