12.KƏRİMBƏY MEHMANDAROVDAN Rus dilində. Yazılış tarixi 10 oktyabr, 1920-ci il, Şuşa. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Onların əbəs yerə qorxuya düşüb öz təsərrüfat, mülk və yurdlarını tərk edib Təbrizə getmələri, inqilabın nəticəsində həbs olunanlar, N.Nərmanovun Şuşaya gəlməsi, Fərrux, Adil və digərləri haqda yazır.
Başlanır: Mnoqouvajaemaə i doroqaə Qamida…
Bitir: … jmu Vaşu ruku. Uv. K.Mexmandarov.
Ölçüsü: 14x15,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 420*.
Həmin məktub H.Məmmədquluzadə tərəfindən şagird dəftərinə köçürülmüşdür. Köçürülmə tarixi və harada yazıldığı qeyd edilməmişdir. Rus dilində. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Başlıqda «Kopiə s pisğma dok. Kerimbeka Mexmandarova mne v q. Tavriz 10 oktəbrə 1920 q., q.Şuşa» qeyd olunmuşdur.
Ölçüsü: 14,5x21,5 sm; həcmi: 3+3 (boş) vərəq; fond 6, s.v. 420*.