5.ARAYIŞ Rus dilində. Yazılış tarixi 19 noyabr, 1932-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Azərbaycan Şura Cəmiyyəti Xalq Təminat İctimaiyyə Komissarlığı tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Ayda 100 manat həcmində təqaüd alması barəsindədir.
Ölçüsü: 20,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 396*.
6.ARAYIŞ Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin işlər müdirinin imzası ilə təsdiqlənmişdir.
Məzmunu: Staropoçtovıy küçəsi ev 64 ünvanında 2 otaqlı evin «Molla Nəsrəddin» jurnalı redaksiyası tərəfindən tutulması haqda 8571 №-li 18/XI tarixli müraciətin AMİK-si tərəfindən Baksovetə yazıldığı bildirilir.
Həmin vərəqin arxa tərəfində isə rus dilində qara mürəkkəblə daha bir arayış yazılmışdır. Yazılış tarixi 11 dekabr, 1924-cü il. Harada yazıldığı qeyd edilməmişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin işlər müdirinin imzası ilə təsdiqlənmişdir.
Məzmunu: 8571 №-li 18/XI.24-cü il tarixli müraciətlə bağlı heç bir məlumat verilmədiyi bildirilir.