51.MAHMUD MAMƏDOVDAN
II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 23 mart, 1931-ci il, Qusar. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Qusar «Ümid» Kooperaiv aşxanası barəsində göndərdiyi məqalənin çap olunmasını xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» jurnalı heyəti…
Bitir: … kooperativ təlimatçısı M.Mamədov.
Ölçü: 14,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 286.
52.MƏHƏMMƏD FƏRƏCZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 15 iyul, 1927-ci il, Mahaçqala. Cizgili vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır.
Məzmunu: Neçə aydır maaş almadıqları üçün məcmuə pulunu toplayıb göndərə bilmədiyini və qısa müddətə ona bütün borclarını ödəyəcəyini yazır.
Başlanır: «Molla Nəsrəddin». Əziz yoldaş…
Bitir: … Mühibbiniz: Məhəmməd Fərəczadə.
Ölçüsü: 18x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 224.
Dostları ilə paylaş: |