29.HƏSƏN ƏLİZADƏ ŞAHTAXTLIDAN
II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 sentyabr, 1929-cu il, Kiçik Vedi. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubun əvvəlində vurulan bənövşəyi rəngdə ştampın içərisində «Həsən Əli Zadə Şahtaxtlı. Qasan Ali-zade Şaxtaxtlı» qeyd olunmuşdur. Vərəqin arxasında isə C.Məmmədquluzadənin xətti ilə rus dilində bənövşəyi mürəkkəblə məktubla bağlı bəzi qeydlər vardır.
Məzmunu: Öz hesabına 6 aylıq jurnal göndərilməsini xahış edir.
Başlanır: «Molla Nəsrəddin» qəzeti idarəsinə!..
Bitir: … müdiri Həsən Əlizadə müxbiriniz.
Ölçüsü: 10,5x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 192.
30.HÜSEYN HÜSEYNOVDAN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 4 avqust, 1930-cu il, Göyçay. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Jurnalların ünvanlara düzgün çatdırılmaması haqda yazır.
Başlanır: Molla əmi! Qaytarılır iki nüsxə…
Bitir: … Göyçaydan Hüseyn Hüseynov.
Ölçüsü: 21,5x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 230.
Dostları ilə paylaş: |