83.YENİ TÜRK ƏLİFBA KOMİTƏSİNDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 19 avqust, 1925-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub Komitənin katibi Karakazlı və kargüzarı C.Nəbilinin imzaları ilə təsdiqlənir.
Məzmunu: Jurnal barədə idarələrinə daxil olan məktubun surətini tanış olmaq üçün göndərildiyi bildirilir.
Başlanır: «Molla Nəsrəddin» jurnalına!..
Bitir: …Katib: Karakazlı. Kargüzar: C.Nəbili.
Ölçüsü: 17,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 303.
HƏMİDƏ MƏMMƏDQULUZADƏNİN AİLƏ
ÜZVLƏRİNƏ YAZDIĞI MƏKTUBLAR
1.MİDHƏTƏ
I
Rus dilində. Yazılış tarixi 4 may, 1931-ci il, Bakı. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub C.Məmmədquluzadənin sözləri ilə bitir.
Məzmunu: C.Məmmədquluzadənin səhhətinin yavaş-yavaş düzəldiyini və onun üçün darıxdıqlarını bildirir. Onlardan tez-tez məktub yazmalarını xahiş edir.
Başlanır: Doroqoy Gdə! Poluçili tvoё…
Bitir: … moeqo sına Midxata. Djalil.
Ölçüsü: 14,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 412*.
2.MİDHƏTƏ
II
Rus dilində. Yazılış tarixi 23 may, 1931-ci il, Bakı. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin maddi sıxıntısı olduğunu, Şuşadan başqa hər yerdə ərzaq böhranı olduğunu, Müzəffərin hələ də Kürdəmirdə qulluq etdiyini yazır.
Başlanır: Moy milıy, doroqoy Midxat!..
Bitir: … üeluö tebə. Tvoə matğ Qamida.
Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 412*.
3.MİDHƏTƏ
III
Rus dilində. Yazılış tarixi 11 iyul, 1931-ci il, Şuşa. Sarı cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Ona göndərdikləri ərzaq bağlamasını almamasına görə təəssüfləndiklərini və onun bu yaxınlarda gəlməsinə çox sevindiklərini bildirir. Leninqraddan gələrkən onun üçün ayaqqabı almasını xahiş edir.
Başlanır: Doroqoy Midxat! Poslednee tvoё…
Bitir: … silğno oslabela. Tvoə matğ Qamida.
Ölçüsü: 14,5x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 412*.
4.MİDHƏTƏ
IV
Rus dilində. Yazılış tarixi 13 avqust, 1931-ci il, Şuşa. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin sakitləşdiyini, Müzəffərin, Rəşid və Muradın gəldiyini bildirir. Onun bu yaxınlarda gəlməsinə çox sevindiklərini yazır.
Başlanır: Doroqoy moy Gdə! Pisğmo tvoё…
Bitir: … doroqoqo sına. Tvoə matğ Qamida.
Ölçüsü: 18x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 412*.
5.MİDHƏTƏ
V
Vərəqin bir üzündə Həmidə xanımın, digər üzündə isə C.Məmmədquluzadənin məktubu yazılmışdır.
Həmidə xanımın məktubu: Rus dilində. Yazılış tarixi 1 iyun, 1931-ci il, Bakı. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Ona sifarişli məktub, ərzaq bağlaması göndərdiklərini bildirir və tez-tez məktub yazmasını xahiş edir.
Başlanır: Moy doroqoy Gdə! Pozavçera…
Bitir: … üeluö tebə. Tvoə matğ Qamida.
Ölçüsü: 14,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 413*.
C.Məmmədquluzadənin məktubu: Rus dilində. Yazılış tarixi 1 iyun, 1931-ci il, Bakı. Cizgili vərəqin digər üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Ona ərzaq bağlaması göndərdiklərini bildirir.
Başlanır: Moy doroqoy Midxat! Na dnəx…
Bitir: … Do svidaniə. Tvoy oteü Djalil.
Ölçüsü: 14,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 413*.
Dostları ilə paylaş: |