46.TƏBRİZ DƏMİRYOLUNUN RƏİSİ TRESKİNSKİDƏN Rus dilində. Yazılış tarixi 23 may, 1921-ci il, Təbriz. Göy rəngdə vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Teleqram Acı-Çay stansiyasının rəisinə ünvanlanmışdır.
Məzmunu: Mayın 24-ü səhər saat 10.00-da yola çıxacaq qatarda «Molla Nəsrəddin» jurnalının redaktoru C.Məmmədquluzadə üçün iki kupe ayrıldığını bildirir.
Başlanır: Naçalğniku st. Adjiçay…
AİD SƏNƏDLƏR 1.AKT Rus dilində. Yazılış tarixi 19 noyabr, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Akt 3 nəfərin (Mayilov, Raşkovski və Qukasov) imzası ilə təsdiqlənmişdir.
Məzmunu: «Molla Nəsrəddin» jurnalının satışdan artıq qalan nömrələri haqqındadır.
Ölçüsü: 22x15,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 309.
Akta bir təliqədə qoşulmuşdur. Rus dilində. Yazılış tarixi 15 oktyabr, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Satışdan artıq qalan nömrələrin aktının göndərilməsi bildirilir.
Ölçüsü: 22x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 309.
2.AKT Rus dilində. Yazılış tarixi 9 oktyabr, 1921-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Akt kağız ambarının müdiri Ələkbərovun, «Molla Nəsrəddin» jurnalının redaktoru C.Məmmədquluzadənin, kağız ambarının darğası Mirzoyevin və ambarın əməkdaşı Malxasyansın imzası ilə təsdiqlənmişdir.
Məzmunu: Ambarda «Molla Nəsrəddin» jurnalının klişesindən savayı C.Məmmədquluzadəyə məxsus olan bütün mətbəə hürufatının təmiz çəkisi 12 pud 32 girvənkə olduğu bildirilir.