57.MƏHƏMMƏD RƏSULOV ŞAHTAXTLIDAN
II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 12 yanvar, 1929-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Abunəçilərin jurnallarının göndərilməsini xahiş edir və qalan pulu yanvarın 25-nə kimi çatdıracağını bildirir.
Başlanır: Möhtərəm «Molla Nəsrəddin»…
Bitir: … müvəkkili: Məhəmməd Rəsulov.
Ölçüsü: 22,5x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 212.
58.MƏHƏMMƏD RƏSULOV ŞAHTAXTLIDAN
III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 12 mart, 1929-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Göndərdiyi məqalənin çap olunmasını xahiş edir.
Başlanır: Möhtərəm «Molla Nəsrəddin»…
Bitir: … Məhəmməd Rəsulov Şahtaxtlı.
Ölçüsü: 22,5x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 213.
59.MƏHƏMMƏD RƏSULOV ŞAHTAXTLIDAN
IV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 28 mart, 1929-cu il, Naxçıvan. Dama-dama vərəqin bir üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Abunə pullarının göndərilməsi barəsindədir.
Başlanır: Möhtərəm «Molla Nəsrəddin»…
Bitir: … Məhəmməd Rəsulov Şahtaxtlı.
Ölçüsü: 11,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 213.
Dostları ilə paylaş: |