60.MƏHƏMMƏD RƏSULOV ŞAHTAXTLIDAN
V
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 aprel, 1929-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Abunə pullarının göndərilməsi barəsindədir.
Başlanır: Möhtərəm «Molla Nəsrəddin»…
Bitir: … Məhəmməd Rəsulov Şahtaxtlı.
Ölçüsü: 22x17,5sm; həcmi: 1 vərəq; fond 6, s.v. 213.
Məktuba ayrıca vərəqdə yazılmış abunə cədvəli əlavə olunmuşdur. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Ölçüsü: 21,5x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 213.
61.MƏLİKOVDAN
Rus dilində. Yazılış tarixi 11 sentyabr 1926-cı il, Soçi. Teleqram qara çap hərfləri ilə yazılmışdır. Telerama pulun göndərilməsinə dair qəbz yapışdırılmışdır.
Məzmunu: Teleqrafla təcili 100 manat göndərilməsini istəyir.
Başlanır: «Molla Nasreddin» vışlite…
Bitir: … teleqrafom sto rub. Soçi. Melikov.
Ölçü: 22,5x17,5; qəbz–10x7,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 242.
62.MƏMMƏD ABBASƏLİYEVDƏN
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Teleqram qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Göstərilən ünvanlara jurnal göndərilməsini xahiş edir.
Başlanır: Prinətie mnoö podpiski i…
Bitir: … vışlite jurnalı. Mamed Abbasaliev.
Ölçüsü: 14,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 243.
63.MƏMMƏD ƏLİZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 8 may, 1930-cu il, Muğanlı. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubun sonunda adını və ünvanını rus dilində göstərmişdir.
Məzmunu: Muğanlı məktəbinə göndrilən jurnalı bundan sonra Şuşaya, göstərilən ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» jurnalı idarəsinə!..
Bitir: … Merdinli № 34, uçitelğö Mamed Alizade.
Ölçüsü: 17,5x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 194.
Dostları ilə paylaş: |