1.AZƏRBAYCAN XALQ KOMİSSARLAR
ŞURASINDAN
Rus dilində. Yazılış tarixi 7 may, 1932-ci il, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Məktub AXKŞ-nın sədri D.Bünyatzadə və işlər müdiri A.A.Sadıxov tərəfindən təsdiqlənir.
Məzmunu: C.Məmmədquluzadənin 100 manat fərdi təqaüdünü ölümündən sonra həyat yoldaşı Həmidə xanım Məmmədquluzadənin adına köçürülməsi barəsindədir.
Başlanır: O naznaçenii personalğnoy…
Bitir: … vdovu – Qamidu Mamed Kuli Zade.
Ölçüsü: 19,5x28,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 397.
2.BOŞ KONVERTLƏR
Həmidə xanım Məmmədquluzadəyə 1912, 1913, 1916, 1928, 1929, 1930, 1943-cü illərdə müxtəlif yerlərdən ünvanlanmış məktubların boş konvertləri.
Ölçüsü: müxtəlif; həcmi: 12 ədəd; fond 6, s.v. 510*.
3.EYNƏLİDƏN
Rus dilində. Yazılış tarixi 1 iyul, 1932-ci il, Tiflis. Teleqram qara rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin ölüm xəbərini indi eşitdiyini və kədərləndiyini bildirir.
Başlanır: Tolğko çto uznal, skorblö i…
Bitir: … uteşğtesğ i Vı – Gynali.
Ölçüsü: 19,5x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 444.
4.ƏLƏKBƏRDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 28 iyun, 1914-cü il, Kəhrizli. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Ağaların Ağdama satmaq üçün 60 pud buğda aparmasından, dəyirmandan yazır və işinin az olmasına görə yaxın vaxtlarda gələcəyini bildirir.
Başlanır: Cənab Həmidə xanım. Əvvəla…
Bitir: … yerlərini başladaram. Xeyirxahınız Ələkbər.
Ölçüsü: 21,5x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 417*.
5.ƏNVƏRDƏN
I
Rus dilində. Yazılış tarixi 15 oktyabr, 1928-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Məktubla birgə ona 30 manat pul göndərdiyini, Midhətin APİ-yə daxil olması üçün imtahan verdiyini, lakin cavabının hələ məlum olmadığını yazır.
Başlanır: Doroqaə milaə mama! Vçera…
Bitir: … Üeluö. Tvoy sın Gnver.
Ölçüsü: 21,5x36 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 418*.
6.ƏNVƏRDƏN
II
Rus dilində. Yazılış tarixi 6 iyun, 1929-cu il, Bakı. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Bir neçə gün qabaq Müzəffərlə Münəvvərin gəldiyini, atasının isə Tiflisə getdiyini bildirir. Ayın 12-si Müzəffər, Teymur və Pakizə46 ilə Şuşaya gələcəklərini yazır.
Başlanır: Doroqaə milaə mama! Kak…
Bitir: … budet leçitsə do avqusta.
Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 418*.
7.ƏNVƏRDƏN
III
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Atasının hələ 2 ay da Kislovodskda qalacağını, onun xəstəliyinin Teymura pis təsir etməsini, Allahyarın onun üçün 50 manat pul verməsini, onun qardaşı Səməd və Əlişlə görüşdüyunu yazır. «Bakinski raboçi» qəzetində noyabrın 17-də dərc olunan «Jenhina s otkrıtım liüom» məqaləsini göndərdiyini bildirir.
Başlanır: Doroqaə mama! Tvoё zakaznoe…
Bitir: … Ot menə Samedu Quseynovu privet.
Ölçüsü: 23x28,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 418*.
8.ƏNVƏRDƏN
IV
Rus dilində. Yazılış tarixi 21 fevral, 1931-ci il, Bakı. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Sabah Münəvvər üçün 70-80 manata palto alıb göndərəcəyini və əvəzində onlara 10 funtluq pendir və yağ göndərilməsini xahiş edir.
Başlanır: Doroqaə mama! Vaşe pisğmo…
Bitir: … Üeluö vas, Vaş Gnver.
Ölçüsü: 22,5x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 419*.
Dostları ilə paylaş: |