24.MÜZƏFFƏR RÜSTƏMOVDAN
I
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 22 sentyabr, 1943-cü il, Zəngilan. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Özünün Zəngilan Rayon Sənaye Kombinatında baş mühasib işlədiyini yazır. Mart və iyun aylarında Bakıdakı evlərinə gələrək onları görə bilmədiyini və onlarla görüşmək istədiyini bildirir.
Başlanır: İstəkli xalam Həmidə! Layiq…
Bitir: … Artıq sağlığın. Sizin Müzəffər.
Ölçüsü: 18,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 423*.
25.MÜZƏFFƏR RÜSTƏMOVDAN
II
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 23 sentyabr, 1943-cü il, Zəngilan. Poçt kartına bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Özünün Rayon Sənaye Kombinatında baş mühasib işlədiyini yazır. 2-3 dəfə ona məktub yazdığını, 2 dəfə də Bakıdakı evlərinə gələrək onları görə bilmədiyini və onlarla görüşmək istədiyini bildirir.
Başlanır: İstəkli Həmidə xala! Layiq…
Bitir: … (adaşa) salam yetir. Sizin Müzəffər.
Ölçüsü: 14,5x10 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 423*.
Dostları ilə paylaş: |