71.NAMƏLUM ŞƏXSDƏN
Rus dilində. Yazılış tarixi 11 sentyabr, 1929-cu il, Soçi. Teleqram vərəqin bir üzünə qara çap hərfləri ilə yazılmışdır.
Məzmunu: «Molla Nəsrəddin» redaksiyasına öz ünvanını bildirir.
Başlanır: «Molla Nasreddin». Vışlite…
Bitir: …po adresu Soçi.
Ölçü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 241.
72.ÖMƏR FAİQ NEMANZADƏDƏN
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 17 mart, 1911-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Məktub Məmmədəli Sidqiyə ünvanlanmışdır.
Məzmunu: Xəstə olduğunu və ona bağlama göndərdiyini bildirir.
Başlanır: Əzizim Məmmədəli! İnan bir…
Bitir: … yumurta göndərdim. Ömər Faiq.
Ölçüsü: 16,5x25,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 490.
Həmin saxlanma vahidi altında rus dilində cizgili vərəqin bir üzünə köndələn şəkildə qara mürəkkəblə yazılmış bir qeyd vardır. Yazılış tarixi 25 yanvar, 1913-cü il. Harada yazıldığı qeyd eidməmişdir.
Məzmunu: Həmidə xanım Cavanşir tərəfindən hesabına 139 manat 33 qəpik pul köçürüldüyünü bildirir.
Başlanır: 1913 q. Ənvarğ 25 denğ…
Bitir: … 33 kop. Nikita Kornienka.
Ölçüsü: 11x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 490*.
Dostları ilə paylaş: |