IV FƏSİL
SARCOCYSTIS TENELLA İLƏ YOLUXMUŞ HEYVANLARIN BƏZİ ORQANLARINDA ZÜLALLARIN DİNAMİKASI
Sağlam heyvanların inkişafının və eyni zamanda müxtəlif parazitar xəstəliklər ilə yoluxmuş heyvanların orqanizmində parazitlərin inkişaf mərhələlərindən asılı olaraq zülal mübadiləsinin xüsusiyyətlərinin aydınlaşdırılması xüsusi əhəmiyyətə malikdir.
Sağlam, Sarcocystis tenella ilə spontan yoluxmuş qoyunların bəzi orqanlarında ümumu zülalın dinamikasında baş verən dəyişkənlikləri öyrənmək üçün qaraciyər, qida borusu, ürək və diafraqmada ümumi zülalın miqdarı tədqiq edilmiş və alınan nəticələr cədvəl 4.1-də verilir.
Cədvəl 4.1
Sağlam və Sarcocystis tenella ilə yoluxmuş heyvanların orqanlarında ümumi zülalın dinamikası (M±Sd, 1 q toxumada mq-la)
Tədqiq olunan
orqanlar
|
Sağlam heyvanların
göstəricisi
|
Xəstə heyvanların
göstəricisi
|
Qaraciyər
|
162,13±1,30
|
158,12±0,97
P<0,05
|
Qida borusu
|
179,13±0,16
|
180,36±0,89
P>0,05
|
Ürək
|
192,27±0,88
|
181,31±0,93
P>0,05
|
Diafraqma
|
181,97±1,13
|
182,98±0,67
P>0,05
|
Cədvəl 4.1-də verilən məlumatlardan göründüyü kimi sağlam heyvanların qaraciyər, qida borusu, ürək və diafraqmasında ümumi zülalın miqdarı müvafiq olaraq 162,13±1,30, 179,13±0,16, 192,27±0,88 və 181,97±1,13 mq/q təşkil edir.
Müəyyən edilmişdir ki, xəstə heyvanların öyrənilən orqanlarından ancaq qaraciyərdə ümumi zülalın miqdarında statistik dürüst dəyişkənlik baş verir. S.tenella ilə yoluxma zamanı qaraciyərdə ümumi zülalın miqdarı 162,13±1,30-dan 158,12±0,97-ə enir (P<0,05). Qida borusu, ürək və diafraqmada ümumi zülalın miqdarı kontrol, sağlam heyvanların müvafiq göstəriciləri ilə müqayisədə azalmasına baxmayaraq statistik dürüst olmamış (P>0,05), baş verən dəyişkənlik fizioloji norma hüdudunda olmuşdur (cədvəl 4.1).
Sarcocystis tenella ilə yoluxmuş qoyunların qaraciyər, qida borusu, ürək və diafraqmasının homogenatlarından poliakrilamidgel elektroforez metodu vasitəsilə qaraciyərdən 17, qida borusundan 15, ürək əzələsindən 16 və diafraqma əzələsindən isə 15 zülal fraksiyası ayrılmışdır. Sağlam heyvanların qeyd edilən orqanlarından da eyni sayda zülal ayrılmışdır (cədvəl 4.2, əlavə şəkil 1-8).
Alınmış nəticələr yoluxma zamanı zülal mübadiləsində dərin keyfiyyət dəyişkənliklərinin baş vermədiyini göstərir. Bu fikir ürək əzələsinə aid edilə bilər çünki, ürək əzələsində 15 zülaldan üçünün miqdarında statistik dürüst dəyişkənliklər baş verirsə, öyrənilən digər orqanların hər-birində isə 5-6 zülalın miqdarında statistik dürüst dəyişkənlik baş verir.
Sağlam qoyunların qaraciyər, qida borusu, ürək və diafraqmasından təxminən eyni sayda zülal (15-17 fraksiya) ayrılmasına baxmayaraq bu orqanların hər birinin spesifik zülallara malik olduğu müəyyənləşdirilmişdir. Yəni zülal tərkibinə görə orqanlar biri-birindən fərqlənirlər. Qaraciyər zülallarının elektroforeqrammaları üzərində rast gəlinən və elektroforetik hərəkət sürəti (EHS) 0,27 olan zülala nə qida borusu, nə ürək və nə də diafraqmada təsadüf edilir, əksinə bu orqanda təsadüf edilməyən və EHS 0,95 olan zülala qida borusu, ürək və diafraqmada təsadüf edilir. Ürəkdə təsadüf edilən elektroforetik hərəkət sürəti 0,75 olan zülala digər üç orqanda təsadüf edilmir (cədvəl 4.2). Göründüyü kimi ürək və qaraciyər onlar üçün spesifik zülala görə fərqlənir. Əksər zülallar hər üç orqan üçün ümumidir, yəni toxuma spesifikliyinə malik deyildir.
Sağlam heyvanların qaraciyərində miqdarca ən çox olan zülallar EHS 0,01, 0,21, 0,25, 0,27, 0,36, 0,47, 0,67 və 0,71 olan zülallardır. Qeyd edilən zülallar içərisində isə EHS 0,36 və 0,47 olan zülalın miqdarı daha çoxdur (müvafiq olaraq 11,31±0,90% və 11,00±0,88%).Yoluxmuş heyvanların bu orqanında bu zülalların miqdarında statistik dürüst dəyişkənliyin baş verdiyi aşkar edilməmişdir.
Cədvəl 4.2
Sarcocystis tenella ilə yoluxmuş qoyunların müxtəlif orqanlarında zülalların dinamikası
(%-lə M±Sd, n=5)
EHS
|
Qaraciyər
|
Qida borusu
|
Ürək
|
Diafraqma
|
Kontrol
|
Yoluxmuş
|
Kontrol
|
Yoluxmuş
|
Kontrol
|
Yoluxmuş
|
Kontrol
|
Yoluxmuş
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
0,01
|
8,50±0,91
|
9,30±0,81
P<0,05
|
6,20±0,37
|
6,80±0,43
P>0,05
|
4,12±0,95
|
5,93±0,83
P<0,05
|
9,37±0,17
|
9,27±0,27
P>0,05
|
0,13
|
2,60±0,81
|
3,48±0,27
P<0,05
|
|
|
3,26±0,26
|
3,01±0,13
P>0,05
|
|
|
0,21
|
8,40±0,26
|
8,31±0,21
P>0,05
|
9,97±0,97
|
10,17±1,03
P<0,01
|
|
|
6,17±0,26
|
6,00±0,44
P>0,05
|
0,25
|
9,67±0,51
|
10,63±0,63
P>0,05
|
15,86±0,91
|
17,00±0,83
P<0,001
|
|
|
5,27±0,16
|
5,67±0,27
P>0,05
|
0,27
|
7,99±0,33
|
8,09±0,26
P>0,05
|
|
|
|
|
|
|
0,33
|
2,89±0,26
|
3,55±0,41
P>0,05
|
5,42±0,27
|
5,06 ±0,63
P>0,05
|
2,81±0,16
|
2,16±0,17
P>0,05
|
|
|
0,36
|
11,31±0,90
|
11,01±0,67
P>0,05
|
4,07±0,27
|
4,27±0,16
P>0,05
|
6,17±0,31
|
6,00±0,16
P>0,05
|
18,01±0,47
|
19,00±0,56
P<0,05
|
0,43
|
7,38±0,86
|
6,48±0,28
P<0,05
|
7,47±0,93
|
6,03±0,20
P<0,001
|
6,08±0,20
|
6,40±0,16
P>0,05
|
5,63±0,26
|
5,40±0,26
P>0,05
|
0,47
|
11,00±0,88
|
11,07±0,77
P>0,05
|
2,18±0,09
|
2,00±0,13
P>0,05
|
4,26±0,17
|
4,38±0,17
P>0,05
|
11,06±0,81
|
9,27±0,27
P<0,01
|
0,56
|
5,00±0,61
|
5,23±0,53
P<0,05
|
|
|
|
|
3,95±0,27
|
4,00±0,26
P>0,05
|
0,61
|
3,00±0,26
|
2,77±0,31
P>0,05
|
16,00±0,91
|
17,13±0,76
P<0,01
|
13,12±0,80
|
12,80±0,71
P<0,01
|
13,27±0,55
|
14,15±0,48
P<0,05
|
0,67
|
8,60±0,36
|
9,00±0,47
P<0,01
|
14,27±0,30
|
15,00±0,38
P>0,05
|
4,50±0,20
|
5,67±0,18
P>0,05
|
4,00±0,18
|
2,64±0,20
P<0,01
|
Cədvəl 4.2-nin ardı
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
0,71
|
5,12±0,38
|
3,03±0,21
P<0,01
|
2,10±0,19
|
2,11±0,08
P>0,05
|
4,27±0,17
|
4,78±0,21
P>0,05
|
13,87±0,39
|
15,01±0,82
P<0,01
|
0,75
|
|
|
|
|
5,57±0,41
|
5,80±0,38
P>0,05
|
|
|
0,77
|
2,10±0,06
|
2,00±0,19
P>0,05
|
4,33±0,29
|
4,00±0,26
P>0,05
|
18,20±0,91
|
17,51±0,67
P>0,05
|
2,44±0,38
|
2,51±0,47
P>0,05
|
0,81
|
|
|
|
|
17,90±0,61
|
15,27±0,76
P<0,001
|
|
|
0,83
|
2,00±0,19
|
1,52±0,09
P>0,05
|
3,17±0,21
|
3,19±0,16
P>0,05
|
2,27±0,09
|
1,81±0,06
P>0,05
|
0,81±0,09
|
1,01±0,12
P>0,05
|
0,90
|
0,51±0,21
|
0,56±0,30
P>0,05
|
3,62±0,41
|
2,17±0,16
P<0,05
|
1,47±0,21
|
1,83±0,21
P>0,05
|
3,00±0,18
|
3,00±0,16
P>0,05
|
0,95
|
|
|
1,99±0,09
|
1,10±0,09
P>0,05
|
2,70±0,15
|
2,67±0,31
P>0,05
|
1,98±0,08
|
2,07±0,19
P<0,05
|
0,97
|
3,93±0,17
|
3,97±0,63
P>0,05
|
3,30±0,42
|
3,97±0,21
P>0,05
|
3,30±0,26
|
3,98±0,33
P>0,05
|
1,17±0,09
|
1,00±0,008
P>0,05
|
Qida borusunda miqdarı xüsusilə diqqəti cəlb edən zülallar EHS 0,25 və 0,61 olan zülallardır. Bu fraksiyalarda zülalların miqdarı müvafiq olaraq 15,86±0,91% və 16,00±0,91% zülallardır. Hər iki zülalın miqdarında sarkosporidioz zamanı kəskin artım müşahidə edilmişdir (müvafiq olaraq P<0,001 və P<0,01). Ürək əzələsində isə miqdarı ən çox olan zülallar EHS 0,61, 0,81 və 0,77 olan zülallardır. EHS 0,61, 0,81 olan zülalların miqdarı isə S.tenella ilə yoluxmuş heyvanlarda azalır (müvafiq olaraq P<0,01 və P<0,001). EHS 0,77 olan zülalın isə xəstəlik zamanı miqdarının azalmasına baxmayaraq statistik dürüst deyil (P>0,05). Qeyd etdiyimiz kimi EHS 0,81 olan zülala digər orqanlarda təsadüf edilmir.
Diafraqmada isə digər zülal fraksiyalarına nisbətən miqdarı xüsusilə çox olan zülal EHS 0,36, 0,47, 0,61 və 0,71 olan zülallardır ki, onlardan da hamısının miqdarında xəstəlik zamanı statistik dürüst dəyişkənlik baş verir. Bu zülallardan EHS 0,36, 0,61 və 0,71 olan zülalların miqdarı artır, elektroforetik hərəkət sürəti 0,47 olan fraksiyada isə azalır (cədvəl 4.2).
Sağlam qoyunlara nisbətən S.tenella ilə yoluxmuş heyvanların qaraciyər, qida borusu, ürək və diafraqmasında zülalların sayca fərqlənməsinə baxmayaraq, bu orqanlarda ayrı-ayrı zülalların miqdarı kəmiyyət dəyişkənliklərinə uğrayır. İnvaziya zamanı xəstə heyvanların qaraciyər və diafraqmasında 6, qida borusunda 5, ürəkdə isə 3 zülalın miqdarında statistik dürüst dəyişkənlik baş verir. Digər zülalların miqdarında isə S.tenella ilə yoluxma zamanı artma və azalma müşahidə edilsə də bu dəyişkənliklər statistik dürüst olmamışdır.
Təqdim olunan nəticələrdən görünür ki, parazitin sahib orqanizmində inkişafı zamanı baş verən patoloji proseslər zülal mübadiləsinə təsir göstərir. İnvaziya zamanı zülal mübadiləsi öyrənilən orqanlarda zülalların miqdarının dəyişməsi müxtəlif istiqamətdə gedir. Onlardan bir qisminin miqdarı artır, digərlərinki isə azalır. Miqdarında statistik dürüst dəyişkənliklər baş verən zülallardan qaraciyər və diafraqmada 4, qida borusunda 3, ürəkdə isə 1 zülalın miqdarı artır, qaraciyər, qida borusu, ürək və diafraqmada isə hər birində 2 zülalın miqdarı azalır.
Miqdarı artan zülallar əsasən densitoqrammalar üzərində qlobulinlər, xüsusilə qammaqlobulinlər zonasında, azalanlar transferinlər, albuminlər və postalbuminlər
zonasında yerləşən zülallardır.
Ədəbiyyat məlumatlarına görə heyvanların və quşların parazitar xəstəlikləri albuminlərin azalması, qlobulinlərin isə artması ilə xarakterizə olunur.
Bizim tədqiqatın nəticələri göstərir ki, S.tenella ilə yoluxmuş heyvanların qaraciyər, qida borusu və ürəyində qamma-qlobulinlərin miqdarı artır, diafraqmada isə qamma-qlobulinlərin miqdarında azalma müşahidə edilir. Diafraqmada qamma qlobulinlərin miqdarında müşahidə edilən azalma kontrol heyvanların göstəriciləri ilə müqayisədə statistik dürüst deyil (cədvəl 4.2).
Beləliklə, bizim tədqiqatın nəticələri göstərir ki, qoyunların qaraciyər, qida borusu və ürəyində zülalların xüsusilə immunoqlobulinlər zonasında yerləşən zülalların miqdarında artım baş verir. Zülalların miqdarının artmasına qaraciyər, qida borusu və diafraqmada transferinlər zonasında yerləşən zülallarda da təsadüf edilir.
Əldə edilən məlumatlardan belə nəticəyə gəlmək olar ki, Sarcocystis tenella ilə yoluxmuş qoyunların orqanizmində patoloji proseslər ilə yanaşı, əsaslı immunoloji dəyişkənliklər baş verir. Xəstə heyvanların qaraciyərində immunoqlobulinlərin biosintezi sürətlənir. Parazitin toksinlərinə qarşı anticisimciklərin mıqdarı tədricən artır. Bu göstəricilər sahib heyvanın orqanizmində müdafiə qabiliyyətinin yüksəlməsinə səbəb olur.
Müəyyən edilmişdir ki, qaraciyər, qida borusu, ürək və diafraqmada eyni elektroforetik hərəkət sürətinə malik olan bu və ya digər zülalın miqdarının dəyişmə istiqamətində, yəni artma və ya azalmasında müəyyən düzxətlilik nəzərə çarpmır. Məsələn, EHS 0,01 olan zülalın miqdarı qaraciyər və ürəkdə artır, qida borusu və diafraqmada isə dəyişmir. EHS 0,43 olan fraksiyada xəstəlik zamanı qaraciyər və qida borusunda zülalın miqdarı azalır, ürək və diafraqmada isə statistik dürüst dəyişmir. EHS 0,47 olan fraksiyada isə xəstəlik zamanı zülalın miqdarı diafraqmada azalsa da, qaraciyər, qida borusu və ürəkdə statistik dürüst dəyişmir və s. (cədvəl 4.2).
Qaraciyər, qida borusu, ürək və diafraqmadan ayrılan zülalın müqayisəsindən məlum olmuşdur ki, EHS 0,13 fraksiyaya qaraciyər və ürək əzələsində, EHS 0,21 və 0,25 olan zülallara qaraciyər, qida borusu və diafraqmada, EHS 0,27 olan zülala ancaq qaraciyər toxumasında, EHS 0,33 olan fraksiyaya diafraqma istisna olmaqla digər orqanlarda EHS 0,56 olan zülala isə qida borusu və ürək istisna olmaqla qaraciyər və diafraqmada, EHS 0,75 və 0,81 olan zülallara isə ancaq ürəkdə, EHS 0,95 olan fraksiyaya isə qaraciyər istisna olmaqla qida borusu, ürək və diafraqmada təsadüf edilmişdir. Ümumilikdə qaraciyər, qida borusu, ürək və diafraqmada müəyyən edilən zülal fraksiyaları şərti olaraq ləng hərəkətli, yüksək molekul kütləli qlobulinlər (1-10), transferinlər (11-13), post albuminlər (14-16) və albuminlər (17-20) zonasına bölünmüşdür (əlavə, şək.1-8).
Densitoqrammalar üzərində qlobulinlər zonasına qaraciyər üçün EHS 0,01; 0,13; 0,21; 0,25; 0,27; 0,33; 0,36; 0,43; 0,47 və 0,56 olan, qida borusu üçün EHS 0,01; 0,21; 0,25; 0,33; 0,36; 0,43 və 0,47, ürək üçün 0,01; 0,13; 0,36; 0,43 və 0,47, diafraqma üçün 0,01; 0,21; 0,25; 0,36; 0,43; 0,47 və 0,56 olan zülallar, transferinlər zonasına qaraciyər, qida borusu və diafraqma üçün EHS 0,61; 0,67 və 0,71 olan zülallar, albuminlər zonasında qaraciyər, qida borusu və diafraqma üçün EHS 0,77 olan zülal, ürək üçün isə EHS 0,75; 0,77 və 0,81 olan zülallar, postalbuminlər zonasında qida borusu, ürək və diafraqmada EHS 0,83; 0,90; 0,95 və 0,07, qaraciyər üçün isə EHS 0,83; 0,90 və 0,97 olan zülallar şərti olaraq daxil edilmişdir.
Cədvəl 4.2-də verilən məlumatlardan görünür ki, qaraciyərdə müəyyən edilən 17 zülaldan 6-nın və ya 35,29 %-nin miqdarında statistik dürüst dəyişkənlik baş verir. Bu miqdarında statistik dürüst dəyişkənliklər baş verən zülallarda EHS 0,01; 0,13; 0,56 və 0,67 olan zülalların miqdarı artır, EHS 0,43 və 0,71 olan zülalın miqdarı isə azalır. Bu zaman zülalların miqdarı kontrolla müqayisədə 0,80; 0,88; 0,23 və 0,40 % artır, 0,90 və 0,29% azalır. Yoluxmuş qoyunlarda yuxarıda göstərilən zülallardan başqa digər fraksiyalarda zülalların miqdarında dəyişkənliklərin baş verməsinə baxmayaraq, bu dəyişkənliklər statistik dürüst olmamışdır (P>0,05).
S.tenella ilə yoluxmuş qoyunların qaraciyərinin albuminlər və post albuminlər zonasında yerləşən zülalların miqdarında statistik dürüst dəyişkənlik baş verməmişdir. Transferinlər zonasına nəzər saldıqda görünür ki, transferinlər zonasında olan 3 zülaldan 2-nin miqdarında statistik dürüst dəyişkənlik baş verir. Miqdarında statistik dürüst dəyişkənliklər baş verən zülallardan birinin miqdarı artır, birinin isə azalır (hər iki halda P<0,01). Qlobulinlər zonasında yerləşən 10 zülaldan isə 4-nün miqdarında statistik dürüst dəyişkənlik baş verir. Bunlardan da 3-nün miq-
darı artır, birinin isə miqdarı azalır (cədvəl 4.2).
Beləliklə, sağlam və xəstə heyvanların qaraciyər zülallarının öyrənilməsi göstərdi ki, xəstəlik zamanı xüsusilə qlobulinlər və transferinlər zonasında yerləşən zülalların miqdarında dəyişkənlik baş verir. Bu məlumatlar belə deməyə əsas verir ki, qaraciyərdə invaziya zamanı qlobulinlərin miqdarının artmasına səbəb parazitin orqanizmdə inkişafı nəticəsində immun sisteminin fəaliyyətə başlaması ilə əlaqədardır. Məlumdur qlobulinlər orqanizmin immun sistemində mühüm rol oynayan zülal qrupundandır.
Qida borusunun zülalları elektroforez metodu vasitəsilə 15 fraksiyaya ayrılmışdır. Cədvəl 4.2-də verilən məlumatlardan görünür ki, yoluxmuş heyvanların qida borusunda EHS 0,21 və 0,25 olan zülalların miqdarı əhəmiyyətli dərəcədə artır (müvafiq olaraq P<0,01 və P<0,001). Bu fraksiyalarda birincinin miqdarı normada sağlam heyvanların qida borusunda müəyyən edilən zülalların ümumi cəminin 9,97%, ikinci fraksiyada isə 15,86 % təşkil edir.
Sağlam heyvanların qida borusunda EHS 0,25 (15,86%±0,91), 0,61 (16,0±0,91%) və 0,67 (14,27±0,30) olan fraksiyalarda zülalların miqdarının digər zülallara nisbətən yüksək olduğunu nəzərə alaraq qida borusu üçün spesifik zülallara aid etmək olar.
Cədvəl 4.2-də verilən məlumatların analizindən aydın olur ki, həm sağlam və həm də xəstə heyvanların qida borusundan ayrılan 15 zülaldan kontrol qrupun göstəriciləri ilə müqayisədə xəstə heyvanlarda 5-nin miqdarında statistik dürüst dəyişkənlik qeydə alınmışdır. Bu zülallardan albuminlər zonasında yerləşən iki zülalın (EHS 0,21 və 0,25 olan zülalların) miqdarı 0,20 və 1,14 % artır. 1 zülalın (EHS 0,43 olan zülalın) miqdarı isə 7,47±0,93 %-dən 6,03±0,20-ə enir (P<0,01). Transferinlər zonasında yerləşən və EHS 0,61 olan zülalın miqdarı isə sağlam heyvanın müvafiq göstəricisi ilə müqayisədə 1,13 % artır. Albuminlər zonasında yerləşən zülalların miqdarında statistik dürüst dəyişkənlik baş verməsə də, post albuminlər zonasında yerləşən və EHS 0,90 olan zülalın miqdarı 2,17±0,16%-ə qədər azalır (kontrol qrupda 3,62±0,41%).
Sarkosporidioz qida borusunda qlobulinlər zonasında yerləşən zülallardan EHS
0,01; 0,36 olan zülalların miqdarının artmasına səbəb olsa da bu dəyişkənliklər statistik dürüst olmamışdır. Belə bir artım transferinlər zonasında yerləşən və EHS 0,77 olan zülalın miqdarında müşahidə edilməmiş, onun miqdarı 0,33% azalsa da statistik dürüst olmamışdır (P>0,05).
Qeyd edildiyi kimi post albuminlər zonasında yerləşən bir zülal fraksiyasında (EHS 0,90) statistik dürüst azalma müşahidə edilsə də digər 3 zülal fraksiyasından 2-nin (EHS 0,83 və 0,97) miqdarı artır, birinin ( EHS 0,95) miqdarı azalır (P>0,05).
Beləliklə, müəyyən edilmişdir ki, sarkosporidioz qoyunların qida borusunda demək olar ki, eyni sayda zülalların miqdarının artmasına və azalmasına səbəb olur.(7 zülalın miqdarı artır, 8 zülalın miqdarı isə azalır). Bununla belə qeyd etmək lazımdır ki, sarkosporidioz 33,33% zülalın mübadiləsinin (15 zülaldan 5-nin) pozulmasına səbəb olur (cədvəl 4.2).
Verilən məlumatlardan görünür ki, qida borusunda ən çox dəyişkənliyə məruz qalan qlobulinlər zonasında yerləşən zülallardır. Cədvəl 4.2-də verilən məlumatların qarşılıqlı surətdə müqayisəsindən aydın olur ki, sarkosporidioz qida borusunda EHS 0,21 və 0,25 olan zülalların miqdarının kəskin artmasına səbəb olur.
S.tenella ilə yoluxmuş və kontrol sağlam qoyunların ürək əzələsindən gel elektroforez metodu vasitəsilə 16 fraksiyası ayrılmışdır.
Müəyyən edilmişdir ki, miqdarında statistik dürüst dəyişkənlik baş verən 3 zülaldan ( EHS 0,01; 0,61 və 0,81) birinin miqdarı 5,93±0,83%- yüksəlir. (kontrol qrupda 4,12±0,95 %) (P<0,05), digər 2 fraksiyada isə zülalın miqdarı 12,80±0,71% və 15,27±0,76%-ə qədər azalır (cədvəl 4.2). (Bu göstərici kontrol qrupda müvafiq olaraq 13,12±0,80% və 17,90±0,61% olmuşdur).
Beləliklə, qlobulinlər, transferinlər və albuminlər zonasında yerləşən zülallardan hər birində 1 zülalın miqdarı artır, 2-nin isə azalır.
Ürək əzələsində zülalların dinamikasının öyrənilməsi göstərir ki, post albuminlər zonasında yerləşən zülalların miqdarında statistik dürüst dəyişkənlik baş vermir. Ümumilikdə götürdükdə sarkosporidioz əksər zülalların miqdarının azalmasına səbəb olur. Sarkosporidioz qlobulinlər zonasında yerləşən 6 zülaldan 3-nün artmasına və 3-nün isə azalmasına səbəb olur. Qlobulinlərin miqdarında bərabər sayda dəyişkənliklərin baş verməsinə baxmayaraq miqdarı artan zülalların intensivliyi, miqdarı azalan zülalların intensivliyindən yüksəkdir (cədvəl 4.2).
Beləliklə, sarkosporidioz bütün zülalların miqdarında dəyişikliklərə səbəb olmasına baxmayaraq ancaq 3 zülalın miqdarında statistik dürüst dəyişkənliyə səbəb olur.
S.tenella ilə yoluxmuş və yoluxmamış qoyunların diafraqmasından 15 zülal fraksiyası ayrılmışdır. Bizim tədqiqatın nəticələri göstərir ki, sarkosporidioz qoyunların diafraqmasında miqdarında statistik dürüst dəyişkənlik baş verən 5 zülaldan 4-nün miqdarının artmasına səbəb olur. Miqdarı artan EHS 0,36; 0,61; 0,71 və 0,95, azalanlar isə EHS 0,47 olan zülaldır.
Cədvəl 4.2-də verilən məlumatlara nəzər saldıqda aydın olur ki, qlobulinlər zonasında yerləşən 7 zülaldan ikisinin miqdarında statistik dürüst dəyişkənlik baş verir. EHS 0,36 olan zülal miqdarı 18,01±0,47-dən 19,00±0,56-ya yüksəlir, EHS 0,47 olan zülalın isə miqdarı 11,06±0,81-dən 9,27±0,27-yə qədər azalır (müvafiq olaraq P<0,05 və P<0,01) cədvəl.
Qlobulinlər zonasında yerləşən digər zülalların miqdarında artma və ya azalma müşahidə edilsə də statistik dürüst deyil (P>0,05).
Transferinlər zonasında yerləşən 3 fraksiyadan (EHS 0,61; 0,67 və 0,71 olan fraksiyalar) ikisinin (EHS 0,61 və 0,71) miqdarı artır (cədvəl 4.2).
Birinci fraksiyada zülalın miqdarı kontrol qrupun göstəricisinə nisbətən 0,88%, 3-cü fraksiyada isə 1,14% artır. İkinci fraksiyada (EHS 0,67) isə zülalın miqdarı 1,36% azalır.
Albuminlər zonasında yerləşən zülalların miqdarında statistik dürüst dəyişkənlik baş verməsə də post albuminlər zonasında yerləşən və EHS 0,95 olan zülalın miqdarı artır (P<0,05).
S.tenella ilə yoluxmuş qoyunların qaraciyər, qida borusu, ürək və diafraqmasında zülalların dinamikasının öyrənilməsi göstərir ki, parazitlə yoluxma bu orqanların zülal tərkibində dəyişikliyə səbəb olmur. İnvaziya zamanı bu və ya digər zülalın miqdarı artır və ya azalır. Bu kəmiyyət dəyişkənlikləri parazitin sahib orqanizmində törətdiyi patoloji proseslərin dərinliyindən asılıdır.
Beləliklə, qoyunların sarkosporidiozu zamanı qaraciyər, qida borusu, ürək və diafraqmanın zülalların dinamikasının öyrənilməsi göstərdi ki, S.tenella-nın təsirindən qeyd edilən orqanlarda zülallar əsaslı kəmiyyət dəyişkənliklərə uğrayır. Məsələn, qaraciyərdə dəyişkənliklər 59,29%, diafraqmada 33,33%, ürək və qida borusunda isə müvafiq olaraq 18,75 və 40,00% zülalı əhatə edir. Ümumiyyətlə sarkosporidioz əksər ləng hərəkətli, yüksək molekul kütləli zülalların miqdarının artmasına səbəb olur.
Deyilənlər belə nəticəyə gəlməyə əsas verir ki, invaziyanın təsirindən qeyd edilən orqanlarda əhəmiyyətli dərəcədə pato-biokimyəvi dəyişkənliklər baş verir.
Dostları ilə paylaş: |