10.GƏRAY SULTANOVDAN Rus dilində. Yazılış tarixi 4 mart, 1915-ci il, Qoturlu. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Məktub 14x11 sm ölçüdə olan konvertin içərisindədir.
Məzmunu: Xankəndində onların evində olduğu günləri tez-tez xatırladığını, bağlama göndərdiyini və hər zaman yardım etməyə hazır olduğunu bildirir.
Başlanır: Vısokouvajaemaə Qamida xanum!..
11.H.SƏMƏDZADƏDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 2 noyabr, 1946-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır.
Məzmunu: Məktubu gətirən oğlanın darülfünunun tələbəsi olduğunu bildirir və «Mirzə Cəlilin həyatı» mövzusunda referat yazdığı üçün ona imkan daxilində köməklik göstərməsini xahiş edir.
Başlanır: Hörmətli Həmidə xanım…