Афаг Ялийева


AZƏRBAYCAN XALQ KOMİSSARLAR



Yüklə 2,33 Mb.
səhifə124/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   120   121   122   123   124   125   126   127   ...   295
1.AZƏRBAYCAN XALQ KOMİSSARLAR

ŞURASINDAN
Rus dilində. Yazılış tarixi 7 may, 1932-ci il, Bakı. Saya və­rəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Məktub AXKŞ-nın sədri D.Bünyatzadə və işlər müdiri A.A.Sa­dıxov tərəfindən təsdiqlənir.

Məzmunu: C.Məmmədquluzadənin 100 manat fərdi təqaüdünü ölümündən sonra həyat yoldaşı Həmidə xanım Məmmədquluzadənin adına köçürülməsi barəsindədir.
Başlanır: O naznaçenii personalğnoy…

Bitir: … vdovu – Qamidu Mamed Kuli Zade.

Ölçüsü: 19,5x28,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 397.
2.BOŞ KONVERTLƏR
Həmidə xanım Məmmədquluzadəyə 1912, 1913, 1916, 1928, 1929, 1930, 1943-cü illərdə müxtəlif yerlərdən ünvanlanmış məktubların boş konvertləri.
Ölçüsü: müxtəlif; həcmi: 12 ədəd; fond 6, s.v. 510*.
3.EYNƏLİDƏN
Rus dilində. Yazılış tarixi 1 iyul, 1932-ci il, Tiflis. Teleqram qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadənin ölüm xəbərini indi eşitdiyini və kədərləndiyini bildirir.

Başlanır: Tolğko çto uznal, skorblö i…

Bitir: … uteşğtesğ i Vı – Gynali.

Ölçüsü: 19,5x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 444.
4.ƏLƏKBƏRDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 28 iyun, 1914-cü il, Kəhrizli. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Ağaların Ağdama satmaq üçün 60 pud buğda aparmasından, dəyirmandan yazır və işinin az olmasına görə yaxın vaxtlarda gələcəyini bildirir.
Başlanır: Cənab Həmidə xanım. Əvvəla…

Bitir: … yerlərini başladaram. Xeyirxahınız Ələkbər.

Ölçüsü: 21,5x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 417*.
5.ƏNVƏRDƏN

I
Rus dilində. Yazılış tarixi 15 oktyabr, 1928-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Məktubla birgə ona 30 manat pul göndərdiyini, Midhətin APİ-yə daxil olması üçün imtahan verdiyini, lakin cavabının hələ məlum olmadığını yazır.
Başlanır: Doroqaə milaə mama! Vçera…

Bitir: … Üeluö. Tvoy sın Gnver.

Ölçüsü: 21,5x36 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 418*.
6.ƏNVƏRDƏN

II
Rus dilində. Yazılış tarixi 6 iyun, 1929-cu il, Bakı. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Bir neçə gün qabaq Müzəffərlə Münəvvərin gəldiyini, atasının isə Tiflisə getdiyini bildirir. Ayın 12-si Müzəffər, Teymur və Pakizə46 ilə Şuşaya gələcəklərini yazır.
Başlanır: Doroqaə milaə mama! Kak…

Bitir: … budet leçitsə do avqusta.

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 418*.
7.ƏNVƏRDƏN

III
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.



Məzmunu: Atasının hələ 2 ay da Kislovodskda qalacağını, onun xəstəliyinin Teymura pis təsir etməsini, Allahyarın onun üçün 50 manat pul verməsini, onun qardaşı Səməd və Əlişlə görüşdüyunu yazır. «Bakinski raboçi» qəzetində no­yab­rın 17-də dərc olunan «Jenhina s otkrıtım liüom» məqaləsini göndərdiyini bildirir.
Başlanır: Doroqaə mama! Tvoё zakaznoe…

Bitir: … Ot menə Samedu Quseynovu privet.

Ölçüsü: 23x28,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 418*.
8.ƏNVƏRDƏN

IV
Rus dilində. Yazılış tarixi 21 fevral, 1931-ci il, Bakı. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Sabah Münəvvər üçün 70-80 manata palto alıb göndərəcəyini və əvəzində onlara 10 funtluq pendir və yağ göndərilməsini xahiş edir.

Başlanır: Doroqaə mama! Vaşe pisğmo…

Bitir: … Üeluö vas, Vaş Gnver.

Ölçüsü: 22,5x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 419*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin