19.ƏLƏKBƏR KƏRİMOVDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 18 may, 1928-ci il, Lənkəran. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.
Məzmunu: «Molla Nəsrəddin» məcmuəsinə abunə yazılmaq üçün çek göndərilməsini xahiş edir.
Başlanır: Yoldaş: Əli Nəzmi! Bu gün…
Bitir: … Lənkəran. Ələkbər Kərimov.
Ölçüsü: 17,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 484.
20.ƏLİ ƏLİYEVDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 8 mart, 1929-cu il, Aşağı Göynük. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub üzərində qırmızı karandaşla bəzi əlavələr edilmişdir.
Məzmunu: Özü haqqında məlumat verdikdən sonra 6 aylıq abunə haqqını göndərdiyini bildirir və məqaləsinin çap olunmasını xahiş edir.
Başlanır: Sevgili, möhtərəm Molla Nəsrəddin…
Bitir: … İmza: Əli Salman oğlu Əliyev.
Ölçüsü: 21,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 192.
21.ƏLİ MÜCRİM TAĞIZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 iyun, 1930-cu il, Yalama. Poçt kartına qara mürəkkəblə yazılmışdır. Məktubun sonunda ünvanını rus dilində qeyd etmişdir.
Məzmunu: Jurnalların göstərilən ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə! Kükəl…
Bitir: … Mudjrim Taqizade. Əli Mücrim Tağız.
Ölçüsü: 9x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 221.
22.ƏSƏDULLAZADƏDƏN
I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 7 oktyabr, 1930-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə bənövşəyi, qırmızı mürəkkəb və qara karandaşla yazılmışdır. Məktubun sonunda xahişlə əlaqədar olaraq Əsədullazadə ilə birgə 7 nəfərin də adları çəkilmişdir.
Məzmunu: «Bisavad» imzası ilə yazılmış məqalənin müəllifinin adının heç bir təşkilata verilməməsini xahiş edirlər.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə! 28…
Bitir: … çıxartmağa çalışırlar. Əsədullazadə.
Ölçüsü: 22x33 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 196.
23.ƏSƏDULLAZADƏDƏN
II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 21 noyabr, 1930-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Poçtla jurnal üçün olan 47 manat 87 qəpik borcunu göndərdiyini və jurnalın hər nömrəsində Naxçıvandan məktub verilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə!..
Bitir: … Mətbuat salamları ilə: Əsəddulazadə.
Ölçüsü: 22,5x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 196.
24.FİNGERİTDƏN
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Məktubun yuxarı küncünün cırılmasına baxmayaraq mətn tamdır.
Məzmunu: Qəzet-poçt idarəsinin nəzdində mətbuatın intişarı şöbəsinin açıldığını xəbər verir və doldurulmuş vərəqələrin göndərilməsinin gecikdirilməməsini xahiş edir.
Başlanır: V redak-üiö jurnala…Uvajaemıe…
Bitir: … Prodvijeniə peçati (Finqerit).
Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 225.
Dostları ilə paylaş: |