55.MƏHƏMMƏD NƏSİRZADƏDƏN
III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 aprel, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.
Məzmunu: «Molla Nəsrəddin» jurnallarının göndərilməsini xahiş edir.
Başlanır: Yoldaş Əli Nəzmi! Yoldaşlıq…
Bitir: … 3 aylıq (may, iyun, iyul). Nəsirzadə.
Ölçüsü: 11,5x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 485.
56.MƏHƏMMƏD RƏSULOV ŞAHTAXTLIDAN
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 25 fevral, 1929-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Mart ayının 1-dən abunəçilərin jurnallarının çatdırılmasını və eləcə də göndərdiyi məktubların çap olunmasını xahiş edir.
Başlanır: Möhtərəm «Molla Nəsrəddin»…
Bitir: … Məhəmməd Rəsulov Şahtaxtlı.
Ölçüsü: 22,5x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 211.
Məktuba ayrıca vərəqdə yazılmış abunə cədvəli əlavə olunmuşdur. Yazılış tarixi 4 mart, 1929-cu il. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Ölçüsü: 22,5x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 211*.
Dostları ilə paylaş: |