RABİTƏ ŞÖBƏSİNDƏN Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 19 oktyabr, 1931-ci il, Goranboy. Cizgili vərəqin bir üzünə göy karandaşla yazılmışdır.
Məzmunu: Redaksiyaya göndərilən pulun çatıb-çatmamasına dair cavab yazmalarını xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə…
Bitir: … təcili surətdə cavab verəsiniz.
Ölçüsü: 21x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 323.
26.H.ƏLİZADƏDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 may, 1929-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə göy karandaşla yazılmışdır.
Məzmunu: Göstərilən ünvanlara jurnal göndərilməsini xahış edir.
Başlanır: «Molla Nəsrəddin» qəzetinin idarəsinə!..
27.HƏMİDDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 aprel, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.
Məzmunu: Jurnala abunə yazılanların sayını bildirir.