77.ŞAMXOR DAİRƏSİNİN YERLİ KOMİTƏSİNDƏN Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 24 oktyabr, 1929-cu il, Şamxor. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Bundan sonra jurnalların yeni ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə…
V.D.BONÇ-BRUYEVİÇDƏN Rus dilində. Yazılış tarixi 17 may, 1911-ci il, Sankt-Peterburq. Üç qatlanmış saya vərəqin hər iki üzünə qara makina çapı ilə yazılmışdır. Məktub «Molla Nəsrəddin» redaksiyası kantoruna ünvanlanmışdır. Həmin məktubun bir ədəd fotosurəti də vardır.
Məzmunu: Bu yaxın günlərdə nəşrinə başlanacaq jurnalın «Molla Nəsrəddin» jurnalı ilə və orada dərc olunan elanların mübadilə edilməsini təklif edir.
Başlanır: Na dnəx budet razıslatğsə…