43.İSGƏNDƏRXAN QAFARXANOVDAN
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 iyun, 1911-ci il, Təbriz. Poçt kartına qara mürəkkəblə yazılmışdır. Sonda İ.Qafarxanovun adı həkk olunmuş bənövşəyi rəngdə möhürü var. Məktub «Molla Nəsrəddin» jurnalı idarəsində çalışan Ö.F.Nemanzadəyə ünvanlanmışdır.
Məzmunu: Ö.F.Nemanzadədən sifariş etdiyi jurnalları göstərilmiş ünvana yox, məhz ona göndərməsini xahiş edir.
Başlanır: Ruhi-fədakə ağayi-Faiq əfəndi!..
Bitir: … xadimi-cəmiyyət Qafar İsgəndərxan.
Ölçüsü: 9x13,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 476*.
Dostları ilə paylaş: |