1. Azərbaycanda vergi sistemi, siğorta sistemi və siğorta təşkilatları


Azərbaycanda daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi



Yüklə 46,97 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü46,97 Kb.
#39557
1   2   3
cavadov tural

2.Azərbaycanda daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: "Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır".

Eyni zamanda, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər.

Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.

Ümumiyyətlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb.

Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün strateji kursun həyata keçirilməsidir.

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu çoxşaxəli inkişaf və sabitliyi təmin edib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.

Beləliklə, əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır".

Bəli, Azərbaycanın bu gün milli gücünü artıran əhəmiyyətli amillərdən biri də məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur.

Azərbaycanın iqtisadi qüdrəti və dünyada geosiyasi əhəmiyyəti artmaqda davam edir. Bu istiqamətdə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən iqtisadi kurs əsasında məqsədyönlü siyasət aparılır, çoxsaylı dövlət proqramları həyata keçirilir, strategiyalar, konsepsiyalar reallaşdırılır, inteqrasiya prosesləri genişləndirilir və dərinləşdirilir. Hazırda ölkənin gələcək inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında çox iddialı, eyni zamanda real hədəflər müəyyənləşdirilmişdir. Belə ki, həmin konsepsiyaya əsasən 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcmi 2013-cü ilə nisbətdə 2 dəfə artırılaraq 100 milyard manata yüksəldiləcəkdir . Ölkədə iqtisadi inkişaf proseslərinin nəticələrini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin hesabatlarında aydınlığı ilə görmək və təhlil etmək mümkündür . Bununla yanaşı, qloballaşmanın dərinləşdiyi indiki məqamda bir sıra aparıcı ixtisaslaşmış beynəlxalq təşkilatlar da bu inkişaf proseslərini qiymətləndirirlər, hazırladıqları indeksləşmə modelləri əsasında Azərbaycanın da dünya ölkələri sırasındakı reytinqini müəyyənləşdirirlər. Hər iki tərəfin hesabatlandırmaları respublikanın iqtisadi inkişafında uğurlu dinamizmin bərqərar olmasına bir daha yəqinlik gətirir. Burada, həmçinin bütün bu reallıqlara bir elmi sistemlilik gətirmək, müvafiq təhlil əsasında ümumiləşdirmələr aparmaq zərurəti də ortaya çıxır. Bunun üçün də ölkələrin iqtisadi inkişaf göstəriciləri və onların xarakteristikası, dünya ölkələrinin qlobal indeks və reytinqlərlə dəyərləndirilməsi, qlobal indeksləşmələr kontekstində Azərbaycanın dünya dövlətləri təsnifatında mövqeyi kimi məsələlər bizim tədqiqatın da predmeti və obyektinə çevrilir.



Hər hansı bir ölkənin iqtisadi inkişafı təyin olunmuş hesabatlanmadan keçir. Bir çox ölkələr öz səviyyəsini ABŞ-la müqayisə etməyə meyillidirlər. Bu kimi müqayisələr təhlil qammasını tam ifadə etmədiyindən qüsurlu sayılır. Buna görə də ümumi təsbit olunmuş iqtisadi meyarlardan istifadə olunur. Müasir dünyada ölkələrin iqtisadi inkişafı xarakterizə edən göstəricilərin sayı müxtəlif və çoxçeşidlidir. Bu göstəriciləri dəyərləndirməzdən öncə iqtisadi inkişafın özünün mahiyyətinə varmaq gərəkli sayılır. İqtisadi ensiklopediyalarda iqtisadi inkişaf (economic development) geniş təkrar istehsal və iqtisadiyyatın, məhsuldar qüvvələrin, artım və inkişaf amillərinin, elmin, təhsilin, mədəniyyətin, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin, habelə insan kapitalının tədricən keyfiyyət və struktur dəyişikliklərini əks etdirən proses olaraq təyinat alır. Cəmiyyətin iqtisadi inkişafı çoxplanlı proses olub, iqtisadi artımı, innovasiya iqtisadiyyatını və vençur biznesini, iqtisadiyyatda struktur irəliləyişləri, əmək məhsuldarlığının artımını və əhalinin həyat keyfiyyətini əhatə edir. İnkişaf proseslərinin effektivliyi əksərən iqtisadiyyatın dövlət tənzimlənməsinin, dövlətin özünün və onun institutlarının effektivliyi ilə müəyyən olunur . Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri qismində Ümumi Daxili Məhsul (ÜDM), Ümumi Milli Məhsul (ÜMM) və Milli Gəlir (MG), ÜDM-in adambaşına düşən miqdarı, əhalinin həyat səviyyəsinin keyfiyyəti və səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi, insan kapitalı və iqtisadi azadlıq indeksləri çıxış edirlər. Bu göstəricilər sırasında ÜDM, ÜMM və MG ön mövqedə dayanaraq mütləq göstəricilər hesab olunur. Ölkənin iqtisadi inkişafının müəyyən edilməsində mütləq göstəricilərlə yanaşı struktur göstəricilərdən də istifadə olunur. Struktur göstəricilər - iqtisadiyyatın müxtəlif sektorlarında məşğulluğun nisbəti, yanacaq-enerji balansının strukturu, nəqliyyat növləri üzrə daşınmalar və s. ehtiva edir. Bundan başqa bu sferada sosial təyinatlı göstəricilər də yer alır. Həmin göstəricilər sosial infrastruktur elementlərini əks etdirərək əhalinin həyat keyfiyyətinin yüksəlişi, rifahı və uzunömürlülük səviyyəsinin artımı, sağlam, aktiv yaradıcı nəslin formalaşması və təkrar istehsalı səciyyələndirilir. Sosial göstəricilər həm də geniş çevrədə sosial siyasətin əsas məqsədlərində ifadə olunan insan inkişafı indeksi, savadlılıq faizi, informatizasiya səviyyəsi, korrupsiyanın yayılması və kölgə iqtisadiyyatı kimi indikatorlarla da əks olunur. Bununla yanaşı, ölkənin iqtisadi inkişafı, həm də onun dünya təsərrüfatı sistemində iştirakı, inteqrasiyasının bir sıra göstəriciləri ilə xarakterizə edilir. Bu sırada ixrac, idxal və xarici ticarət kvotası, ölkənin xarici ticarət dövriyyəsi və onun dünya ticarət dövriyyəsində xüsusi çəkisi, adambaşına düşən xarici ticarət dövriyyəsi, kapitalın beynəlxalq miqrasiyası proseslərində ölkənin xüsusi çəkisi və digər bu kimi göstəricilər daha mühüm hesab olunur . Bir xüsusi cəhəti də vurğulamaq gərəklidir ki, hər hansı bir ölkə iqtisadiyyatının inkişafının və artımının sabitliyini və dayanıqlılığını müəyyən edən ən mühüm göstəriciləri, inkişaf bazası insan kapitalının tərkib hissələrinə - tərbiyəyə, mədəniyyətə, təhsilə, elmə, əhalinin həyat keyfiyyətinə qoyulan investisiyalar əhatə edir.

Aparıcı qlobal reytinq təyinetmə təşkilatları tərəfindən ölkələrin iqtisadi inkişaf göstəricilərinin xarakterizə edilməsi çox mühüm əhəmiyyətə malikdir. Həmin hesabatlar hər hansı bir ölkə haqqında sosial-iqtisadi məlumatlara üçüncü tərəfin rakursundan baxmağa imkan verir. Bununla belə, bu hesabatlandırılanların milli statistika təşkilatlarının hesabat göstəriciləri ilə bəzən üst-üstə düşməməsi də ağrılı qarşılanmamalıdır. Belə ki, həmin reytinq göstəricilərinin hesablama texnologiyası müstəqil təyinatda spesifik olaraq müvafiq aparıcı təşkilata məxsusdur. Onların seçim edərək müəyyənləşdirdiyi bu hesablama texnologiyalarının ideal və qüsurlu olması ilə bağlı mülahizələr isə əlahiddə bir mövzunun predmetidir. Lakin bizim bu sferada apardığımız təhlillərin nəticəsi onu göstərir ki, aparıcı qlobal indeksləşmə və reytinq təyinetmə təşkilatları əksərən özlərinin tədqiqatlarını dövri qiymətləndirmə üzrə eyni baza göstəriciləri əsasında pilləli sistemdə qururlar ki, bu da müvafiq identifikasiyalaşdırmanı mümkün qədər biçimli edir. Bu baxımdan əksər hallarda Azərbaycanın qlobal indeksləşdirmə sistemindəki reytinqləri qəbul ediləndir. Həmin reytinqlərə baxdıqda aydınlığı ilə görmək olur ki, Azərbaycan Respublikasında sürətli inkişaf dinamizmi davam edir. O, bir çox sosial-iqtisadi göstəriciləri ilə təmsil olunduğu beynəlxalq təşkilatlarda, regional birliklərdə, İslam dünyasında, ərazi və əhali parametrləri yaxın və oxşar olan ölkələr sırasında mötədil mövqe tutur. Ölkədə həyata keçirilən inkişaf strategiyası ilə yaxın müddətlərdə Azərbaycanın ən güclü 50-40 ölkə sırasında dayanaqlı qərar tutması imkanlı olacaq, orta perspektivdə - 20-30 il ərzində isə onun müvafiq reytinqlər məcmusu 40-35-cı sıralarda qərarlaşacaqdır.



Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.



Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin dövründə dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı. 

1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı. Bir ildə fonda 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankında valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon ABŞ dollara çatdı.

1992-ci ildə hakimiyyətə gələn Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlöt əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də varsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi (2009-cu ildə qurulan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yerinə keçdi), Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi və İqtisadiyyat Nazirliyi (2001-ci ildə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır), Torpaq Komitəsi (2001-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerinə keçdi) dövlət orqanları yaradıldı.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Prezident Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Lakin beynəlxalq maliyyə təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi çox da yüksək qiymətləndirilmir.

ÜDM-in real və nominal artım dinamikası (illər üzrə, manatla və faizlə)



2008-2009-cu illərdə dünyada baş verən qlobal maliyyə-pul bazarlarının sıxıntısı şəraitində bankların, milli şirkətlərin xaricdən borclanması, onların yenidən maliyyələşməsi imkanları nəinki məhdudlaşdı, hətta bir sıra borcların vaxtından əvvəl qaytarılması tələb olundu. Belə şəraitdə Azərbaycan bankları il ərzində $1,2 mlrd. borc qaytardılar. Bundan başqa xaricdə yaşayan azərbaycanlıların regionların əhalisi üçün sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferləri də xeyli azaldı. Nəticədə milli iqtisadiyyat bəzi qonşu ölkələrdə olduğu kimi, manatın devalvasiyası təzyiqləri ilə qarşılaşdı. Bu təzyiqlər özünü ötən ilin birinci rübündə - əhalinin devalvasiya gözləntilərinin daha çox artdığı (Rusiya və Ermənistandaki devalvasiyadan sonra) və bununla da əlaqədar pullarının xeyli hissəsini xarici valyutalara çevirdiyi şəraitdə - qabarıq şəkildə göstərdi. Milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bank xeyli resurslar sərf etməli oldu və bu da sonda demək olar ki, özünü doğrultdu. Bütövlükdə, il ərzində Mərkəzi Bankın xalis emissiyası 1,8 mlrd. manat təşkil etdi. Daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı.

2012-ci ildə İlham Əliyev çıxışında qeyd edib ki, BP şirkəti Azərbaycanın neft-qaz sektoruna 28 milyard dollar investisiya qoyub, 74 milyard gəlir əldə edib. Lakin bəzi ekspertlər 28 milyard dolların özünü çox böyük rəqəm hesab edir. Bu məbləğ “Əsrin müqaviləsi” imzalananda müqavilənin elan olunmuş smeta dəyərindən ən azı üç dəfə çoxdur.
Yüklə 46,97 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin