II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 20 fevral, 1911-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Məktub Məmmədəli Sidqiyə ünvanlanmışdır.
Məzmunu: Xəstə olduğu üçün yazı yazmağa imkanı olmadığını bildirir və göstərdiyi ünvana bir illik jurnal göndərilməsini xahiş edir.
Başlanır: Əzizim Məmmədəli! Görünür…
Bitir: … qəzetləri gözləyirəm. Ömər Faiq.
Ölçüsü: 13x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 491.
74.RZAZADƏDƏN Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 9 aprel, 1930-cu il, Yevlax. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.
Məzmunu: Abunəçi Bilal Yetimovun 6 aylıq «Molla Nəsrəddin» jurnallarını göstərilən ünvana göndərilməsini və məqaləsinin jurnalda çap olunmasını xahiş edir.
Başlanır: Möhtərəm yoldaş Nəzmi!..