I
Rus dilində. Yazılış tarixi 1 may. İli və harada yazıldığı qeyd edilməmişdir. Teleqram qara mürəkkəblə yazılmışdır. Qədimov Azərbaycan İnqilab Komitəsindən aldığı teleqramı Təbrizə C.Məmmədquluzadəyə göndərmişdir.
Məzmunu: Bu gün Xalq Hərbiyyə Komissarı Qarayevdən Mirzə Cəlilin Təbrizdən təcili Bakıya Xalq Maarif Komissarlığında məsul vəzifəyə gəlməsi barəsində teleqram aldığını və bütün yol xərclərini Azərbaycan İnqilab Komitəsinin öz öhdəsinə götürməsini xəbər verir.
Başlanır: Redaktoru jurnala Mamed Kuli…