28.HƏSƏN ƏLİZADƏ ŞAHTAXTLIDAN
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 25 sentyabr, 1929-cu il, Möhsünlü. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubun əvvəlində vurulan bənövşəyi rəngdə ştampın içərisində «Həsən Əli Zadə Şahtaxtlı. Qasan Ali-zade Şaxtaxtlı» qeyd olunmuşdur.
Məzmunu: 8 manat 80 qəpik abunə pulunun göndərildiyini bildirir və adları göstərilənlərə jurnal göndərilməsini xahış edir.
Başlanır: «Molla Nəsrəddin» qəzeti idarəsinə!..
Bitir: … Möhsünlü, Həsən Əli Zadə Şahtaxtlı.
Ölçüsü: 11,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 192.
Dostları ilə paylaş: |