10.ÇIXARIŞ Rus dilində. Yazılış tarixi 1 noyabr, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan Kommunist (b) Firqəsinin Bakı Komitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Türk mətbuatının 50 illiyi ilə əlaqədar təşkil olunmuş 5 nəfərlik komissiya üzvlərindən biri C.Məmmədquluzadə olduğu qeyd olunur.
Ölçüsü: 21x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 258.
11.ÇIXARIŞ Rus dilində. Yazılış tarixi 12 dekabr, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan İctimai Şura Cəmiyyəti Xalq Komissarlar Şurası tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: C.Məmmədquluzadəyə hər ay 180 manat məbləğində fərdi təqaüdün təyin edilməsi haqqındadır.
Ölçüsü: 22,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 263.