1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Azərbaycanın polietnik təkamülünə baxış və tolerantlıq ənənələri



Yüklə 89,96 Kb.
səhifə20/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   17   18   19   20   21   22   23   24   25
multikulturalizmin imtahan cavablarıı..

51.Azərbaycanın polietnik təkamülünə baxış və tolerantlıq ənənələri.

Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti – folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. Müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni – normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır.Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, regionun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda bır sıra mədəniyyət mərkəzləri yaradıldı. Milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in “mədəni müxtəlifliyə” dair proqramlarında fəal iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan mədəni müxtəlifliyi” layihəsini həyata keçirir.Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir. UNESCO-ya üzv olan dövlətlər bu qurumun Bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürmüşlər.Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s.


52.Rusiya imperiyasının müstəmləkə siyasəti

XIX-XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağ-landıqdan sonra Rusiya imperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədi ilə əhalinin 90%-dən çox müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəki yükünün artırılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti, vətən torpaqlarını imperiya coğrafi çərçivəsində əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə özünə sosial dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən, Rusiya hakim dairələri ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər xristian olduqları üçün öz şəxsi mənafeləri nami-nə rus hökumətinə sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmran-lığının bərqərar olmasını görmək istəyirlər. Nəticədə, 1828-1830 -cü illər ərzində İran və Osmanlı dövlətlərindən 120 minə yaxın erməni Şimali Azərbaycan tor-paqlarına köçürülür və onlar əsasən İrəvan, Naxçıvan, Ordubad, Qarabağ tor-paqlarında yerləşdirilirlər. Azərbaycan tarixinin sonrakı mərhələlərində də ermə-nilərin ölkəyə köçmələri davam etmiş və XX əsrin əvvəlləri üçün onların çəki yü-kü ölkə əhalisinin etnik nomenklaturasında 32.65%-ə çatmışdı, halbuki XIX əsrin birinci otuzilliyində ermənil-qriqoryanların çəki yükü Şimali Azərbaycan əhali-sinini 9%ni təşkil edirdi ki, onların əksəriyyəti qriqoryanlaşmış albanlardan ibarət idi. Beləliklə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarını işğal edən Rusiya imperiyası, ölkədə siyasi hakimiyyətini bərqərar etmək üçün köçürmə siyasəti apararaq, əhalinin etno-konfessional tərkibində ermənilərin sayını mexa-niki hərəkətlə artırsa da, əhalinin tərkibinə yeni xristian elementləri – almanları və rusları gətirsə də, Azərbaycan xalqının çəki yükü 54,9%, əhalinin etno-konfessional tərkibində dominant olaraq qalmış, Azərbaycan xalqı özünün tarixi torpaqlarında yaşamaqda davam etmiş, özünün mentalitetini, maddi-mənəvi mədəniyyətini, etnik özünüdərkini, konfessional toleyrantlığını qoruyub saxla-yaraq, Şərq-Qərb mədəniyyətlərinin sintezi prosesində özünəməxsus rol oyna-mış, multukulturalizm ənənələrini inkişaf etdirmişdir.Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal etdiyi ərazidə mövcud islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian ele-mentini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristian-laşdırma siyasətini məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütlə-qiyyət yaddilli, yaddinli, yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki, Rusiya im-periyasının hakim dairələrinin fikrincə ölkənin köklü əhalisi yadelli işğalla ba-rışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi də İslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi. Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib hissəsinə çevirmək məqsədi ilə xristianlaşdırma siyasətini aparan mütləqiyyət bölgədə xristian missioner cəmiyyətlərinin fəaliyyəti üçün şərait yaradır. Və işğalın ilk illə-rində fəaliyyət göstərən missioner cəmiyyətləri təkcə pravoslav deyil, ha-belə qeyri-pravoslav yönümlü idilər. Sonuncuların fəaliyyət məkanına Bazel missionerləri cəlb olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı ayrı nümayəndələri belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri, o cümlədən Bazel yevangel cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab verə bilmədiyi üçün onların fəaliy-yətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin 30-cu illərində Rusiya hakim dairəlilərində qeyri-pravoslav missioner cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət qeyri-loyal duruma gəlmiş və nəticədə 1835-ci ilin payızında Bazel missioner cəmiyyətinin fəaliyyətinə qadağa qoyulmuşdu. Verilən qərarla razılaşmayan Bazel missionerləri, baron Q.V.Rozenə yazdıqları hesabatlarında bölgədə xristianlaşdırma siyasətinə toxunaraq, bildirmişdilər ki, onların cəmiyyətinin əsas məqsədi müsəlman-ları xristianlaşdırmaqdır. Və bunun üçün də əsas vasitə olaraq Bibliyanın bölgədə təbliği və yayılması məqsədəuyğun hesab edilmişdir. Çünki onların fikrincə dinin və dini baxışların dəyişilməsi üçün “nəinki onilliklər, hətta əsr-lər gərəkdir”. Bu fikri əsas tutan Bazel missionerləri Rusiya rəsmi dairə-lərinin xristianlaşdırma siyasətində kəmiyyət meyarına istinad etmələrini qəbul etmir və bildirirlər ki, qısa bir zaman çərçivəsində göstərdikləri fəaliy-yət onlara belə bir gerçəkliyi aydınlaşdırmışdır ki, Azərbaycan torpaqlarının köklü əhalisi, azərbaycanlıları, xristianlaşdırmaq o qədər də asan deyil. Çünki əsrlərlə Azərbaycan xalqının mentalitetini, özünüdərkini müəyyənləşdirən İslam və ,,islam mədəniyyətini şüurlardan silmək mümkün deyil”. Lakin mütləqiyyət müstəmləkə iddialarından əl çəkmək istəməyərək, Bazel missionerlərinin bu müraciətini qəbul etməyərək 1837-ci ilin yayında onların fəaliyyətini dayandırmışdı. Beləliklə, XlX əsrin ikinci otuzilliyində başlayaraq Rusiya imperiyasının Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda apardığı xristianlaşdırma siyasətində yeni istiqamət özünü göstərir. Belə ki, bölgənin işğalının ilk illərində Rusiya zəbt etdiyi torpaqlarda mütləqiyyət, xristian amilini sadəcə olaraq artırmaq məqsədini əsas götürdüyü uçun xristian dininin ayrı-ayrı konfes-siyalarını xristianlaşdırma siyasətinə qoşurdusa da, Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya imperiyası bölgədə siyasi hakimiyyətini bərqərar etmək məqsədi ilə qeyri-pravoslav konfessiyaların, o cümlədən Bazel missi-onerlərinin fəaliyyətini məqsədəuyğun hesab etməyərək onları xristianlaşdırma siyasətindən uzaqlaşdırır və bu siyasətin ana xətti ortodoksal kilsə ilə bağlanılır.Ölkədə məqsədyönlü şəkildə xristianlığı yaymaq konturları ilə çıxış edən Rusiya, Qafqazda pravoslavlığı yayan “Osetin komissiyası”nın fəaliyyəti ilə kifayətlənməyib, 1829-cu ildə “Qafqazda pravoslavlığı yayan cəmiyyəti” təsis edir. Və bu qurum 1860-cı ildə fəaliyyətə başlayır. Xristianlığı ölkədə yayarkən, mütləqiyyət nəzər-diqqəti şimal-qərb torpaqlarına yönəldir və Alban kilsə tarixi-abidələrinin mövcud olduğu ərazilərdə xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması qənaətinə gəlir. “Qafqazda pravoslavlığı yayan cəmiy-yəti”n fəaliyyəti nəticəsində Zaqatala dairəsində kilsələr tikilməyə başlayır və XIX əsrin ilk illərində ildə 20 minə qədər alban-ingiloy zor-xoş xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma siyasəti ilə barışmır və 1863-cü ildə Zaqatalada üsyan başlayır və bu üsyanın əsas səbəblərindən biri məhz xristi-anlaşdırma siyasəti olur. Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə Qafqaz Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən İslam dininə qayıt-mağa icazə verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7 məhəllə kilsəsi, o cümlədən Balakən kilsəsi bağlanılir. Beləliklə, Rusiya imperiyasının Azərbaycan torpaqlarında apardığı xristianlaşdırma siyasəti mütləqiyyətin göz-lədiyi nəticəni vermir və bunun əsas səbəbi Azərbaycan xalqının İslam dininə olan bağlılığı olur. Bununla belə mütləqiyyət sonrakı illərdə də xristianlaşdırma siyasətini davam etdirilir və bu konturda “Qafqazda pravoslavlığı yayan cəmiy-yət” öz xidmətini göstərir, ölkə quberniyalarında pravoslav kilsələri salınır. Xris-tian kilsələrinin sürətlə salınması, xüsusən Bakı şəhərində özünü daha qabarıq şəkildə göstərir. Burada xristian abidələrinin salınması rus xristian əhalinin etiqadı üçün şəraitin yaranması məqsədini də güdürdü. Belə ki, neft kapitalının sıçrayışlı inkişafı şəhərdə demoqrafik “partlayış”a səbəbə olur. Və 1913-cü il məlumatına görə, 214.672 nəfərlik Bakı əhalisi içərisində birinci yeri ruslar, 76.228 nə-fərlə, tutur. Bu ilin göstəricilərinə görə şəhərdə 17 pravoslav xristian kilsəsi fəaliyyət göstərirdi. Beləliklə, Rusiya imperiyasının işğalı nəticəsində köhnə Bakının Şərq mədəniyyəti ilə Avropa mədəniyyətinin çulğalaması prosesi mərhələsi başlanmışdı.

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin