AZƏRBAYCAN ƏDƏBİYYATI ŞÖBƏSİNDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 may, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqin yuxarı küncündə «məxfi» sözü yazılmışdır. Məktub Azərbaycan Ədəbiyyat və Mətbuat müdiri H.Terequlov və katibi Axundzadənin imzaları ilə təsdiqlənir.
Məzmunu: Bundan sonra «Molla Nəsrəddin» jurnalında dərc olunacaq bütün məqalələrin üzərində C.Məmmədquluzadənin «getdi» qeydi ilə imzasının da olması tələb olunur.
Başlanır: «Molla Nəsrəddin» jurnalının məsul…