1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Yaxın cins və növ əlaməti ilə fərqlənən təriflər



Yüklə 1,05 Mb.
səhifə33/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   29   30   31   32   33   34   35   36   ...   88
RTM KONSPEKT-1

1. Yaxın cins və növ əlaməti ilə fərqlənən təriflər

Bu tərif üç komponentdən ibarət olur:

1) tərifi verilən (təyin olunan) anlayış (termin)

2) ən yaxın cins anlayışın göstərilməsi;

3) növ fərqlərinin təsviri.

2. Təsviri (və ya genetik), konstruktiv təriflər

Anlayışın əmələ gəlməsi üsulunun göstərildiyi təriflərə genetik təriflər deyilir.



3. İnduktiv tərif

Bu tərif genetik tərifin xüsusi halı olub bir neçə bənddən ibarətdir.



Teoremin induktiv tərifi.

1. Nəzəriyyənin hər bir aksiomuna bu nəzəriyyənin teoremi deyilir.

2. Əgər H nəzəriyyənin teoremi, E isə H-ın bilavasitə nəticəsidirsə, onda E bu nəzəriyyənin teoremi adlanır.

3. Əgər H, K,...,P nəzəriyyənin teoremləri, E isə bilavasitə onların nəticələri olarsa, onda E-yə bu nəzəriyyənin teoremi deyilir.



4. Şərtlənmə ilə verilən təriflər

Şərtlənmə ilə verilən təriflər anlayışı simvolik dildə ifadə edir.



5. Aksiomatik təriflər

Heç bir əlavə təsvir olmadan bir neçə aksiom vasitəsilə anlayışı müəyyən edən təriflər verilir.



Tərif haqqında qaydalar (və ya tərifə verilən tələblər).

Təriflərin elmdə olduğu kimi məktəb fənlərinin tədrisində də rolu çox böyükdür. Tərif, anlayışın məzmununu, onun əsas əlamətini göstərir, Şagirdlər bir anlayışın tərifini öyrəndikdə bundan sonra gələn mühakimələrdə bu tərifdən bir məlum əsas kimi istifadə edirlər. Təriflərin təlimində səhvə yol verməmək üçün müəllim tərif haqqında aşağıdakı qaydaları bilməlidir. Bu qaydalardan biri pozulsa tərif yanlış olar. Tərifə daxil olan anlayışlar həcmcə uyğun olmalıdir; yəni növün həcmi cinsin həcmindən nə geniş nə də dar olmalıdır. Burada iki hal mümkündür.



Birinci hal. Cinsin həcmi növün həcmindən geniş olar. Misal: “Qarşı tərəfləri cüt-cüt paralel olan çoxbucaqlıya paraleloqram deyilir”. Bu tərifdə cinsin həcmi geniş götürülüb, başqa sözlə yaxın cins əlaməti götürülməyib, “dördbucaqlı” əvəzinə “çoxbucaqlı” anlayışı cins olaraq işlədilib, ona görə də paraleloqramdan başqa həmin əlamətlərə malik çoxbucaqlılar da alınmışdır: düzgün altıbucaqlı, düzgün səkkizbucaqlı və s. Deməli, tərif dəqiq deyildir. Bu halda belə də ola bilər ki, göstərilən növ əlamət kafi olmaz. Misal: ortaq nöqtəsi olmayan düz xətlərə paralel düz xətlər deyilir» tərif dəqiq deyildir.

İkinci hal. Cinsin həcmi növün həcmindən dar olar. Düzbucaqlıya “Bütun bucaqları düz və bütün tərəfləri bərabər olan paraleloqrama düzbucaqlı deyilir”, kimi tərif vermək düz olmaz, çünki, bu tərifə görə kvadrat da buraya daxil olur. Tərifdə cins anlayışı növdən asılı olmayaraq əvvəlcədən məlum olan anlayış olmalıdır. Tərif mümkün qədər inkaredıci olmamalıdır. Başqa sözlə o, tərifi verilən anlayışda olmayan əlaməti deyil, ona xas olan əlaməti göstərməlidir.

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin