48.M.İSGƏNDƏRZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır.
Məzmunu: İki şəkillə birgə göndərdiyi məqalənin «Molla Nəsrəddin» jurnalında dərc edilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» qəzetəsinə!..
Bitir: … içində olmuşdur. M.İsgəndərzadə.
Ölçü: 19,5x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 284*.
49.M.Ə.NASİRDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 17 oktyabr, 1930-cu il, Bakı. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: İsmayıl Həzrətqulu oğlu adına yazılan jurnalların yeni ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi…
Bitir: … düzəltsinlər. M.Ə.Nasir.
Ölçüsü: 14,5x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 206.
50.MAHMUD MAMƏDOVDAN
I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 1 fevral, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: İş yerinin dəyişilməsi ilə əlaqədar olaraq, bundan sonra jurnalın onun adına Ukah kəndinə göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm «Molla Nəsrəddin»…
Bitir: … vəzifə dəyişikliyi. İmza: Mamədov.
Ölçüsü: 22x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 203.
Dostları ilə paylaş: |