Cədvəl 5.3
Fəsillərindən və heyvanların cinsiyyətindən asılı olaraq Sarcosystis tenella ilə yoluxmuş və yoluxmamış 18 aylıq qoyunların qan zərdabında
ümumi zülal və zülal fraksiyalarının dinamikası, (M±Sd)
İlin fəsilləri
|
Qrup
|
Göstərici, q/l
|
A/Q
|
Ümumi zülal
|
Albumin
|
Qlobulinlər
|
α
|
β
|
γ
|
Cəmi
|
|
Dişi fərdlər
|
Qış
|
Yoluxmamış
|
69,84±0,27
|
36,10±0,29
|
9,93±0,21
|
4,80±0,20
|
19,01±0,23
|
33,74
|
1,07
|
Yoluxmuş
|
69,80±0,91
P>0,05
|
35,20±0,33
P>0,05
|
9,97±0,21
P>0,05
|
4,61±0,20
P>0,05
|
20,02±0,26
P<0,05
|
34,60
|
1,02
|
Yaz
|
Yoluxmamış
|
71,28±0,86
|
30,19±0,27
|
15,37±0,09
|
4,72±0,18
|
21,0±0,18
|
41,09
|
0,74
|
Yoluxmuş
|
69,99±0,20
P<0,01
|
27,38±0,22
P<0,01
|
15,51±0,09
P>0,05
|
4,67±0,11
P>0,05
|
22,43±0,24
P<0,05
|
42,61
|
0,64
|
Yay
|
Yoluxmamış
|
75,16±0,27
|
33,26±0,18
|
12,93±0,10
|
6,31±0,17
|
22,66±0,29
|
41,90
|
0,79
|
Yoluxmuş
|
74,10±0,31
P>0,05
|
31, 83±0,21
P<0,01
|
13,03±0,09
P>0,05
|
6,20±0,20
P>0,05
|
23,04±0,30
P<0,05
|
42,27
|
0,75
|
Payız
|
Yoluxmamış
|
74,12±0,47
|
29,22±0,27
|
14,70±0,22
|
6,21±0,07
|
23,99±0,31
|
44,90
|
0,65
|
Yoluxmuş
|
73,96±0,16
P>0,05
|
28,00±0,22
P<0,01
|
14,79±0,31
P>0,05
|
6,20±0,09
P>0,05
|
24,97±0,27
P<0,05
|
45,96
|
0,61
|
Erkək fərdlər
|
Qış
|
Yoluxmamış
|
69,99 ±0,28
|
36,19±0,31
|
10,01±0,19
|
3,82±0,26
|
19,97±0,23
|
33,80
|
1,07
|
Yoluxmuş
|
69,72± 0,39
P>0,05
|
35,06±0,11
P>0,05
|
10,09±0,16
P>0,05
|
3,62±0,17
P>0,05
|
20,95±0,27
P<0,05
|
34,66
|
1,01
|
Yaz
|
Yoluxmamış
|
71,80±0,41
|
31,63±0,21
|
15,39±0,16
|
3,80±0,15
|
21,98±0,09
|
40,17
|
0,79
|
Yoluxmuş
|
71,00±0,30
P<0,05
|
27,97±0,23
P<0,001
|
15,51±0,17
P>0,05
|
3,71±0,18
P>0,05
|
23,81±0,27
P<0,01
|
43,03
|
0,65
|
Yay
|
Yoluxmamış
|
75,29±0,33
|
33,29±0,20
|
13,06±0,17
|
5,47±0,29
|
23,47±0,13
|
42,00
|
0,79
|
Yoluxmuş
|
74,01±0,28
P<0,05
|
31,10±0,20
P<0,01
|
13,00±0,17
P>0,05
|
5,27±0,31
P>0,05
|
24,67±0,10
P<0,05
|
42,91
|
0,73
|
Payız
|
Yoluxmamış
|
74,16±0,27
|
29,92±0,18
|
14,77±0,23
|
5,33±0,17
|
24,17±0,10
|
44,24
|
0,68
|
Yoluxmuş
|
73,47±0,19
P<0,05
|
28,03±0,74
P>0,05
|
14,91±0,22
P>0,05
|
5,26±0,20
P>0,05
|
25,25±0,10
P<0,05
|
45,42
|
0,62
|
fərdlərin qan zərdabında albuminlərin miqdarı 3,0 q/l (P<0,01), erkək fərdlərin qan zərdabında isə 3,21 q/l (P<0,01) azalır. 18 aylıq xəstə heyvanların qan zərdabında albuminlərin miqdarında baş verən dəyişkənlik statistik dürüst olmamışdır. Qlobulinlərin miqdarına nəzər saldıqda isə aydın olur ki, heyvanların cinsiyyətindən asılı olmayaraq hər iki yaş qrupundan olan heyvanların qan zərdabında alfa – və beta – qlobulinlərin miqdarında baş verən dəyişkənlik statistik dürüst olmamış (bütün hallarda (P>0,05), qamma qlobulinlərin miqdarı isə artmışdır (cədvəl 5.3).
Qlobulinlərin miqdarı xəstə 1 yaşlı dişi fərdlərin qanında 2,27q/l (P<0,01), erkək fərdlərin qanında isə 2,79 q/l (P<0,01) artmışdır. Bu göstərici 18 aylıq heyvanların qanında 0,86q/l (P<0,05) olmuşdur (cədvəl 5.2 və 5.3).
Zülal koefisentinin müqayisəsi göstərir ki, digər fəsillər ilə müqayisədə qışda zülal koefisentinin qiyməti yüksək olub, sağlam 1 yaşlı heyvanlarda 1,06, 18 aylıq heyvanlarda isə 1,07 olmuşdur. Bu göstərici həm dişi və həm də erkək fərdlərdə demək olar ki, eyni olub çox cüzi fərqlənmişdir (cəmi 0,01). Yoluxan qoyunlarda isə bu göstəricinin qiyməti albuminin azalması, qlobulinlərin isə artması hesabına aşağı düşmüşdür.
Yaz fəslində heyvanların qanında albuminlərin miqdarının öyrənilməsi göstərdi ki, qış fəslinə nisbətən albuminlərin miqdarı azalır. Ümumi zülalın isə miqdarı qlobulinlərin miqdarının artması hesabına artır (cədvəl 5.2). Yazda da S.tenella ilə yoluxmuş heyvanların cinsiyyətindən və yaşından asılı olmayaraq ümumi zülal və albuminlərin miqdarında azalma müşahidə edilmişdir. Lakin, ümumi zülal və albuminlərin miqdarının azalma intensivliyi 18 aylıq heyvanlara nisbətən 12 aylıq heyvanlarda daha intensiv olmuşdur.
Hər iki yaşdan olan erkək və dişi fərdlərin qan zərdabında yazda alfa – və beta – qlobulinlərin miqdarında statistik dürüst dəyişiklik baş verməsə də, qış fəslinə nisbətən alfa qlobulinlərin miqdarında kəskin artım müşahidə edilmişdir. Bu fəsildə hər iki yaş qrupundan olan heyvanların cinsiyyətindən asılı olmayaraq qamma qlobulinlərin miqdarı da artmışdır. Alınan nəticələrin müqayisəli analizindən aydın olmuşdur ki, həm 12 və həm də 18 aylıq erkək fərdlərin qan zərdabında xəstəlik zamanı qammaqlobulinlərin artma intensivliyi digər qlobulin fraksiyalarına nisbətən
daha çoxdur (müvafiq olaraq (P<0,001 və P<0,01) (cədvəl 5.2 və 5.3).
Yayda qoyunların qan zərdabında ümumi zülalın miqdarı belə olmuşdur: 1 yaşlı sağlam dişi fərdlərdə 74,51±0,20q/l və erkək fərdlərdə 75,19±0,20q/l. Bu yaşdan olan xəstə heyvanlarda isə ümumi zülalın miqdarı sağlam heyvanların müvafiq göstəricilərindən 0,55q/l (P<0,05) və 1,08 q/l (P<0,05) az olmuşdur. Göründüyü kimi erkək fərdlərdə ümumi zülalın miqdarı sağlam dişi fərdlərdə olduğundan 0,68 q/l çoxdur. Lakin, buna baxmayaraq xəstə heyvanların qan zərdabında ümumi zülalın miqdarının azalma intensivliyi dişi fərdlərdə olduğundan çoxdur (P<0,05).
18 aylıq xəstə heyvanların qan zərdabında ümumi zülalın dişi fərdlərdə kontrol qrupun göstəricisindən 1,06 q/l (P>0,05), erkək fərdlərdə isə 1,28 q/l (P<0,05) az olmuşdur. Dişi fərdlərin qan zərdabında ümumi zülalın miqdarında azalma statistik dürüst olmasa da, erkək fərdlərin qan zərdabında statistik dürüst olmuşdur. 1 yaşlı erkək və dişi fərdlərin qeyd edilən göstəricisini sağlam və xəstə heyvanların göstəricilərini müqayisə etdikdə məlum olur ki, yaşla əlaqədar olaraq ümumi zülalın miqdarı artır (cədvəl 5.2). S.tenella ilə yoluxan heyvanların qan zərdabında ümumi zülalın miqdarının kontrol qrupun göstəricisindən aşağı olmasına baxmayaraq, xəstə heyvanların göstəriciləri ilə müqayisə etdikdə, ümumi zülalın miqdarında artım müşahidə edilir (P<0,05).
12 aylıq sağlam heyvanların qan zərdabında yay fəslində albuminlərin miqdarı dişi fərdlərin qanında 32,82±0,19q/l, erkək fərdlərdə 33,21±0,31 q/l olmuşdur. 18 aylıq heyvanlarda isə bu göstərici müvafiq olaraq 33,26±0,18 q/l və 33,29±0,20 q/l olmuşdur (cədvəl 5.2 və 5.3).
Cədvəl 5.2 və 5.3-də verilən məlumatlardan göründüyü kimi yayda hər iki yaşdan olan heyvanların qan zərdabında albuminlərin miqdarı digər fəsillər ilə müqayisədə çoxdur. Bu zaman albuminlərin miqdarı 1 yaşlı heyvanların qan zərdabında yaz fəslində əldə edilən göstəricilər ilə müqayisədə dişi fərdlərdə 3,60 q/l, erkək fərdlərdə isə 3,49 q/l çox olmuşdur. 18 aylıq qoyunların qan zərdabında isə bu göstəricinin miqdarı müvafiq olaraq 3,07ö q/l və 1,66 q/l çox olmuşdur. Sarkospori-dioz hər iki yaş qrupundan olan erkək və dişi fərdlərin qan zərdabında albuminlərin miqdarının statistik dürüst azalmasına səbəb olur.
Cədvəl 5.2-də verilən məlumatlardan aydın olur ki, qışda 1 yaşlı heyvanların dişi və erkək fərdlərin qan zərdabının qlobulin fraksiyalarından kontrol qrupun göstəriciləri ilə müqayisədə həm alfa qlobulinlərin və həm də beta qlobulinlərin miqdarında statistik dürüst dəyişkənlik baş vermir. Belə bir hal 18 aylıq qoyunların qan zərdabının analizi zamanı da aşkar edilmişdir (cədvəl 5.3).
Qamma qlobulinlərin miqdarının isə bütün fəsillərdə həm 1 yaşlı və həm də 18 aylıq erkək və dişi fərdlərin qan zərdabında artdığı müəyyən edilmişdir. Yəni sarkosistozun təsirindən qammaqlobulinlərin miqdarı kontrol qrupun göstəricilərin-dən yüksək olmuşdur (cədvəl 5.2 və 5.3).
Zülal koefisentinin (Albumin/Qlobulin) göstəricisi hər iki yaş qrupundan olan heyvanların cinsiyyətindən asılı olmayaraq eyni (0,79) olmuş, xəstə heyvanlarda isə onun miqdarı azalmışdır (cədvəl 5.2).
Tədqiqatın nəticələri göstərir ki, payız fəslində hər iki yaş qrupundan olan erkək və dişi fərdlərin qan zərdabında ümumi zülalın miqdarı qış, yaz və yay fəsillərində olan nəticələri ilə müqayisədə qış və yaz fəsillərindən çox (müvafiq olaraq 1 yaşlı erkək fərdlərdə 11,77 q/l və 3,23 q/l, 18 aylıq erkək fərdlərdə isə 4,17 q/l və 2,36 q/l çox, yay fəsli ilə müqayisədə isə az (müvafiq olaraq 1,08 q/l və 1,13 q/l) olmuşdur (cədvəl 5.2 və 5.3).
Qlobulin fraksiyalarından alfa və beta qlobulinlərin miqdarında baş verən dəyişkənliklər yay fəslində olduğu kimi olmuşdur. Payız fəslində yayda olduğu kimi xəstə heyvanların qanında alfa - və beta-qlobulinlərin miqdarında statistik dürüst dəyişkənliklər baş verməmiş, baş verən dəyişkənliklər fizioloji norma hüdudunda olmuş, qammaqlobulinlərin miqdarı isə 1 yaşlı heyvanların qanında statistik dürüst olmasa da, 18 aylıq heyvanlarda statistik dürüst artmışdır (P<0,05).
Zülal koefisentinin (Albumin/Qlobulin nisbətinin) qiymətinin sarkosporidioz azalmasına səbəb olmuş, bu göstərici 1 yaşlı dişi və erkək fərdlərin qanının göstəricisindən müvafiq olaraq 0,01 və 0,03, 18 aylıq xəstə heyvanlarda kontrolla müqayisədə isə 0,04 və 0,06 az olmuşdur (cədvəl 5.2 və 5.3).
Beləliklə, xəstə və sağlam heyvanların qan zərdabında ümumi zülal və zülal
fraksiyalarının miqdarında baş verən dəyişkənliklərin ilin fəsillərindən, onların yaşın-
dan və cinsiyyətindən asılılığının öyrənilməsi nəticəsində belə bir qanunauyğunluq müəyyən edilmişdir ki, heyvanların yaş və cinsiyyətindən asılı olmayaraq ümumi zülalın miqdarının qış və yaz aylarında aşağı olduğu, yay və payız aylarında isə artdığı müəyyən edilmişdir. Sağlam və xəstə heyvanların qan zərdabında ümumi zülalın ən az miqdarının qışda, ən çox miqdarının isə yayda olduğu müəyyənləş-dirilmişdir.
5.3. Sarcocystis gigantea ilə yoluxmuş qoyunların saxlanıldığı zonalardan asılı olaraq qan zərdabında ümumi zülal, albumin və qlobulinlərin dinamikası
Kənd təsərrüfatı heyvanlarının qan zərdabının zülal tərkibinin öyrənilməsinə çox sayda tədqiqatlar həsr olunmuşdur. Zülallar orqanizmdə mübadilə prosesində mühüm rol oynayır. Onlar fermentlərin, hormonların sintezində istifadə olunur, qida və mineral maddələrin daşınmasında, həmçinin orqanizmin immunoloji reaktivliyində mühüm rol oynayır.
Qan zərdabının zülalları yüksək reaktivli maddələrə aid edilir ki, ətraf mühitin, saxlanıldığı şəraitin təsirindən, yerinə yetirdiyi funksiyadan və s. səbəblərdən asılı olaraq dəyişir. Buna görə də qan zərdabının zülal tərkibinin öyrənilməsi orqanizmin bioloji xüsusiyyətlərinin qiymətləndirilməsində mühüm rol oynayır.
Qoyunların şaquli qurşaqlardan asılı olaraq sarkosporidilər ilə yoluxma ekstensivliyi öyrənilmiş, alınan nəticələr isə cədvəl 5.4-də verilir.
S.gigantea ilə yoluxmuş qoyunların saxlanıldığı şəraitdən asılı olaraq qan zərdabında ümumi zülal və onun fraksiyalarının dinamikasında baş verən dəyişkənliklər heyvanların saxlanıldığı zonalardan asılı olmayaraq eyni tendensiyaya malikdirlər. Yəni onların yaşından asılı olaraq ümumi zülal və zülal fraksiyaların miqdarı artır.
Tədqiq edilən heyvanlardan götürülən materiallar dağlıq, dağətəyi və düzənlik
Cədvəl 5.4
Müxtəlif qurşaqlarda saxlanılan qoyunların qan zərdabın dinamikası
Zona
|
Göstərici
|
Ümumi zülal, q/l
|
Zülal fraksiyaları, q/l
|
A/Q
|
albumin
|
qlobulin
|
|
Qrup I
|
Qrup II
|
Qrup I
|
Qrup II
|
Qrup I
|
Qrup II
|
Qrup I
|
Qrup II
|
12 aylıq
|
Dağlıq
|
69,20±0,29
|
68,07±0,26
P>0,05
|
30,60±0,12
|
29,16±0,16
P>0,05
|
38,60±0,11
|
38,91±0,13
P>0,05
|
0,79
|
0,75
|
Dağ ətəyi
|
74,20±0,23
|
73,10±0,21
P<0,05
|
29,90±0,10
|
28,51±0,13
P<0,05
|
44,30±0,16
|
44,59±0,19
P>0,05
|
0,67
|
0,63
|
Düzənlik
|
75,10±0,31
|
74,00±0,21
P<0,05
|
33,20±0,10
|
30,18±0,13
P<0,01
|
41,90±0,01
|
43,82±0,22
P<0,05
|
0,79
|
0,69
|
18 aylıq
|
Dağlıq
|
70,00±0,27
|
69,17±0,47
P>0,05
|
36,28±0,20
|
28,12±0,10
P<0,001
|
33,72±0,12
|
41,05±0,22
P<0,001
|
1,08
|
0,69
|
Dağ ətəyi
|
75,08±0,43
|
71,27±0,40
P<0,01
|
33,97±0,21
|
29,90±0,21
P<0,01
|
41,11±0,10
|
41,38±0,21
P>0,05
|
0,83
|
0,72
|
Düzənlik
|
75,27±0,37
|
74,73±0,26
P<0,05
|
33,26±0,18
|
33,02±0,33
P<0,05
|
41,01±0,10
|
41,71±0,12
P>0,05
|
0,81
|
0,79
|
Qeyd: Qrup I – yoluxmamış heyvanların göstəriciləri, Qrup II – S.gigantea ilə yoluxmuş heyvanların göstəriciləri,
qurşaqlara görə qruplaşdırılmışdır. Müəyyən edilmişdir ki, 12 aylığa qədər dağlıq, dağətəyi və düzənlik qurşaqlarda saxlanılıb kəsilən heyvanların qan zərdabında ümumi zülalın miqdarı müvafiq olaraq 69,20±0,29q/l, 74,20±0,23q/l və 75,10±0,31q/l olmuşdur. Göründüyü kimi qan zərdabında ümumi zülalın miqdarı ən çox düzənlik zonada saxlanılan heyvanların qan zərdabında olmuşdur. Daha doğrusu dağlıq zonadan düzənlik zonaya keçdikcə ümumi zülalın miqdarı artır. Belə bir hal 18 aylıq heyvanların qan zərdabında da müşahidə edilmişdir.
Beləliklə, müəyyən edilmişdir ki, heyvanların yaşı ilə paralel olaraq dağlıq zonadan düzənlik zonaya keçdikcə ümumi zülalın miqdarı da artır.
12 aylıq yoluxan heyvanların qan zərdabında ümumi zülalın miqdarının öyrənilməsi göstərdi ki, dağətəyi və düzənlik zonalarda saxlanılıb kəsilən heyvanların qan zərdabında ümumi zülalın miqdarı kontrol qrupun göstəricisi ilə müqayisədə hər iki zonada müvafiq olaraq 1,10q/l azalmışdır (P<0,05). Dağlıq zonada saxlanılan heyvanların qan zərdabında ümumi zülalın miqdarı 1,13q/l azalsa da statistik dürüst olmamışdır (P>0,05).
Dağlıq, dağətəyi və düzənlik qurşaqlarda saxlanılıb kəsilən xəstə 18 aylıq heyvanların da qan zərdabında ümumi zülalın miqdarının azaldığı müəyyən edilmişdir. Qoyunların dağlıq, dağətəyi və düzənlik qurşaqlarda saxlanılmasından asılı olaraq xəstə heyvanların qan zərdabında ümumi zülalın miqdarının azalması dağlıq zonada 0,83q/l (P<0,05), dağətəyi zonada 3,81q/l (P<0,01), düzənlik zonada isə 0,54q/l (P<0,05) olmuşdur (cədvəl 5.4).
Cədvəl 5.4-də verilənlərə görə xəstə və sağlam heyvanların qan zərdabının zülal fraksiyalarının göstəricilərinə nəzər saldıqda aydın olur ki, dağlıq zonada saxlanılan 12 aylıq sağlam heyvanların qan zərdabında albuminlərin miqdarı 30,60±0,12q/l, xəstə heyvanlarda isə bu göstərici azalaraq 29,16±0,16q/l (P>0,05) olmuşdur.
Dağətəyi və düzənlik qurşaqlarda saxlanılan sağlam və yoluxmuş heyvanların qan zərdabında albuminlərin miqdarı müvafiq olaraq belə olmuşdur: dağətəyi zonada 29,90±0,10q/l və 28,51±0,13q/l (P>0,05) və düzənlik zonada 33,20±0,10q/l və 30,18±0,13q/l (P<0,01) olmuşdur. Göründüyü kimi ümumi zülalın miqdarında oldu-ğu kimi albuminlərin miqdarında da statistik dürüst dəyişkənlik dağətəyi və düzənlik
qurşaqlarda baş vermişdir (cədvəl 5.4).
S.gigantea ilə yoluxan 18 aylıq qoyunların qan zərdabında albuminlərin miqdarının azaldığı müəyyən edilmişdir. Bu zaman bütün qurşaqlarda saxlanılan heyvanların qan zərdabında albuminlərin miqdarında baş verən azalma statistik dürüst olmuşdur (müvafiq olaraq P<0,01, P<0,01 və P<0,05).
Dağlıq, dağətəyi və düzənlik qurşaqlarda saxlanılan yoluxan heyvanların qan zərdabının albuminlərin göstəricilərini müqayisə etdikdə aydın olur ki, düzənlik qurşaqda saxlanılan heyvanların qan zərdabında albuminlərin miqdarı, dağlıq qurşaqda saxlanılan qoyunların göstəricilərindən 1,02q/l çoxdur. Bu göstəricinin 18 aylıq heyvanların qan zərdabında 4,90 q/l olduğu müəyyənləşdirilmişdir (cədvəl 5.4).
Dağlıq qurşaqda 12 aylıq qoyunlarda qlobulinlərin miqdarı 38,60±0,11q/l, dağətəyi qurşaqda 44,30±0,16 q/l, düzənlik qurşaqda saxlanılan heyvanlarda isə 41,90±0,01 q/l, 18 aylıq heyvanlarda isə bu göstərici müvafiq olaraq 33,72±0,12 q/l, 41,11±0,10 q/l və 41,01±0,10 q/l təşkil etmişdir.
Dağlıq və dağətəyi qurşaqlarda saxlanılıb kəsilən S.gigantea ilə yoluxan heyvanların qan zərdabında qlobulinlərin miqdarı müvafiq olaraq 0,31q/l və 0,29q/l artır (P>0,05). Düzənlik qurşaqda isə heyvanların qan zərdabında bu göstərici 1,92q/l artmışdır (P<0,05).
Dağlıq qurşaqda 18 aylıq xəstə heyvanlarda qlobulinlərin ümumi miqdarı 7,33q/l artaraq 41,05±0,22q/l təşkil etmişdir (P<0,001). Dağətəyi və düzənlik qurşaqlarda saxlanılan heyvanlarda qlobulinlərin miqdarı müvafiq olaraq 0,27q/l (41,38±0,21q/l) və 0,70q/l (41,71±0,12q/l) artsa da, bu artım statistik dürüst olmamışdır (cədvəl 5.4).
12 aylıq yoluxan heyvanlarda albumin/qlobulin koefisentinin nəzərəçarpacaq dərəcədə azalması düzənlik qurşaqda saxlanılan qoyunlarda müşahidə edilmişdir. Bu zaman zülal koefisenti 0,10 azalaraq 0,79-dan 0,69-a enir. Dağlıq və dağətəyi qurşaqlarda saxlanılan heyvanlarda isə bu göstərici hər iki halda azalmışdır (0,04) (cədvəl 5.4).
18 aylıq sağlam - kontrol heyvanlarda (dağlıq qurşaqda) qeyd edilən göstərici 1,08 təşkil edirsə, xəstə heyvanlarda qlobulinlərin miqdarının artması hesabına zülal koefisenti 0,69-a enir. Dağətəyi və düzənlik qurşaqlarda saxlanılan xəstə heyvanlarda da zülal koefisenti aşağı enir.
Beləliklə, müəyyən edilmişdir ki, 18 aylıq sağlam heyvanların qan zərdabında zülal koefisenti dağlıq qurşaqdan düzənlik qurşağa endikcə azalır. Xəstə heyvanlarda da belə bir hal müşahidə edilsə də, zülal koefisentinin qiyməti sağlam heyvanların müvafıq göstəricisindən aşağı olur.
12 aylıq S.gigantea ilə yoluxmuş qoyunların qan zərdabında zülal koefisentinin azaldığı müəyyən edilmişdir. Dağətəyi qurşaqda saxlanılıb kəsilən xəstə heyvanların qan zərdabında zülal koefisentinin qiyməti dağlıq qurşaqda saxlanılan eyni yaşdan olan qoyunların müvafiq göstəricisindən 0,12, düzənlik qurşaqda saxlanılan heyvanların göstəricisindən isə 0,06 az olmuşdur (cədvəl 5.4).
Müəyyən edilmişdir ki, qoyunların hansı qurşaqda saxlanılmasından asılı olmayaraq sağlam cavan heyvanların qan zərdabında albuminlərin və qlobulinlərin miqdarı artır. Qlobulinlərin miqdarının daha intensiv artması 12 aylıq heyvanlarda daha aydın nəzərə çarpır. Bütün yaşdan olan qoyunların qan zərdabında sarkosporidioz, kontrol qrupun göstəricisinə nisbətən qlobulinlərin miqdarının artmasına səbəb olur. Xəstə heyvanların qan zərdabında qlobulin fraksiyalarının miqdarının artması, albuminlərin miqdarının isə azalması zülal koefisentinin aşağı düşməsinə səbəb olur.
Dostları ilə paylaş: |